Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
Stiven.
Stiven Spilberq |
---|
ing. Steven Spielberg |
|
Doğum adı |
Steven Allan Spielberg |
Doğum tarixi |
18 dekabr 1946(1946-12-18)[1][2][…] (78 yaş) |
Doğum yeri |
|
Uşaqları |
7[3] |
Fəaliyyəti |
kinorejissor, ssenarist, film prodüseri, aktyor, rəsm kolleksioneri[d], iş adamı, fantastika yazıçısı[d], kino aktyoru, icraçı prodüser[d], montajçı[d], televiziya prodüseri[d], rejissor, prodüser, yazıçı, sahibkar, film ssenaristi[d] |
Fəaliyyət illəri |
1969-cu ildən |
Boyu |
170 sm |
Mükafatları |
|
IMDb |
ID0000229 |
|
amblin.com/steven-spielb… |
Vikianbarda əlaqəli mediafayllar |
Stiven Spilberq (18 dekabr 1946[1][2][…], Sinsinnati, Ohayo, ABŞ[4]) — görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi. Mənşəcə yəhudidir. "Şindlerin siyahısı" və "Sıravi Rayanı xilas etmək" filmlərinə görə üç Oskar mükafatı, iki Qızıl Qlobus almışdır. Həmçinin səkkiz Emmi mükafatı və altı Saturn mükafatı qazanmışdır, bir çox başqa mükafata layiq görülmüşdür, o cümlədən Fəxri Legion Ordeni, Britaniya İmperiyası Ordeni və Akira Kurosava mükafatı. Bir vaxt ərzində Pekin Yay Olimpiya Oyunlarının bədii müşaviri olmuşdur.
Həyatı
İlk süjetini 12 yaşında çəkib. 13 yaşında müharibə mövzusunda çəkdiyi "Boşluğa qaçış" filminə görə ilk mükafatını alıb.
Yeniyetməlik dövründə Spilberq rəngsaz işləsə də, yorulmadan qısametrajlı filmlər çəkib. 20 dəqiqəlik "Emblin" filmindən sonra "Universal" kinokompaniyası ona müqavilə bağlamağı təklif edib. Sonralar o, bir neçə il televiziyada işləyərək, teleseriallar çəkib.
S.Spilberq böyük ekranda 1974-cü ildə "Şuqarlend ekspresi" filmi ilə debüt edib. Bu film tənqidçilərin müsbət rəyini qazanıb. Lakin rejissor daha çox 1975-ci ildə çəkdiyi "Çənələr" filmindən sonra məşhurlaşıb. Film təkcə ABŞ-də 130 milyon dollar qazanıb.
Yalnız bundan sonra onun əsl karyerası başlayıb. Bütün işləri uğurla gedən rejissorun yeganə uğursuzluğu "1941" filmi olub. 80-ci illərdən başlayaraq, Spilberq özünü kinonun bütün sahələrində sınayıb: prodüser, aktyor, ssenarist.
1984-cü ildə Stiven Spilberq ABŞ-nin ən böyük müstəqil kino kompaniyalarından olan "Amblin Entertainment"i yaradıb. Hollivudda onun iştirakı ilə 100-ə yaxın film çəkilib. Rejissorun 1993-cü ildə çəkdiyi "Yur dövrünün parkı" filmi 1 milyard dollar qazanc gətirərək, o dövr üçün bütün rekordları keçib və Hollivudun ən gəlirli filmi elan edilib. Spilberqin həmin il çəkdiyi "Şindleyin siyahısı" filmi 7 nominasiyada "Oskar"a layiq görülüb. Bu nominasiyalar arasında "İlin filmi" və "İlin rejissoru" da var idi.
Spilberqin bir neçə filmi dünyanın ən gəlirli filmləri hesab edilir. Rejissorun son illərdə çəkdiyi filmlərdən birini – 5 "Oskar" qazanmış "Sıravi Raynın xilası"nı xüsusi qeyd etmək lazımdır. 1994-cü ilin oktyabrında S. Spilberq D. Katsenberq və D. Qeffenlə birgə hazırda dünyanın ən nəhəng və məşhur studiyalarından olan "Dream Works" studiyasını yaradıb. Stiven Spilberq 2000-ci ildə İngiltərə kinematoqrafiyasındakı xidmətlərinə görə, II Yelizaveta tərəfindən "Fəxri cəngavər" tituluna layiq görülüb. Rejissorun arzuları və planları böyükdür.
Stiven Spilberq yeddi uşaq atasıdır. Onlardan ikisini övladlığa götürüb.
Kaliforniya Universitini bitirib. Elmi fantastika sevəndir. Ümumiyyətlə Demokratik partiyanın tərəfdarıdır.
Filmoqrafiya
- Sonuncu silah (1959) / The Last Gun
- Duel
- Çənələr (1975) / Jaws
- Yadplanetli (1982) / E.T. the Extra-Terrestrial
- İndiana Cons və tale məbədi (film, 1984) / Indiana Jones and the Temple of Doom
- İndiana Cons və son səlib yürüşü (film, 1989) / Indiana Jones and the Last Crusade
- Həmişə (1989) / Always
- Yura dövrü parkı (1993) / Jurassic Park
- Şindlerin siyahısı (film, 1993) / Schindler’s List
- Frikazoid! (1995-1997) / Freakazoid!
- Amistad (1997) / Amistad
- Sıravi Rayanı xilas etməli (film, 1998) / Saving Private Ryan
- Süni zəka (film, 2001) / Artificial Intelligence: AI
- Bacarırsansa, məni tut (2002) / Catch Me If You Can
- Terminal (film, 2004)
- Dünyalar müharibəsi (2005) / War of the Worlds
- Münhen (2005) / Munich
- İndiana Cons və Büllur Kəllə Krallığı (2008) / Indiana Jones and the Kingdom of the Crystal Skull
- Tintinin macəraları (2011) / The Adventures of Tintin: Secret of the Unicorn
- Müharibə atı (2011) / War Horse
- Linkoln (film, 2012) / Lincoln
- Transformerslər 4: Yox olma dövrü (2014) / Transformers: Age of Extinction
- Qübbənin altında (teleserial)
İstinadlar
Xarici istinadlar