Azərbaycanın VIII Nazirlər Kabineti — 2018-ci il aprelin 11-də Azərbaycanda baş tutan növbədənkənar prezident seçkilərindən sonra formalaşan Azərbaycanın Nazirlər Kabineti. Prezident seçkilərində dördüncü dəfə qalib gələn İlham Əliyevin 18 aprel 2018-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri istefaya göndərildi və aprelin 21-də və 23-də imzalanan Sərəncamlarla yeni Nazirlər Kabineti formalaşdı.
Aprelin 21-də Azərbaycan Prezidenti İlham Əliyev, Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq üçün Azərbaycan Milli Məclisinə müraciət etdi. Həmin gün müraciətə baxıldı və səsvermə yolu ilə Novruz Məmmədovun Azərbaycan Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verildi. İlham Əliyevin həmin gün imzaladığı Sərəncamla Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsinə təyin edildi.