Share to: share facebook share twitter share wa share telegram print page

Fəxrəddin Cəbrayılov

Fəxrəddin Cəbrayılov
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1958(1958-08-12) (66 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Rütbəsi
General-mayor
Döyüşlər
Təltifləri "Qızıl ulduz" medalı — 1995
"Azərbaycan Bayrağı" ordeni — 1994

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov (12 avqust 1958, Gorus) — Azərbaycan hərbçisi, general-mayor (2014), Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, Azərbaycanın Milli Qəhrəmanı (1995), Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet Ordusuna qrup komandiri göndərirlər.

1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1992-ci il "N" saylı taborun komandiri vəzifəsinə təyin olunur.

1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Fəxrəddinin hazırladığı plana əsasən onun taboru döyüşlərə girdi buradakı erməni yaraqlıları tam məhv edildi və xeyli silah sursat ələ keçirildi. 1994-cü ildə Füzuli rayonundaKəlbəcər rayonunda gedən döyüşlərdə yenidən düşməni ağır itkilərə məruz qoydular.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1994-cü ilin oktyabr ayında "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Fəxrəddin Cəbrayılov 1996-cı ildən Qaradağ rayonunda Hərbi Komissarlıqda çalışmışdır. 2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmişdir.[1]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 24 iyun 2014-cü ildə ilə Fəxrəddin Cəbrayılova general-mayor ali hərbi rütbəsi verilmişdir.[2]

Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2017-ci il tarixli Sərəncamı ilə Fəxrəddin Cəbrayılov hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Ailəlidir, üç övladı var.

İstinadlar

  1. Müdafiə Nazirliyində kadr dəyişiklikləri edilib. Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine
  2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 24 iyun 2014.

Ədəbiyyat

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya