Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
(ƏƏSMN)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 26 dekabr 1918
Əvvəlki qurum Sosial Təminat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi
Tabelik Azərbaycan Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Salatın Əsgərova küçəsi 85, AZ 1009
Rəhbərlik
Nazir Sahil Babayev
Nazir müavinləri Anar Əliyev
Vüsal Nəsirli
Anar Kərimov
Hidayət Abdullayev

Rəsmi saytı sosial.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İnzibati binası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayıb və bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.[1]

Tarixi

Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur.

İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi.

Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi.

Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu. Xalq Komissarları Soveti iyulun 31-dək, 3 aylıq fəaliyyəti ərzində 200-dən çox şəxsi neft mədənini, 299 sənaye müəssisəsini milliləşdirməklə yanaşı, fəhlə və qulluqçuların əmək hüquqlarının müdafiəsi, işçilərin əməyinin mühafizəsinin təşkili və s. ilə bağlı bir sıra sosial tədbirlər də həyata keçirmişdir.

AXC

1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq İstiqlal Bəyannaməsi elan olundu və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi ``Hümmət`` partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olundu.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 10-u sosial sahəyə aid idi. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi ki, onlardan biri 28 avqust 1918-ci il tarixli "Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında" qərar idi. Qərarda istefaya çıxan şəxslərə xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı.

26 dekabr 1918-ci ildə isə 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olundu.

Üçüncü hökumət parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti Hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirdi. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişiklik edilməsi barədə qərar verdi.

1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edildi. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi.

1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır. ADR parlamentinin 7 dekabr 1918-ci il tarixli "Fəhlə məsələsi haqqında" qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə pensiya məsələləri üzrə ikinci qərar 27 avqust 1919-cu ildə qəbul edilmiş "Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında" qərar olmuşdur.

1919-cu il dekabrin 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik etmişdir. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yaymışdır. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əmək haqqının qaldırılması məsələləri nəzərdə tutulmuşdur.

SSRİ dövrü

1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq, silahlı qüvvələrini Azərbaycana yeritdi və Azərbaycanın dövlət müstəqilliyinə son qoydu.1920-ci il aprelin 28-də hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi. Mayın 3-də Azərbaycan İnqilab Komitəsinin 2-ci iclasında hökumətin tərkibində Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yaradıldı. Seyidcəfər Yaqubov Azərbaycan SSR Xalq Əmək Komissarı təyin olundu.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti işçi qüvvəsindən səmərəli istifadə etmək, fəhlələri öz ixtisaslarına görə yerləşdirmək, işçilərin həyatını, sağlamlığını və əməyini mühafizə etmək məqsədilə Xalq Əmək Komissarlığının nəzdində Əməyin Mühafizəsi Müfəttişliyini təsis etdi. Bu təşkilatın vəzifəsi zəhmətkeşlərin əməyinin mühafizəsi və mənafeyi ilə bağlı zəruri tədbirlər görmək idi. 1920-ci ildə neft sənayesi müəssisələrində əməyin mühafizəsi üzrə 150 komissiya yaradılmışdır.

Sovet hakimiyyətinin bərqərar olmasından sonra fəhlə və qulluqçuların sosial təminatı ilə əlaqədar bir sıra qərarlar qəbul olunmuşdur. "Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında" 15 noyabr 1921-ci il tarixli Dekret muzdlu əməklə məşğul olan bütün şəxslərə və əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirildiyi bütün hallara, işsizliyə, eləcə də ölüm hallarına şamil edilirdi. 9 dekabr 1921-ci il tarixli "Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında" və "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında" dekretlərlə ailə başçısının itirilməsi ilə əlaqədar pensiya təminatı həll olunmuşdur. Bundan başqa, 8 dekabr 1921-ci il tarixli "Əlillərin sosial təminatı haqqında", 19 dekabr 1921-ci il tarixli "Xəstəliyin sığortası haqqında" və 28 dekabr 1921-ci il tarixli "İşsizliyə görə sosial təminat haqqında" Dek-retlər də qəbul olunmuşdur.

1922-ci il oktyabarın 30-da ZSFSR MİK-nin 9-cu çağırış 4-cü sessiyasında "Əmək haqqında qanunlar məcəlləsi" qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin "Əmək haqqında qanunlar məcəlləsini qüvvəyə mindirmək haqqında" 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul edildiyi tarixədək qüvvədə olmuşdur.

1922–27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm quruculuğu dövrü olduğundan İctimai Təminat Komissarlığının vəzifələrini Azərbaycan Xalq Komissarları Soveti və ayrı-ayrı şuralar yerinə yetirirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyun 1927-ci il tarixli qərarı ilə Xalq İctimai Təminat Komissarlığının fəaliyyəti bərpa edildi və M. Hacıyev komissar təyin olundu.

1927-ci ilin avqust ayında Bakıda əlillərin problemləri ilə məşğul olmaq üçün "Əlillər korporasiyası" yaradılmış, İctimai Təminat Komissarlığı sisteminə daxil olan 25 arteldə müxtəlif ixtisaslar üzrə yüzlərlə əlil işlə təmin edilmişdir.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin "Dövlət ictimai sığortası üzrə pensiyaların təyin edilməsi barədə" 1937-ci il 9 may tarixli 2891 nömrəli qərarı ilə AHİŞ-da, dəmir yolları, dəniz nəqliyyatı və çay nəqliyyatı fəhlələri həmkarlar ittifaqlarında bütün növ pensiyaların təyin olunması dayandırılaraq, bu işin həyata keçirilməsi səlahiyyəti Xalq İctimai Təminat Komissarlığına verildi.

Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1958-ci il tarixli qərarı ilə İctimai Təminat Nazirliyi tərəfindən 1960-cı ilin yanvarın 1-dən başlayaraq, çoxuşaqlı və tək analara hər ay dövlət yardımı verilməsinə başlanıldı. Həmçinin həmin il sovet pensiya sistemində müavinətlərin yeni növləri tətbiq edildi.

Müstəqillik dövrü

Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb.

Vəzifələri

  • Əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaratmaq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin etmək;
  • işsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, şərbəstləşdirilmiş işçilərin məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək;
  • müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə birgə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək;
  • əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlayıb müvafiq orqanlara təqdim etmək;
  • əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə təkliflər hazırlamaq, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidmətini təşkil etmək;
  • demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək;
  • tibbi-sosial ekspertizanı, əlillərin reabilitasiyasını təşkil etmək, əlillərin protez-ortopedik vasitələrlə təmin olunmasına köməklik göstərmək;
  • mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi, əmək şəraiti, əməyin ödənilməsi, əmək münasibətləri, əməyin gigiyenası, əhalinin məşğulluğu, miqrasiya sahəsində qanunvericilik aktlarının icrasının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək.

Tabeliyindəki qurumlar

Beynəlxalq əlaqələr

Nazirliyin fəaliyyət dairəsinə aid bütün istiqamətlər üzrə islahatların aparılmasında beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən BƏT, BMT İP, BMT QAK, Dünya Bankı, TACİS və BQXK ilə sıx əməkdaşlığın xüsusi əhəmiyyəti olmuşdur. Yuxarıda qeyd olunduğu kimi əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə bu təşkilatlarla birgə layihələr həyata keçirilmişdir ki, bu da ölkədə həmin sahələrin inkişafına əhəmiyyətli təsir göstərmişdir.

1996-cı ilin sentyabr ayından 1998-ci ilin avqust ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında məşğulluq xidmətində islahatların aparılması və inkişaf etdirilməsinə kömək göstərmək" layihəsini həyata keçirmişdir.

1997-ci ilin yanvar ayından 1998-ci ilin fevral ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Təhsil və özünüməşğulluğun inkişaf proqramı" layihəsini həyata keçirmişdir. Layihə Naxçıvan MR və Ağdam rayonu ərazisində həyata keçirilirdi.

1998-ci ilin fevral ayından 1999-cu ilin avqust ayınadək və 2000-ci ilin yanvar-noyabr aylarında Nazirlik BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı və BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerlərdə məskunlaşması" layihələrini həyata keçirmişdir.

1999-cu ilin avqust ayından 2001-ci ilin iyun ayınadək Nazirlik Dünya Bankı ilə birgə "Azərbaycan Respublikasında pensiya və sosial yardım islahatı" layihəsini həyata keçirmişdir. Bu layihə Yaponiya hökumətinin Azərbaycan Respublikasının hökuməti üçün ayrılmış qrant hesabına həyata keçirilmişdir.

2000-ci ilin noyabr ayından 2002-ci ilin sentyabr ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında Sosial Müdafiə və Pensiya islahatı" layihəsi həyata keçirmişdir.

2002-ci ilin sentyabr ayından 2003-cü ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Reabilitasiya mərkəzlərində reabilitasiya avadanlıqlarının təkmilləşdirilməsi" layihəsini həyata keçirmişdir. Yaponiya hökumətinin qrantı hesabına maliyyələşdirilən layihənin məqsədi Respublika Əlillərin Bərpa Mərkəzinin, Bakı Uşaq Bərpa Mərkəzinin və Əlillər üçün müalicə Pansionatının tibbi və bərpa avadanlığı ilə təchiz olunması və Yaponiya mütəxəssislərini Azərbaycana göndərməklə mühazirələr və praktiki məşğələlər vasitəsilə reabilitasiya sahəsində Azərbaycan mütəxəssislərinin ixtisaslarının artırılması və onların Yaponiyada təlim keçməsinin təşkili idi.

2000-ci ilin aprel ayından 2002-ci ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Sakinliyi Fondu ilə "Əhali Sakinliyinin inkişafının əsas təmayülü və bu inkişafın planlaşdırılmasında gender problemləri, geyri-hökumət təşkilatlarının dəstəyinin səfərbərliyi" layihəsini həyata keçirmişdir.

2002-ci ilin iyun ayından başlayaraq Azərbaycan Respublikasının hökuməti BMT-nin İnkişaf Proqramı ilə birlikdə "Azərbaycan Respublikasında sosial müdafiə sisteminin inkişafı" layihəsini həyata keçirildi.

2005-ci ilin yanvar ayından "Pensiya və sosial təminat layihəsi" fəaliyyətə başlamışdır. Beynəlxalq İnkişaf Asossiasiyasının (Dünya Bankı) krediti ilə həyata keçirilən layihə sosial təminat sahəsində Azərbaycan Respublikası hökuməti tərəfindən aparılan islahatlara yönəlmişdir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə respublikada protez-ortopedik xidmətin inkişafı sahəsində 1994-cü ildən başlayaraq bu günədək əməkdaşlıq edilir və görülən işlər sırasında ən əhəmiyyətlisi Gəncə şəhərində Protez-Ortopedik Bərpa Mərkəzinin filialının yaradılması, Naxçıvan şəhərində Protez emalatxanasının genişləndirilməsidir.

Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində 2003-cü ilin oktyabr ayında istifadəyə verilmiş Uşaq Bərpa Mərkəzinin mebel və məişət avadanlıqları ilə təminatı həyata keçirilmişdir.

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında"[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 10 dekabr tarixli, 356 nömrəli Fərmanı  (az.)
  2. ""Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxs yaradılır". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.

Xarici keçidlər

Read other articles:

Den här artikeln eller det här avsnittet innehåller inaktuella uppgifter och behöver uppdateras. (2014-03)Motivering: inaktuell information, den verkar vara skriven före premiären av HP7del2. Hjälp gärna Wikipedia att åtgärda problemet genom att redigera artikeln eller diskutera saken på diskussionssidan. Harry Potter Harry Potter GenreFantasyRegissörChris Columbus (I, II)Alfonso Cuarón (III)Mike Newell (IV)David Yates (V, VI, VII)ProducentDavid Heyman (alla)Chris Columbus (III)M...

 

American college football rivalry Florida–Tennessee football rivalry Florida Gators Tennessee Volunteers First meetingOctober 28, 1916 Tennessee, 24–0Latest meetingSeptember 16, 2023 Florida, 29–16Next meeting2024StatisticsMeetings total53All-time seriesFlorida leads, 32–21[1]Largest victoryTennessee, 45–3 (1990)Longest win streakFlorida, 11 (2005–2015)Current win streakFlorida, 1 (2023–present) [Interactive fullscreen map + nearby articles] Locations of the universities...

 

Mayor of Lancaster, PennsylvaniaIncumbentDanene Soracesince January 2, 2018Inaugural holderJohn PassmoreFormation1818 The Mayor of Lancaster, Pennsylvania, is the elected, chief executive of the city of Lancaster, Pennsylvania, USA. The mayor is elected for a four-year term. The city of Lancaster, Pennsylvania has had 43 mayors since 1818.[1] Mayors of Lancaster Mayor Party Term start Term end John Passmore 1818 1820 Samuel Carpenter 1821 1823 Nathaniel Lightner 1824 1830 John Ma...

Este artículo o sección necesita referencias que aparezcan en una publicación acreditada.Este aviso fue puesto el 21 de septiembre de 2018. Pueblo Viejo Entidad subnacional Pueblo ViejoLocalización de Pueblo Viejo en República DominicanaCoordenadas 18°24′00″N 70°46′00″O / 18.4, -70.76666667Idioma oficial EspañolEntidad Municipio de la República Dominicana • País República Dominicana • Provincia AzuaDistritos Municipales 2Eventos históricos ...

 

Carte topographique de Chypre. L’histoire de Chypre est celle d'une île méditerranéenne située au carrefour de l'Europe, du Levant et de l'Afrique. L’île de Chypre, que les anciens Égyptiens nommaient « Alachia », les anciens Assyriens « Iatnana » et les Phéniciens « Enkomi », fut dès l’Antiquité au carrefour d’importants courants commerciaux, assimilant au fil des siècles différentes cultures provenant de la Crète minoenne, de la Grèce...

 

Confine tra l'Armenia e la GeorgiaPosizione dell'Armenia (in verde) e della Georgia (in arancione).Dati generaliStati Armenia Georgia Lunghezza164 km Dati storiciIstituito nel1991 Manuale Il confine tra l'Armenia e la Georgia è la linea di demarcazione internazionale lunga 164 km che separa il sud-est della Georgia dal nord dell'Armenia. Nelle prossimità del confine si trovano le città di Alaverdi (Armenia) e Bolnisi (Georgia). I punti estremi sono le due triplici frontiere ...

Este artigo não cita fontes confiáveis. Ajude a inserir referências. Conteúdo não verificável pode ser removido.—Encontre fontes: ABW  • CAPES  • Google (N • L • A) (Junho de 2019) Rio Nhat Le, Dong Hoi. O rio Nhat Le (Sông Nhật Lệ em vietnamita é um rio do Vietnã que se origina nas chamadas Costa do Centro-Norte (Quang Binh) e possui cerca de 80 km de extensão. Este artigo sobre hidrografia em geral é um esbo...

 

American baseball player and spy (1902–1972) This article is about the American baseball player. For the Canadian singer/songwriter, see Moe Berg (musician). Baseball player Moe Berg1933 Goudey baseball card of Berg while with the Washington SenatorsCatcherBorn: (1902-03-02)March 2, 1902New York City, U.S.Died: May 29, 1972(1972-05-29) (aged 70)Belleville, New Jersey, U.S.Batted: RightThrew: RightMLB debutJune 27, 1923, for the Brooklyn RobinsLast MLB appearanceSeptember...

 

Live album by Don FriedmanKenny Werner at MaybeckLive album by Don FriedmanRecordedFebruary 1994VenueMaybeck Recital Hall, Berkeley, CaliforniaGenreJazzLabelConcord Kenny Werner at Maybeck: Maybeck Recital Hall Series Volume Thirty-Four is an album of solo performances by jazz pianist Kenny Werner. Music and recording The album was recorded at the Maybeck Recital Hall in Berkeley, California[1] in February 1994.[2] The material includes Naima.[2] Release and re...

لاجئون فلسطينيون في سنة 1948 كنتيجة للتطهير العرقي في فلسطين جزء من سلسلة حولالتمييز أشكال عامة عمر طائفة طبقة لون إعاقة نمط وراثي شعر طول لغة مظهر سمات عقلية عرق / أثنية / جنسية رتبة دين جنس توجه جنسي حجم أنواع أشكال محددة   اجتماعية رهاب اللاجنسية وصمة عار الإيدز سلط...

 

1943 British filmThe Demi-ParadiseDanish theatrical posterDirected byAnthony AsquithWritten byAnatole de GrunwaldProduced byFilippo Del GiudiceAnatole de GrunwaldStarringLaurence OlivierMargaret Rutherford Felix AylmerCinematographyBernard KnowlesEdited byRenee WoodsMusic byNicholas BrodszkyProductioncompanyTwo Cities FilmsDistributed byGeneral Film Distributors Universal Pictures (US)Release date20 December 1943 (UK)Running time114 minutesCountryUnited KingdomLanguageEnglishBudget$800,000 ...

 

Method of DNA sequencing developed in 1977 Sanger sequencing is a method of DNA sequencing that involves electrophoresis and is based on the random incorporation of chain-terminating dideoxynucleotides by DNA polymerase during in vitro DNA replication. After first being developed by Frederick Sanger and colleagues in 1977, it became the most widely used sequencing method for approximately 40 years. It was first commercialized by Applied Biosystems in 1986. More recently, higher volume Sanger ...

Arena in San Antonio, Texas, United States This article is about the arena in San Antonio. For the skyscraper in San Antonio, see Frost Tower (San Antonio). AT&T Center redirects here. For the skyscraper in Milwaukee, see AT&T Center (Milwaukee). For other buildings, see AT&T Building. Frost Bank CenterThe arena as AT&T Center in 2008Frost Bank CenterLocation in TexasShow map of TexasFrost Bank CenterLocation in the United StatesShow map of the United StatesFormer namesSBC Cen...

 

Ethnic group in Kentucky African Americans in KentuckyTotal population361,230 (2020)Regions with significant populationsLouisville, Fort Campbell, the western tip of the state and parts of the Bluegrass RegionLanguagesSouthern American English, African American English, African American Vernacular EnglishReligionProtestantism (Black Protestant) with smaller numbers of Catholics, Muslims, Buddhists and others Part of a series onAfrican Americans History Periods Timeline Atlantic slave trade Ab...

 

American biologist Nancy KnowltonNancy Knowlton at World Oceans Day in 2015NationalityAmericanAlma materPh.D. University of California, BerkeleyHarvard UniversitySpouseJeremy Jackson (m. 1983)Children2AwardsLeopold Leadership Fellow (1999); Benchley Award for Science (2009); Heinz Award with special focus on the environment (2011)Scientific careerFieldsCoral reef biologistInstitutionsUniversity of California, San DiegoSmithsonian Institution Nancy Knowlton is a coral reef biologist and a...

German boys' choir The choir in 2007 The Stuttgarter Hymnus-Chorknaben (Stuttgart hymn choir boys) is a German boys' choir founded in Stuttgart in 1900 by the Swabian entrepreneur Paul von Lechler [de] in 1900. History Lechler's models were the Thomanerchor and the Dresdner Kreuzchor. After World War II, the choir was continued in 1946 by Gerhard Wilhelm [de], who conducted the group until 1987. The boys soon reached a high artistic level, which was also recognised a...

 

Cơm ăn liền có gói tạo nhiệt từ vôi sống. Thực phẩm đóng hộp tự sôi là sản phẩm đóng gói tiện dụng, nhanh chóng với khả năng làm nóng bên trong thực phẩm mà không cần nguồn nhiệt bên ngoài hoặc nguồn điện. Các gói thường sử dụng phản ứng hóa học tỏa nhiệt. Các gói cũng có thể tự làm mát. Các gói này rất hữu ích cho các hoạt động quân sự, trong các thảm họa thiên nhiên, ho...

 

عبد الرحمن المعلمي معلومات شخصية الاسم الكامل عبد الرحمن بن يحيى بن علي بن أبي بكر المعلمي العتمي اليماني الميلاد 1313 ه‍المحاقرة/اليمن الوفاة 1386 ه‍مكة/السعودية المذهب الفقهي شافعي[1] العقيدة أهل السنة والجماعة - سلفي الحياة العملية مؤلفاته التنكيل المهنة مُحَدِّث  ...

Esports league joint venture This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: NBA 2K League – news · newspapers · books · scholar · JSTOR (August 2020) (Lea...

 

Bentley R Type 1953 Bentley R-Type с кузовом стандартный седан Общие данные Производитель Bentley Motors Годы производства 1952—1955 Сборка Bentley Crewe, Кру Дизайн и конструкция Тип кузова 4‑дв. седан (4‑мест.),2‑дв. купе (4‑мест.),2‑дв. кабриолет (4‑мест.) Компоновка переднемоторная, задне...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!