Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır.
Tarixi
İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub.[2] Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.