Rəşad Nəbi oğlu Nəbiyev (26 avqust 1977, Sumqayıt) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri,[1] Azərkosmos ASC-nin sədri (2011–2021).[2]
Karyerası
1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır.
2002–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışmışdır.
2004–2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir.[3]
2011–2021-ci illərdə Azərkosmos ASC-nin sədri vəzifəsində çalışmışdır.[4]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilmişdir.
Təhsil
1994–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr təhsili almış, 2000–2002-ci illərdə isə ABŞ-nin Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir.[5]
Təltiflər
Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2014-cü il tarixli Sərəncamı ilə informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[6]
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli müvafiq Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
İstinadlar
|
---|
| Poçt və teleqraf nazirləri (1918–1920) | |
---|
|
---|
| Rabitə nazirləri (1955–1991) | |
---|
|
---|
| Rabitə nazirləri (1991–2004) | |
---|
Rabitə və informasiya texnologiyaları nazirləri (2004–2014) | |
---|
Rabitə və yüksək texnologiyalar nazirləri (2014–2017) | |
---|
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirləri (2017–2021) | |
---|
Rəqəmsal inkişaf və nəqliyyat nazirləri (2021-ci ildən) | |
---|
|
---|
|
---|
| Yollar nazirləri (1918–1920) | |
---|
|
---|
| Xalq avtomobil nəqliyyatı komissarları (1939–1946) | |
---|
Avtomobil nəqliyyatı nazirləri (1946–1991) | |
---|
|
---|
| Avtomobil nəqliyyatı nazirləri (1991–1992) | |
---|
Nəqliyyat nazirləri (2002–2017) | |
---|
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirləri (2017–2021) | |
---|
Rəqəmsal inkişaf və nəqliyyat nazirləri (2021-ci ildən) | |
---|
|
---|