Eldar Xəlil oğlu Xəlilov (19 avqust 1976, Zəngilər, Zəngibasar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
Həyatı
Eldar Xəlilov 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur.
1983-cü ildə Zəngilər kəndində ibtidai təhsilinə başlamış, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ardınca təhsilini 96 və 252 saylı tam orta məktəblərdə davam etdirmiş, Bakıda yerləşən 10 saylı texniki–peşə məktəbini bitirmişdir.
Subay idi.
Hərbi xidməti
29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır.
Mart hadisələri
1995-ci il mart hadisələri zamanı dövlətə tabe olmayan silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Eldar Xəlilov Şəhidlər xiyabanında dəfn edilmişdir.
Təltifləri
- Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İrsi
Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri Milli qəhrəmanın adını daşıyır.
Ədəbiyyat
İstinadlar
Xarici keçidlər
|
---|
1992 | | |
---|
1993 | |
---|
1994 | |
---|
1995 | |
---|
1996 | |
---|
1997 | |
---|
1999 | |
---|
2009 | |
---|
2010 | |
---|
2016 | |
---|
2017 | |
---|
2020 | |
---|
2024 | |
---|
|
|