Zəngi — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. 1950-ci illərə qədər mövcud olmuşdur.
Girdiman çayı hövzəsinə daxil olan Zəngiçayın sahilində yerləşən Zəngi kəndi öz adını bir vaxtlar burada yaşamış zəngi tayfasının adından almışdır. Dilimizdə zəngi sözünün "qara" mənası da var.
1950-ci ildən sonra Zəngi kəndi ləğv edilmiş, kənd əhalisi isə İsmayıllı şəhərinə köçürülmüşdür.