Eltun Xaləddin oğlu İsgəndərov (21 oktyabr 1990, Əhmədbəyli, Samux rayonu – 18 iyun 2009, Cəlilabad rayonu) — əsgər, Azərbaycanın Milli Qəhrəmanı (2009).[1]
Həyatı
Eltun Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. 1996-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
Hərbi xidməti
2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Eltun İsgəndərov Sərhəd Qoşunlarında xidmət edib, özünü nümunəvi əsgər kimi göstərib.
Eltun İsgəndərov 2009-cu il iyunun 18-də İran İslam Respublikası istiqamətində, Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları ilə döyüş zamanı Sərhəd Xidməti hərbçilərinin mövqelərinə atılmış qumbaranın üzərinə atılıb.[2] Hadisə nəticəsində Eltun İsgəndərov şəhid olaraq ətrafdakı əsgər və zabitlərin həyatını xilas edib.[2]
Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib.
Təltifləri
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə Eltun Xaləddin oğlu İsgəndərov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]
Xatirəsi
2019-cu ilin iyununda Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Eltun İsgəndərovun adı verilib və məktəbin qarşısında büstünün açılışı olub.[4]
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
|
---|
1992 | | |
---|
1993 | |
---|
1994 | |
---|
1995 | |
---|
1996 | |
---|
1997 | |
---|
1999 | |
---|
2009 | |
---|
2010 | |
---|
2016 | |
---|
2017 | |
---|
2020 | |
---|
2024 | |
---|
|
|