Ərəstun Mahmudov (tam adı: Ərəstun İspəndi oğlu Mahmudov ; 23 fevral 1957, İsmayıllı – 28 yanvar 1992, Şuşa, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı
23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.
Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi.[2]
Döyüşlərdə iştirakı
Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam–Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.
Ailəsi
Ailəli idi, üç övladı var.[2]
Oğlu, bort operatoru olan Elnur Mahmudovun da aqibəti eynilə atası, hava gəmisinin bort mexaniki Ərəstun Mahmudov kimi qəzada həlak olmaq olmuşdur. Belə ki, 30 yaşlı Elnur Mahmudov 6 iyul 2011-ci ildə Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramısı nəticəsində həlak olmuşdur[3]. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Xatirəsi
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Oxuduğu 220 saylı orta məktəb onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.[2]
2018-ci ildə haqqında "Göylərdə döyüş" adlı sənədli film çəkilmişdir.[4]
Ədəbiyyat
İstinadlar
Xarici keçidlər
|
---|
1992 | | |
---|
1993 | |
---|
1994 | |
---|
1995 | |
---|
1996 | |
---|
1997 | |
---|
1999 | |
---|
2009 | |
---|
2010 | |
---|
2016 | |
---|
2017 | |
---|
2020 | |
---|
2024 | |
---|
|
|