Qalagah (İsmayıllı)

Qalagah
40°43′01″ şm. e. 47°55′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub XV əsr
Mərkəzin hündürlüyü 643 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1.082 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3118[1]
Digər
[http:// ]
Xəritəni göstər/gizlə
Qalagah xəritədə
Qalagah
Qalagah

QalagahAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Qalagahda yerləşən Alaban kilsəsinin xarabalıqları

Bu oykonim çox güman ki, kəndin ərazisində V-VI əsrlərə aid olan və xarabalıqları el arasında "Qız qalası" adlandırılan qədim qalanın adı ilə bağlıdır.

Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funkisyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd, yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür. Bu cəhətdən onun keçmişində, əsasən oykonim yaradan formant kimi işləndiyini qəbul etmək olar. Gah komponentli oykonimlər Azərbaycanın şimal-şərq və cənub-şərq zonaları üçün səciyyəvidir. Oykonim qala və tat dilində məkan, yer bildirən "gə" sözlərindən ibarət olub "qala olan yer, qala yeri" mənalarını ifadə edir.[2]

Qalagah yaxınlığında 1-5 əsrlərə aid yaşayış yeri mövcud olmuşdur. Arxeoloji qazıntılar zamanı Qalagah yaxınlığında gümüş və qızıl sikkələr tapılmışdır.[3]

Coğrafiyası və iqlimi

Rayon mərkəzindən 28 km Cənub Qərbdə, Acınohur ön dağlığındadır.

Əhalisi

Əhalisi 1082 nəfərdir ki onunda 557 nəfəri kişi, 525nəfəri qadındır. Əhalisi taxılçılıq və heyvandarlıqla məşğuldur. Qalagahda orta məktəb, kitabxana, tibb məntəqəsi vardır.

Tanınmışları

Həmçinin bax

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.11.
  3. Kəndlərimiz[ölü keçid]

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!