Birinci Yeniyol kəndi Dağətəyi ərazidədir. Keçmiş adı Nügədi (tatca “yeni kənd”) olub, 1935-ci ildə Yeni Yol qoyulmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr tərəfindən yeni yaşayış məntəqəsi (İkinci Yeniyol) yarandıqda toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir.[1]
Əhalisi
Əhalisi 414 nəfərdir ki onunda 210 nəfəri kişi, 204 nəfəri qadındır.