Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.[1]
Tarixi
Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas
formasında[2], Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında[3] qeyd
edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz[4], Eylas[5] formalarında
qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə
yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Əhalisi
Kənddə 1831-ci ildə 445 nəfər, 1873 - cü ildə 1095 nəfər, 1886-cı ildə 1073 nəfər, 1897-ci ildə
1457 nəfər, 1908-ci ildə 1097 nəfər, 1914 - cü ildə 1187 nəfər, 1916-cı ildə 1467 nəfər yalnız
azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə
məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir.
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma
yurdlarına dönə bilmişdir. 1922-ci ildə 582 nəfər azərbaycanlı, 71 erməni, 1926-cı ildə 586 nəfər
azərbaycanlı, 50 erməni, 1931-ci ildə 680 nəfər azərbaycanlı, 9 erməni yaşamışdır[6].
SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla
Azərbaycana köçürülmüş, İran, Livan, Suriya, Türkiyədən köçürüiən ermənilər burada
yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Tanınmışları
İstinadlar
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.36
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.55
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48
- ↑ Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.129
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|