İkinci Yeniyol — Azərbaycan Respublikasınınİsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Yeniyol (indiki Birinci Yeniyol) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmış və İkinci Yeniyol adlandırılmışdır. Yeniyol komponenti rəmzi olaraq verilmiş adlardandır[1].
Əhalisi
Əhalisi 117 nəfərdir ki onunda 56 nəfəri kişi, 61 nəfəri qadındır.
İstinadlar
↑Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007