Nofəl Quliyev (4 oktyabr 1963, Əli-Bayramlı – 13 dekabr 1991, Todan, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı,[1] Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Nofəl Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982–1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir.
Ailəsi
Ailəli idi, bir oğlu var.
Hərbi xidməti
1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.
Birinci Qarabağ müharibəsində iştirakı
Nofəl Quliyev Füzuli, Goranboy, o cümlədən Dağlıq Qarabağın müxtəlif istiqamətlərində döyüşlərdə iştirak etmiş və fərqlənmişdir. 1991-ci il iyul ayının 15-də Goranboy rayonunun Todan kəndinə erməni silahlılarının hücumu zamanı mülki əhalini kənddən çıxararkən şəhid olmuşdur.
Təltif və mükafatları
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[1]
Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İrsi
Vaxtı ilə təhsil aldığı Əli Bayramlı şəhər 9 saylı orta məktəbə onun adı verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.
Ədəbiyyat
İstinadlar
|
---|
1992 | | |
---|
1993 | |
---|
1994 | |
---|
1995 | |
---|
1996 | |
---|
1997 | |
---|
1999 | |
---|
2009 | |
---|
2010 | |
---|
2016 | |
---|
2017 | |
---|
2020 | |
---|
2024 | |
---|
|
|