Bu adın digər istifadə formaları üçün bax:
Təzəkənd.
Təzəkənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
Təzəkənd kəndi adından da göründüyü kimi elə də qədim tarixə malik olan kənd deyil. 1936-cı ildə yaranıb. Ötən əsrin əvvəllərində dağ kəndlərində yaşayan əhali yavaş-yavaş məskən salmaq üçün bu kəndin aşağı hissəsinə Qazmalar yeri deyilən (indi camaat ora Heyvalıq deyir) əraziyə köç edib. 1936-cı ildə isə hal-hazırkı ərazidə Təzəkənd kəndini qurublar. Əhali əsasən Müdri, Həftəsov, Müdirsə, Mişgəmir, Kəlfərəc, Zanqı və s. kimi kəndlərdən gəlmələrdir. Bakı-İsmayıllı yolu üzərində, Girdimançayın yaxınlığında (şimala baxanda sol tərəfində) yerləşir. Rayon mərkəzindən 12 km aralıqdadır. Kəndin yuxarı hissəsindən geniş meşə zolağı başlayır. Yerli əhali istirahət üçün "Suyun gözü" deyilən yeri əlverişli yer hesab edir. Kənddə tibb məntəqəsi, on bir illik məktəb, ATS, poçt məntəqəsi, uşaq baxçası və məscid fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, meyvəçilik, bostançılıq, üzümçülük və s.ibarətdir. Kəndin şimal-qərb hissəsində şirin su tutumlu Vəlbinə gölü yerləşir.
Əhalisi
Əhalisi 1577 nəfərdir ki onunda 784 nəfəri kişi, 793 nəfəri qadındır.
Tanınmışları
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|