Cəbəçili

kənd
Cəbəçili
40°02′43″ şm. e. 44°28′25″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 3,75 km²
Mərkəzin hündürlüyü 830 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.072 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Cəbəçili xəritədə
Cəbəçili
Cəbəçili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəbəçili — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[2]

Tarixi

Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Mənbələrdə kəndin adı Cəbəçəlli şəklində də göstərilir[5].

Toponim qapıqulu türk tayfasına mənsub olan cəbəçi nəsil adına[6] mənsubluq bildirən - li şəkilçisinin qoşulmasından əmələ gəlmişdir.

Patronim toponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 27. II. 1960-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Crahovid qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 275 nəfər, 1873-cü ildə 252 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 264 nəfər, 1904-cü ildə 355 nəfər, 1914-cü ildə 575 nəfər, 1918-ci ildə 355 nəfər, 1919 - cu ildə 240 nəfər yalnız azərbaycanlı yaşamışdır[7][8].

1918-1919-cu illərdə kənd ermənilərin təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar 1919-cu ildə tamamilə deportasiya olımaraq Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 115 nəfər, 1931-ci ildə 131 nəfər azərbaycanlı yaşamışdır[7].

SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüş və xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.160
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.78
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.50
  6. İslam Ansiklopedisi, İstanbul, 1993, cilt 7, s.182
  7. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.50-51, 130-131
  8. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!