Dövlət İdarəçilik Akademiyası (Azərbaycan)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
DİA
Xəritə
40°21′57″ şm. e. 49°49′46″ ş. u.HGYO
Əsası qoyulub 1921 (1999)
Tip Dövlət
Rektor Urxan Ələkbərov
Şəhər Bakı
Ölkə
Ünvan Azərbaycan, Bakı, Lermontov küç., 74 AZ1001
Tabeliyində Azərbaycan Respublikasının Prezident Administrasiyası
Sayt dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasıAzərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış ali təhsil müəssisəsi.[1] Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir.

Tarixi

Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir.

Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı.

Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar.

1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; GürcüstanDağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar.

Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.

Partiya və sovet quruluculuğu fənni üzrə mühazirələri Partiya Mərkəzi Komitəsinin katibləri və şöbə müdirləri oxuyurdular.

Bakı Ali Partiya məktəbi nəzdində vaxtaşırı partiya və sovet işçilərinin təkmilləşdirilməsi üzrə kurslar da təşkil edilirdi.

Respublika gənclərindən məhdud bir hissə Moskvada bütün ölkə üçün siyasi kadrlar hazırlayan partiya təhsil müəssisələrində- İctimai Elmlər Akademiyasında və Ali Partiya məktəbində təhsilə göndərilirdilər.

Müharibədən sonrakı ilk dövrdə yüksək tipli siyasi təhsil verilməsi məqsədilə Moskvada yaradılan İctimai Elmlər Akademiyasına hər il Azərbaycandan təhsilə göndərilməyə 3 yer verilirdi. Akademiyaya rəhbər partiya işçilərindən elmi işə hazırlığı olanlar ezam edilir və Moskvada keçirilən qəbul imtahanlarından əvvəl namizədlərdən seçdiyi ixtisas üzrə 40 səhifəlik yazılı mətn (referat) tələb olunurdu.

Azərbaycanda 50–80-ci illərdə rəhbər işlərdə olmuş şəxslərin böyük bir hissəsi bu təhsil müəssisələrinin məzunları olmuşdur.

Adının tarixi

  • 1921–1928 – Mərkəzi Sovet Partiya məktəbi
  • 1928−1956 – Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbi
  • 1956−1992 – Bakı Ali Partiya Məktəbi (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbi)
  • 1992–1999 – Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutu
  • 1999 — indiyədək – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Fakültələr

Siyasi idarəetmə fakültəsi. Fakültədə "Politologiya", "Beynəlxalq münasibətlər" və "Hüquqşünaslıq" ixtisasları üzrə 504 tələbə təhsil alır, bunlardan 149 nəfəri əlaçıdır. Bu əlaçılardan 55 nəfəri Prezident təqaüdçüsüdür. Bütün tələbələr Boloniya porsesi kredit sistemi ilə təhsil alır. Fakültənin nəzdində 4 kafedra – "Politologiya və siyasi idarəetmə", "Beynəlxalq münasibətlər və xarici siyasət", "Dövlət quruculuğu və hüquq", "Fəlsəfə və sosial psixologiya" kafedraları fəaliyyət göstərir. Həmin kafedralarda 60 nəfər heyət çalışır. Bunlardan 6 nəfəri professor, 25 nəfəri isə dosentdir. Fakültədə 11 nəfər tərkibdən ibarət fakültə Elmi Şurası fəaliyyət göstərir. Elmi Şuranın fəaliyyəti hər tədris ilinin başlanğıcında onun ilk iclasında təsdiq olunmuş iş planı əsasında həyata keçirilir. Elmi Şurada təsdiq olunmuş iş planına əsasən müəllimlərin tədris etdikləri fənlər üzrə təqvim-tematik planları, fərdi iş planları təsdiq olunur, tədris prosesinin gedişi, tələbələrin dərslərə davamiyyəti, müəllimlərin açıq dərslərinin keçirilməsi, tədris-metodiki vəsaitlərin, proqramların və dərsliklərin işlənilib hazırlanması, təsdiq olunması, qış və yay imtahan sessiyalarının mütəşəkkil keçirilmələrinə dair hazırlıq işləri, sessiyaların nəticələri, buraxılış işlərinin məvzularının və elmi rəhbərlərin təsdiqi və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir. Fakültədə tələbələrin "Şən hazırcavablar" klubu, müxtəlif dərnəklər fəaliyyət göstərir. Əlaçı və fəal tələbələr kütləvi informasiya vasitələrində – qəzetlərdə məqalələrlə çıxış edir, televiziya kanallarında, xüsusilə də AzTv-nin və İctimai televiziyanın təşkil etdikləri müxtəlif proqramlarda mütəmadi və fəal iştirak edirlər. Tələbələr DİA-nın və fakültənin ictimai-siyasi həyatında da fəal iştirak edirlər. Fakültədə bakalavrların elmi yaradıcılıq işlərinə xüsusi diqqət yetirilir. Tələbələrin əksəriyyəti DİA-nın Tələbə Elmi Cəmiyyətinin üzvləridir. Fakültə dekanlığı DİA-nın Tələbə Elmi Cəmiyyəti ilə birgə hər tədris ilində elm və təhsil problemləri, respublikamızın dövlətçiliyi, əlamətdar ildönümləri, rəsmi dövlət bayramları və görkəmli şəxsiyyətlərin yubileyləri, aktual problemlərə dair maraqlı elmi konfranslar keçirir. Fakültə üzrə bakalavr pilləsini bitirən tələbələrin əksəriyyəti DİA-nın, respublikanın və dünyanın nüfuzlu universitetlərinin magistratura pilləsində təhsillərini davam etdirir, bir çoxları isə öz ixtisaslarına uyğun idarə və müəssisələrdə çalışırlar.

İnzibati idarəetmə fakültəsi. İnzibati İdarəetmə fakültəsi Dövlət İdarəçilik Akademiyasının yarandığı vaxtdan fəaliyyət göstərir. İnzibati İdarəetmə fakültəsində tələbələr "Dövlət və bələdiyyə idarəetməsi", "Davamlı inkişafın idarəedilməsi", "Menecment", "İqtisadiyyat" və "Kompüter elmləri" ixtisasları üzrə baloniya kredit sistemi ilə təhsil alırlar.

Fakültənin nəzdində 6 kafedra – "Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi", "Dövlət qulluğu və kadr siyasəti" "İqtisadiyyatın dövlət tənzimlənməsi", "Dövlət idarəetməsi və menecment", İntellektual sistemlərin idarəedilməsi", "Dövlət idarəçiliyində informasiya texnologiyaları" kafedraları fəaliyyət göstərir.

İnzibati idarəetmə fakültəsinin tərkibində hazırda 2 nəfər Akademik, 15 nəfər elmlər doktoru, 82 nəfər fəlsəfə doktoru, elmlər namizədi, 12 nəfər professor, 3 nəfər professor əvəzi, 61 nəfər dosent, 3 nəfər dosent əvəzi, 15 nəfər baş müəllim və 63 nəfər müəllim fəaliyyət göstərir.

Fakültədə 11 nəfər tərkibdən ibarət Elmi Şura fəaliyyət göstərir. Elmi Şuranın fəaliyyəti hər tədris ilinin başlanğıcında onun ilk iclasında təsdiq olunmuş İş Planı əsasında həyata keçirilir. Elmi Şurada təsdiq olunmuş iş planına əsasən müəllimlərin tədris etdikləri fənlər üzrə təqvim-tematik planları, fərdi iş planları, tədris proqramları, sillabuslar və s. təsdiq olunur, tələbələrin dərslərə davamiyyəti, müəllimlərin açıq dərslərinin keçirilməsi, tədris-metodiki vəsaitlərin, proqramların və dərsliklərin işlənilib hazırlanması, təsdiq olunması, qış və yay imtahan sessiyalarının mütəşəkkil keçirilmələrinə dair hazırlıq işləri, sessiyaların nəticələri, elmi işlərin mövzuları və elmi rəhbərlərin təsdiqi və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

Fakültə üzrə bakalavr pilləsini bitirən tələbələrin əksəriyyəti DİA-nın, respublikanın və dünyann nüfuzlu universitetlərinin magistratura pilləsində təhsillərini davam etdirir, bir çoxları isə öz ixtisaslarına uyğun idarə və müəsissələrdə çalışırlar.

Fakültənin pedoqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkədə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və ya beynəlxalq təcrübə keçmiş kadrlar da daxildir. Fakültə əməkdaşlarının bir qismi respublika əhəmiyyətli layihələrdə iştirak edib və bu fəaliyyətlərini indi də davam etdirirlər. Belə layihələrə fənn olimpiadaları, dərsliklərin hazırlanması və .s daxildir.

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Yaradılması Haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!