Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Los-Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. İqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neft hasilatı və neftin emalı, informasiya texnologiyaları tutur.
Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır. Tək Kaliforniyanın iqtisadiyyatı Rusiyanın bütün iqtisadiyyatından daha böyükdür.[2] Əgər Kaliforniya ayrıca dövlət olsaydı, onda o əhalisinin sayına görə dünyada 35-ci, ərazi böyüklüyünə görə dünyada 59-cu sırada dayanardı, ÜDM həcminə görə isə 8-ci yerdə olardı.
Kaliforniya Amerikanın Oreqon, Arizona və Nevada ştatları, Meksikanın Baja Kaliforniya ştatı və Sakit Okean ilə həmsərhəddir. Ştatın mərkəzi hissəsində Kaliforniya vadisi yerləşir. Kaliforniya Vadisinin qərbində Kordilyer dağları, şərqində Sierra Nevada dağları, şimalında Kaskad dağları, cənubunda isə Tehaçapi dağları yerləşir. Bu ərazi Kaliforniyanın əsas kənd təsərrüfatı regionudur. ABŞ-nin kənd təsərrüfatında istifadə olunan torpaqlarının 1 faizi, istehsal olunan kənd təsərrüfatı məhsullarının isə (dəyərinə görə) 8 faizi bu regiona düşür.
Ştatın ərazisinin 45 faizini meşələr tutur. Nisbətən quru iqlimə məxsus bir ştat üçün bu göstərici kifayət qədər yüksək göstəricidir. Şam ağaclarının növlərinin zənginliyinə görə Kaliforniya bütün ştatlardan irəlidədir. Kaliforniya meşə sahələrinin ümumi həcminə görə ştatlar arasında Alyaskadan sonra 2-ci yeri tutur. Kaliforniya Ağ Dağlarında yerləşən bəzi ağaclar dünyada ən qədim ağaclar hesab olunurlar.
Cənubda daxili duzlu göl olan Salton Si (Salton Sea) yerləşir. Ştatın cənub-mərkəz hissəsində Mahove Səhrası yerləşir. Mahove Səhrasının şimal-şərq hissəsində Ölüm Vadisi yerləşir, burada Şimali Amerikanın ən isti və ən aşağı nöqtəsi olan Bedvater hövzəsi yerləşir. Qərb yarımkürəsində qeydə alınan ən isti temperatur buraya aiddir. Rekord göstərici 1910-cu il, 10 İyul tarixində 57 °C qeydə alınmışdır. Ümumiyyətlə isə ştatın bütün cənub-şərq ərazisi quru və isti iqlimə malik səhralardan ibarətdir. Kaliforniyanın Arizona ştatı ilə cənub-şərq sərhədləri Kolorado çayından keçir. Kaliforniyanın cənub hissəsi bu çayın sularının yarısını istifadə üçün götürür.
Ştatın ərazisinin böyük hissəsi Aralıq Dənizi İqlimindədir, bura sərin, yağışlı qış ayları və quru yay ayları xasdır. Okean sahillərindən axan sərin Kaliforniya cərəyanı yay aylarında sahildə ərazilərində tez-tez duman yaranmasına səbəb olur. Daxili ərazilərdə isə yay ayları daha isti, qış ayları isə daha da soyuq olur. Ştatın şimal hissəsi cənubuna nisbətən daha rütubətlidir. Şimal-Qərbi Kaliforniya mülayim iqlimə malikdir. Ştatın hündür dağları qış müddətində qar ilə örtülü olur, yayda isə mülayim iqlimə malik olurlar.
Tarixi
Kaliforniya ərazisi 10.000 il əvvəldən başlayaraq müxtəlif xalqlar tərəfindən məskunlaşmağa başlamışdır. Əlverişli və rəngarəng iqlimin olması səbəbindən bu region Kolumbun Amerikaya gəlməsindən əvvəl ən çox inkişaf etmiş regionlardan biri olub.
Bu regionu ilk tədqiq edən avropalı isə 1542-ci ildə bura İspaniya Krallığının gəmisi ilə üzən portuqalJoao Rodrigez Kabrilyo olub. Bundan 37 il sonra, 1579-cu ildə ingilis səyyahı Fransis Dreyk Kaliforniyaya çatmış və bu torpaqlara iddia etmişdir. İspaniyalı Sebastyan Vizkano 1602-ci ildə İspaniya Krallığı üçün Kaliforniyanı tədqiq etmiş və onun xəritəsini hazırlamışdır.
İspan missionerləri bu regiona 18-ci əsrin sonlarından etibarən bu regiona gəlməyə başlamışlar. Region həmin dövrdə Alta Kaliforniya (Yuxarı Kaliforniya) adlanırdı. 1821-ci il Meksika Müstəqillik Muharibəsi nəticəsində Meksikanın müstəqillik əldə etməsi nəticəsində Kaliforniya Meksika ərazisinə çevrildi. Bundan 25 il sonra keçən bir müddət ərzində Alta Kaliforniya Meksikanın ucqar və geridə qalmış regionuna çevrildi. Müstəqilliyin əldə olunması ilə birlikdə missionerlərə aid olan torpaqlar onlardan alınaraq Meksika Dövlətinin mülkiyyətinə verildi. Həmin dövrdə Kaliforniyada əsasən ranço təsərrüfatı inkişaf etmişdi. 1820-ci illərdən etibarən Kanada və ABŞ-dən olan insanlar burada məskən salmağa başladılar. Onlar Kaliforniyanın Amerika torpağı olacağının müjdəçiləri idilər.
Az sonra başlanan Meksika-Amerika müharibəsi (1846–1848) nəticəsində Meksika öz ərazisinin yarıdan çoxunu, həmçinin Kaliforniya ərazisini itirdi. Lakin Kaliforniyanın aşağı regionu olan Baja Kaliforniya Meksikanın ərazisi kimi qaldı.
1848-ci ildə Kaliforniyanın ağdərili əhalisi 15 000 nəfər idi. Lakin 50-ci illərdə burada qızıl mədənlərinin tapılması nəticəsində çoxlu sayda avropalı Kaliforniyaya köçdü. 1854-cü ildə onların sayı artıq 300 000-ə çatırdı. Həmin ildə Sakramento Kaliforniyanın inzibati mərkəzi seçildi.
Kaliforniya ilə ABŞ-nin şərq və mərkəz regionları arasında yol çox uzun və təhlükəli idi. Buna görə Kaliforniyaya birbaşa dəmiryolu tikintisinə başlandı. İlk belə dəmiryolunun tikintisi 1869-cu ildə başa çatdı. Həmin dəmiryolu Birinci Transkontinental Dəmiryolu adlanır. Bu dəmiryolunun istifadəyə verilməsi Kaliforniyanın inkişafına böyük təkan verdi, ştata yüzminlərlə əhali köç etməyə başladı. Yeni gələn məskunlar buradakı torpağın yay zamanı su verildiyi vaxt çox yaxşı məhsul verdiyini görərək burada çoxlu sayda fermalar açmağa başladılar.
20-ci əsrin başlanğıcında buranı ABŞ-nin digər regionları ilə bağlayan daha bir neçə yol tikildi. Ştatın əhalisi 1900-cü ildə 1 milyon nəfərdən az olsa da, 1965-ci ildə Kaliforniya ölkənin ən çox əhalisi olan ştatına çevrildi. Bu gün Kaliforniya dünyada müasir texnologiyaların, iri müəssisələrin, musiqi və kino sənayesinin mərkəzi kimi tanınır. Ştat həmçinin ABŞ-nin kənd təsərrüfatının mərkəzidir.
Kaliforniyada həmçinin bir çox terror aktları da baş vermişdir. Bunlardan ən mühümü 1982-ci il yanvarın 28-də Los-Anceles şəhərində baş vermişdir. Həmin gün erməni terrorçuları Hampiq Sasunyan və Krikor Saliba Türkiyənin Los-Anceledəki konsulu Kamal Arıkanı güllələyərək öldürdülər. Hadisədən az sonra hər iki terrorçu həbs edildi. Sasunyanın atası Amerika televiziyasına verdiyi musahibədə 'türkün öldülürməsinə görə çox şad olduğunu' bildirdi. Hazırda hər iki terrorçu Kaliforniya həbsxanasında ömürlük həbs cəzası çəkməkdədir.[3]
2009-cu il üçün Kaliforniyanın əhalisi 36.961.664 nəfər olub.[2] Əhalisinin böyük əksəriyyətini ağdərili amerikalılar təşkil edir. Onların əhalinin ümumi sayında payı 45 faizdir. İspandilli Amerikalıların payı 36 faizdir və onlar sürətlə artmaqdadırlar.
Hesablamalara görə 2020-ci ildə latın merikalılar Kaliforniyada əsas etnik qrupa çevriləcəklər, ispan dili isə Kaliforniyada əsas dil olacaqdır. Etnik mənsubluğuna görə ştat əhalisinin çoxunu meksikalılar (25%) təşkil edir, daha sonra almanlar (9%), irlandlar (7.7%), ingilislər (7.6%), filippinlilər (6%) gəlir. Los-Anceles və San-Fransiskoda çoxlu sayda fransız, italyan, skandinav və portuqal əsilli amerikalılar yaşayır. Kaliforniyada 600.000-ə yaxın erməni, 500.000 iranlı, 500.000 nəfər ərəb əsilli amerikalı yaşayır. Ştatda həmçinin əksəriyyəti Cənubi Azərbaycandan olan 200.000-ə yaxın azərbaycanlı yaşayır.[5]
2010-cu il üçün Kaliforniya əhalisinin 7,3%-ni qanunsuz miqrantlar təşkil edir.
Hesablamalara görə, Kaliforniyanın əhalisi 2025-ci ildə 50 milyon nəfərə çatacaq.[6]
Din
Kaliforniyada əhalinin əksəriyyəti xristian dininə sitayiş edir. Onların böyük hissəsi katolikdir. Kaliforniya katolik kilsəsinə inananların sayına görə bütün ştatlardan irəlidədir. Katoliklərdən sonra 2-ci ən çox ardıcılı olan kilsə protestant kilsəsidir. Yəhudilərin sayı ştatda təxminən 1.000.000 nəfərdir, onlar ümumi əhalinin təxminən 3%-ni təşkil edirlər.
Kaliforniya ABŞ-də yəhudilərin sayına görə Nyu-Yorkdan sonra 2-ci yeri tutur. Hal-hazırda ABŞ Senatında Kaliforniyanı təmsil edən hər iki senator, Dianne Feinstein və Barbara Boxer yəhudidirlər. Müsəlmanlar ümumi əhalinin təxminən 3%-ni təşkil edirlər. Onların sayı 1 milyon nəfərdən çoxdur. Xüsusilə San-Dieqo şəhərində çox sayda müsəlman yaşayır. Müsəlmanlar bu şəhərin əhalisinin 10%-ni təşkil edirlər. Şəhərdə müsəlmanların sayı təxminən 100.000 nəfərdir. [3]Arxivləşdirilib 2010-12-07 at the Wayback Machine
Kaliforniya həmçinin buddistlərin sayına görə də digər bütün ştatlardan irəlidədir. Burada Amerikadakı bütün buddistlərin təxminən 40%-i yaşayır.
Əhalinin irqi mənsubluğu
42,3% Ağdərili (Latın Amerikalı ağdərililər bura aid deyil)
Ştatın 2007-ci ildə Ümumi Daxili Məhsulu 1.812 trilyon ABŞ dolları olub. Kaliforniyanın ÜDM-u ölkənin ÜDM-nin 13%-ni təşkil edir. Ştatda əsas inkişaf edən sahələr ticarət, nəqliyyat, təhsil, səhiyyə və turizmdir. Turizmdən əldə olunan gəlir illik 60 milyard dollardır. Hər il Kaliforniyanı milyonlarla xarici və yerli turist ziyarət edir. Kaliforniyada işsizlik səviyyəsi son illər yüksələrək 2010-cu il üçün 12% olmuşdur. 2007-ci ildə işsizlik burada 5,9% olub.[8]
Kaliforniya həmçinin sənaye istehsalına görə ölkədə birinci yeri tutur. Ştatın əlverişli coğrafi mövqeyi (sürətlə inkişaf edən Asiya bazarlarına yaxınlığı), təbii resursların bolluğu, böyük maliyyə resursları, çoxlu sayda məhsuldar və ixtisaslaşmış işçi qüvvəsinə sahib olması Kaliforniyada sənayenin sürətli inkişafına səbəb olmuşdur. Təkcə qida sənayesində illik istehsal 50 milyard dollar, aerokosmik sənayenin illik istehsalı isə 28 milyard dollardır. Bundan başqa Kaliforniyada çoxlu sayda kompüter və silah istehsal edən müəssisələr yerləşir.[9]
Kaliforniyanın iqtisadiyyatı beynəlxalq ticarətdən çox asılıdır. 2008-ci ildə ştatın xarici ölkələrə ixracı 144 milyard dollar dəyərində olub. İxracatın 42 faizi kompüterlər və elektron məhsullar olub. Ştatın şimal hissəsində Silikon Vadisi adlanan ərazi yerləşir. Dünyada ən müasir kompüter və İT şirkətlərinin əsas mərkəzi bu vadidə yerləşir. Həmin şirkətlərə Apple, Google, HP, Facebook, İntel, Cisco, eBay, Adobe, Oracle, Yahoo, Netflix və bir sıra başqaları aiddir.
Kaliforniyada əhalinin adambaşına düşən Ümumi Daxili Məhsul miqdarı 38.956 dollardır. Bu göstəriciyə görə ştat ölkədə 11-ci yeri tutur. Əhalinin gəlir səviyyəsi onların peşəsindən və yaşadığı regiondan asılı olaraq böyük ölçüdə dəyişir. Sahil regionlarında yaşayan əhalinin gəliri daxili regionlarda yaşayan əhalinin gəlirindən daha çoxdur. Həmçinin, 2010-cu ildə Kaliforniyada 663.000 nəfər milyoner qeydə alınmışdır. Milyonerlərin sayına görə Kaliforniya ölkədəki bütün ştatlardan irəlidədir. Ştat həmçinin ölkədə ən böyük gəlir vergisi miqdarına sahibdir. Ştat ərazisində satış vergisinin miqdarı 8,25%-dir, yerli vergi ilə birlikdə bu miqdar 10,75%-ə qədər artır. Kaliforniyada minimum əməkhaqqı saatda 8 dollardır. Ölkə üzrə bu göstərici 7.25 dollardır. San-Fransisko şəhərində isə minimum əməkhaqqı saatda 9.79 dollardır.
Kaliforniya ştatı krizisdən ən böyük ziyan görən ştatlardan biri olub. Hazırda 2010-cu il üçün ştatın büdcəsinin 72 milyard dollar defisiti var.
Enerji
Kaliforniyanın mülayim iqlimə sahib olması səbəbindən, ştat adambaşına düşən enerji istehlakına görə ölkədə ən aşağı yerlərdən birini tutur.
Kaliforniyanın enerji istehsalında neft və qaz sənayesi əsas yer tutur. Mərkəzi Vadidə və Sakit Okean sahilində böyük neft yataqları yerləşir. Kaliforniyada ildə 50 milyon tona yaxın neft çıxarılır. Ştatın təbii qaz ehtiyatları azdır və tələbatı qarşılamaq üçün onu Meksika körfəzi ştatlarından və Kanadadan boru kəmərləri vasitəsilə ixrac edir. Bundan başqa Kaliforniya alternativ enerji istehsalına görə də ölkədə 1-ci yeri tutur. Alternativ enerji mənbələrinə geotermal, günəş enerjisi və külək enerjisi aiddir. İndiyə kimi Kaliforniyada ümumi istehsal gücü 755 meqavatt olan günəş batareyaları qurulub. Hazırda Kaliforniyada günəş batareyaları hesabına istehsal olunan elektrikin 1 kilovattının dəyəri təxminən 80 sentdir.[10] Hesablamalara görə 2020-ci ildə ştatda istehlak olunan enerjinin üçdə biri alternativ enerji mənbələrindən alınan enerji olacaq.[11] Bu planın həyata keçməsi nəticəsində Kaliforniya ətraf mühiti ən təmiz olan ştatlardan birinə çevrilə bilər.
Nəqliyyat
Kaliforniya ştatının geniş əraziləri bir-birilə çoxlu sayda avtomagistrallar və sürətli dəmiryolları vasitəsilə əlaqələnmişdir. Ştatın nəqliyyat sistemində avtomobillər əsas vasitədir. Ştatın demək olar bütün ərazisi geniş avtomagistrallarla əhatə olunmuşdur.
Ştatın əsas diqqətəlayiq yerlərindən biri də San-Fransiskoda yerləşən Qızıl Darvaza Körpüsüdür. Körpü 1937-ci ildə tikilərək istifadəyə verilmişdir. Körpünün uzunluğu 2.7 kilometrdir, oradan keçiş isə avtomobillər üçün pulludur. Hər gün bu körpüdən 118.000 avtomobil istifadə edir.[12] Körpü həmçinin turistlərin ən çox axın etdiyi yerlərdən biridir.
Şəhərlərarası dəmiryolu daşınmasının əksəriyyəti Amtrak California şirkəti tərəfindən həyata keçirilir. Şəhərlərarası avtobus daşınmaları isə əsasən Greyhound şirkəti tərəfindən həyata keçirilir. Şəhərlərin bir çoxunda metro nəqliyyatı fəaliyyət göstərir. Onlardan ən böyükləri Los-Ancelesdə yerləşən Metro Rail və San-Fransiskoda BART metro sistemləridir.
Təhsil
Kaliforniya ölkədə ən çox əhalisi olan ştat olduğu üçün ən böyük təhsil sisteminə malik ştatdır. 2005–2006 təhsil ilində Kaliforniya orta məktəblərində 6.2 milyon şagird təhsil alırdı. Lakin Kaliforniya əsas ali təhsilin keyfiyyətinə görə digər ştatlardan fərqlənir. Ştatda yerləşən Kaliforniya Dövlət Universiteti ölkədə ən böyük ali təhsil müəssisəsi sistemidir. Kaliforniya Dövlət Universitetinin müxtəlif şəhərlərdə yerləşən filiallarında ümumi olaraq 450.000 tələbə təhsil alır. Ştatda yerləşən nüfuzlu özəl ali məktəblərə Stanford Universiteti, Cənubi Kaliforniya Universiteti, Kaliforniya Texnologiya İnstitutu aiddir. Bundan başqa Kaliforniyada fəaliyyət göstərən kolleclərdə 2.9 milyon tələbə təhsil alır.
Azərbaycan ilə Əlaqələri
Kaliforniyada təxminən 200.000 nəfərə yaxın azərbaycanlı yaşayır. Bunlar əsasən İran İslam İnqilabından sonra bura gələn cənubi azərbaycanlılardır. Bundan başqa Kaliforniyanın universitetlərində çoxlu sayda azərbaycanlı tələbə təhsil alır. Kaliforniyanın şimalında azərbaycanlıların ACSNC (Azerbaijan Cultural Society of Northern California) təşkilatı fəaliyyət göstərir. Los-Anceles şəhərində Azərbaycan Respublikasının konsulluğu fəaliyyətdədir. Konsulluq 2005-ci ildə açılmışdır. Azərbaycanın Kaliforniyadakı rəsmi konsulu Elin Süleymanovdur. Həmçinin Kalifroniyada yaşayan Azərbaycanlılar tərəfindən yaradılan CAFA (KADA) birliyi də vardır ki, əsas məqsədləri Azərbaycan (Bakı) ilə ABŞ (Kalifroniya) əlaqələrini gücləndirməkdir.
British Army general For other persons of the same or similar name, see Michael Jackson (disambiguation). SirMike JacksonJackson in June 2009Born (1944-03-21) 21 March 1944 (age 79)Sheffield, EnglandAllegianceUnited KingdomService/branchBritish ArmyYears of service1963–2006RankGeneralService number475176Commands heldChief of the General StaffLand CommandAllied Rapid Reaction Corps3rd Mechanised Division39th Infantry Brigade1st Battalion, Parachute RegimentBattles/warsThe TroublesY...
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (يوليو 2019) نيد هاركنيس معلومات شخصية الميلاد 19 سبتمبر 1921[1] أوتاوا الوفاة 19 سبتمبر 2008 (87 سنة) [1] روتشستر مواطنة كندا الحياة العملية المدرسة الأم ...
Wappen Deutschlandkarte ? Hilfe zu Wappen 50.58333333333311.15Koordinaten: 50° 35′ N, 11° 9′ O Basisdaten (Stand 2019) Bestandszeitraum: 1994–2019 Bundesland: Thüringen Landkreis: Saalfeld-Rudolstadt Fläche: 65,88 km2 Einwohner: 4998 (31. Dez. 2017) Bevölkerungsdichte: 76 Einwohner je km2 Kfz-Kennzeichen: SLF, RU Verbandsschlüssel: 16 0 73 5001 Verbandsgliederung: 5 Gemeinden Adresse der Verbandsverwaltung: Markt 5 in 98744Ober...
Biografi ini tidak memiliki sumber tepercaya sehingga isinya tidak dapat dipastikan. Bantu memperbaiki artikel ini dengan menambahkan sumber tepercaya. Materi kontroversial atau trivial yang sumbernya tidak memadai atau tidak bisa dipercaya harus segera dihapus.Cari sumber: Zacky Vengeance – berita · surat kabar · buku · cendekiawan · JSTOR (Pelajari cara dan kapan saatnya untuk menghapus pesan templat ini) Zacky VengeanceInformasi latar belakangNama l...
United States military facility located in Prince George's County, Maryland Joint Base AndrewsCamp Springs, Maryland in the United States of AmericaBoeing VC-25A, widely known as Air Force One when the President is on board, of the 89th Airlift Wing based at JB Andrews.Motto: America's AirfieldJB AndrewsLocation in the United StatesCoordinates38°48′39″N 076°52′01″W / 38.81083°N 76.86694°W / 38.81083; -76.86694 (Andrews Field)TypeUS military Joi...
Paul W. Cronin, 1973 Paul William Cronin (* 14. März 1938 in Boston, Massachusetts; † 5. April 1997 in Andover, Massachusetts) war ein US-amerikanischer Politiker. Zwischen 1973 und 1975 vertrat er den Bundesstaat Massachusetts im US-Repräsentantenhaus. Werdegang Paul Cronin studierte bis 1962 an der Boston University und danach bis 1969 an der Harvard University. Später schlug er als Mitglied der Republikanischen Partei eine politische Laufbahn ein. Zwischen 1967 und 1969 war er Ab...
خليج سرتالموقع الجغرافي / الإداريالإحداثيات 31°30′N 18°00′E / 31.5°N 18°E / 31.5; 18 جزء من البحر الأبيض المتوسط التقسيم الإداري ليبيا[1] دول الحوض ليبيا[1] هيئة المياهالنوع خليج صغير — خليج[1] تعديل - تعديل مصدري - تعديل ويكي بيانات خريطة ليبيا ويتوسطها الخليج ف...
Amusement park ride Mass Effect: New Earth is a theatrical motion simulator amusement park ride at California's Great America in Santa Clara, California. It is an adaptation of the Mass Effect video game series and features recurring characters from the franchise. New Earth opened on May 18, 2016. Ride In the 4½-minute ride, guests sit in the 80-seat Action Theater with a custom 60-foot 3D LED screen with 4K resolution. The audience's motion seats are equipped to simulate wind and water and ...
Fictional character from Friday Night Lights Fictional character Tim RigginsFriday Night Lights characterTaylor Kitsch as Tim RigginsFirst appearancePilotLast appearanceAlwaysPortrayed byTaylor KitschIn-universe informationOccupationHigh school student and starting fullback/running back of the Dillon Panthers (seasons 1-3)High school student and house flipper (season 3) College student at San Antonio State University (Season 4) Mechanic (season 4) Bartender at Buddy's Bar Assistant coach Lion...
Eskudo sa Rehiyon sa Toscana Mapa nga nagpakita kon asa nahimutang ang mga lalawigan sa Rehiyon sa Toscana Ang Toscana (sa Iningles: Tuscany) usa (1) sa kaluhaan (20) ka rehiyon sa Italya. Ang ulohan sa rehiyon maoy ang Florencia (o Florence). Mga lalawigan sa Toscana Arezzo Florencia (Florence) Grosseto Livorno Lucca Massa-Carrara Pisa Pistoia Prato Siena Aduna'y mga payl ang Wikimedia Commons nga may kalabotan sa artikulong: Tuscany. thuMga Rehiyon sa Italya AbruzzoWalog s...
American baseball player and manager Baseball player Ken MachaMacha (center) with the Milwaukee Brewers in 2009Third baseman / ManagerBorn: (1950-09-29) September 29, 1950 (age 73)Monroeville, Pennsylvania, U.S.Batted: RightThrew: RightProfessional debutMLB: April 12, 1974, for the Pittsburgh PiratesNPB: April 4, 1982, for the Chunichi DragonsLast appearanceMLB: September 30, 1981, for the Toronto Blue JaysNPB: September 19, 1985, fo...
ManorvilleThe former Manorville LIRR station site just east of the Ryerson Avenue grade crossing.General informationLocationLIRR at Ryerson Avenue,Manorville, New YorkCoordinates40°52′29″N 72°48′30″W / 40.874819°N 72.808338°W / 40.874819; -72.808338Owned byLong Island Rail RoadLine(s)Main Line and Manorville BranchHistoryOpenedJuly 29, 1844[1]Closed1968ElectrifiedNoPrevious namesSt. George's ManorManorFormer services Preceding station Long IslandRai...
2012 American filmThe CourierDVD coverDirected byHany Abu-AssadScreenplay by Brannon Coombs Pete Dris Produced byMichael ArataJeffrey Dean MorganStarringJeffrey Dean MorganCinematographyAntonio CalvacheEdited byWilliam SteinkampMusic byNima FakhraraProductioncompanyArclight FilmsDistributed byWell Go USARelease date 2012 (2012) Running time90 minutesCountryUnited StatesLanguageEnglishBudget$13.6 million[1]Box office$58,387[2] The Courier is a 2013 American direct-to-video...
German painter You can help expand this article with text translated from the corresponding article in German. (September 2017) Click [show] for important translation instructions. Machine translation, like DeepL or Google Translate, is a useful starting point for translations, but translators must revise errors as necessary and confirm that the translation is accurate, rather than simply copy-pasting machine-translated text into the English Wikipedia. Consider adding a topic to this tem...
Geographical region in north-eastern Bulgaria Map of Bulgaria and Romania with Southern Dobrudja or Cadrilater highlighted in yellow. Northern Dobruja is highlighted in orange. Southern Dobruja, South Dobruja or Quadrilateral (Bulgarian: Южна Добруджа, romanized: Yuzhna Dobrudzha or simply Добруджа, Dobrudzha; Romanian: Dobrogea de Sud, Cadrilater or Dobrogea Nouă) is an area of north-eastern Bulgaria comprising Dobrich and Silistra provinces, part of the historical ...
هذه واحدة من سلسلة مقالات حولالأساطير والفلكلور اليابانية ميثولوجيا و فلكلور كوجيكي نيهون شوكي كُجيكي أوتوغيزوشي يوتسويا كايدان أوكيكو أوراشيما تارو كونجاكو مونوغاتاري آلهة إزانامي إزاناغي أماتيراسو سوسانو تسوكويومي أمه نو أوزومه إناري كامي قائمة الآلهة في الميثولوجي...