Elşad Hüseynov (8 oktyabr 1968, Xıl, Masallı rayonu – 15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur.[1] 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
Döyüşlərdə iştirakı
Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı. Beləliklə, 1992-ci il 15 iyunda Ağdam–Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Masallı rayonunun Xıl kəndində dəfn edilib.
Ailəsi
Ailəli idi, üç övladı yadigar qalıb.
Xatirəsi
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.
Həmçinin bax
Mənbə
İstinadlar
Xarici keçidlər
|
---|
1992 | | |
---|
1993 | |
---|
1994 | |
---|
1995 | |
---|
1996 | |
---|
1997 | |
---|
1999 | |
---|
2009 | |
---|
2010 | |
---|
2016 | |
---|
2017 | |
---|
2020 | |
---|
2024 | |
---|
|
|