Müsavat (Müsəlman Demokrat Partiyası)

Müsavat

Müsəlman Demokrat Partiyası
Loqonun şəkli
Sədri Məhəmməd Əmin Rəsulzadə
Qurucu
Quruluş tarixi 1911
Dağılma tarixi 1930-cu illərin sonu
Birləşən Türk Ədəmi-Mərkəziyyət Firqəsi
Sələfi Hümmət Partiyası
Xələfi Müsavat Partiyası
Baş qərargah
İdeologiya İslam liberalizmi, vətəndaş millətçiliyi, Türkçülük, antikommunizm
İdeoloji spektr mərkəz sağ
Mətbuat orqanı "Açıq söz" qəzeti

"Müsavat" (ərəb. مساواة‎ — bərabərlik; 1917-ci ildən Türk Ədəmi-Mərkəziyyət Müsavat Firqəsi, 1927-ci ildən Azərbaycan Türk Fedaralist Müsavat Xalq Firqəsi, 1936-cı ildən Milli Azərbaycan Müsavat Xalq Firqəsi) — XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Partiyanın əsası 1911-ci ildə Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu KazımzadəTağı Nağıyev tərəfindən Bakıda qoyulub. Partiya 1918-1920-ci illərdə Azərbaycanda baş verən əsas siyasi proseslərdə iştirak edib. Onun funksionerləri və üzvləri Azərbaycan Demokratik Respublikasının yaradılmasında önəmli rol oynayıblar.[1]

Partiyanın ilk fəaliyyət dövrü Birinci Dünya müharibəsi illərinə düşür. Onun üzvləri gizli şəkildə müsəlmanların və bütün türk dünyasının rifahı üçün fəaliyyət göstərirdilər.[2][3]

Aprel işğalından sonra Müsavat Partiyası Türkiyə, İran, Fransa, AlmaniyaPolşada məskunlaşan müsavatçıları və digər Azərbaycan mühacirlərini vahid təşkilat ətrafında birləşdirməyə nail olmuşdu. Müsavat Partiyasının Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi Azərbaycan mühacirlərinin bolşevizmə qarşı mütəşəkkil mübarizəsini təmin etmiş, ölkə daxilində fəaliyyət göstərən müsavatçılarla əlaqələr yaradaraq, onların sovet hakimiyyəti əleyhinə mübarizəsini istiqamətləndirmişdi. Partiya, eyni zamanda, bolşevizmə qarşı mübarizə aparan xalqların mühacirətdəki nümayəndələri ilə birlikdə antisovet təşkilatların yaradılmasına çalışmış və bu təşkilatların işində fəal iştirak edib.

Tarixi

Yaradılması

Müsəlman Demokrat Partiyasının üzvləri

Müsavat Partiyası 1911-ci ildə Abbasqulu Kazımzadə, Məhəmməd Əli RəsulzadəTağı Nağıyev tərəfindən yaradılıb. Partiyanı yaradanlar Hümmət Partiyasının keçmiş üzvüləri idi. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat partiyası gizli olaraq fəaliyyət göstərib. Partiya üzvlərinə "partiyanın mövcudluğunu ciddi şəkildə gizli saxlamaq və hələlik üzvlərinin sayını artırmaqla məhdudlaşmaq, gələcək mübarizəyə hazırlaşmaq və güc toplamaq" tapşırılıb. "Açıq söz" vasitəsilə Birinci Dünya müharibəsi illərində Müsavat partiyasının rəhbərləri müsəlmanları Osmanlı imperiyası ilə müharibəni "zəfərlə sona çatdırmağa" çağırırdılar.[4][5] Lakin bununla yanaşı partiyanın lideri M. Ə. Rəsulzadə eyni zamanda türk kimliyini müdafiə edirdi ("Bizim dilimiz türk, milliyyətcə türkük"), lakin bu pantürkizm rus əsaslı idi və İsmayıl Qaspıralının islam modernizmindən qaynaqlanırdı.[6] Türklər Anadolu türkləri, azərbaycanlılar, qazaxlarözbəklər daxil olmaqla vahid bir millət kimi başa düşülürdü. Bundan başqa, Azərbaycan türkləri dedikdə şirvanlılar, bakılılar, gəncəlilər, irəvanlılar, borçalılar və İranın şimal-qərbində yaşayanlar başa düşülürdü. Fevral inqilabından əvvəl Müsavat mədəni və milli muxtariyyət idealları ilə məhdudlaşaraq müstəqil türk dövlətinin yaradılmasını tələb etmirdi.

Müsavatın üç əsas prinsipi var idi. Bu prinsplər türkçülük (dil), islamçılıq (din) və avropaçılıq (müasirlik, tərəqqi, zaman) idi. Hər üç prinsip üz rəngli milli Azərbaycan bayrağında (mavi, yaşıl və qırmızı) öz əksini tapıb.[7]

İlk mərhələdə Müsavat Rusiya imperiyasındaYaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışırdı.[8]

Müsavatın Cənubi Qafqazda populyarlığı onunla izah olunur ki, onun nizamnaməsində Qurana, İslam dininə və millətinə beyət edən hər kəs bu partiyaya üzv ola bilər yazılmışdı.[9] Amma şiə mollaları baxımından Müsavat anti-islamçı, sosialist və millətçi bir partiya idi.[9]

Fevral inqilabından sonra Azərbaycanda yeni şəraitdə hakim mövqe tutan partiya Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsini tələb etməklə yanaşı, "Rusiya Demokratik Respublikası"nın yaradılmasının tərəfdarı idi. 1917-ci il iyunun 17-də Müsavat Türk Federalist Partiyası ilə birləşdi. Partiya "Türkiyə Demokratik Federalist-Müsavatçılar Partiyası" adlandırılmağa başladı. Bu partiyanın proqramında artıq demokratik Rusiya daxilində milli-ərazi muxtariyyəti tələbi var idi.[10] Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək şəhərdə yerləşib.

Müsavat Azərbaycan millətinin daxilində sinfi sülhü təbliğ edirdi. Müsavat partiyasını iri burjuaziya və mülkədarlarla yanaşı, xırda burjuaziya, millətçi ziyalılar, eləcə də kəndlilərin bir hissəsi dəstəkləyirdi. Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət idi və o, islami xarakter daşıyırdı. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirildi. 1915-ci ilin oktyabr ayında M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat partiyasının rəsmi orqanına çevrildi.

Qurultayları

Birinci qurultay

Müsavat Partiyasının I qurultayının iştirakçıları

1917-ci il oktyabrın 26–31-də Bakıda "İsmailiyyə" binasında Müsavat partiyasının ilk qurultayı baş tutdu. Qurultayda partiyanın ilk Mərkəzi komitəsinə üzvlər seçildi. Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Musa bəy Rəfiyev, Mustafa bəy Vəkilov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Mirzə Məhəmməd Axundzadə Mərkjəzi komitənin üzvləri oldu. Birləşmiş partiyanın birinci qurultayında aşağıdakı tələbləri özündə əks etdirən yeni proqram qəbul olundu:

  1. Rusiyanın siyasi sistemi federativ demokratik respublika formasında, milli-ərazi muxtariyyəti əsasında olmalıdır;
  2. Söz, vicdan, mətbuat, birliklər, yığıncaqlar, tətillər konstitusiya ilə təsdiq edilməli və dövlət tərəfindən təmin edilməlidir;
  3. Bütün vətəndaşlar dinindən, milliyyətindən, cinsindən və siyasi əqidəsindən asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Pasport sistemi ləğv edilir. Hər kəsə həm öz ölkəsi daxilində səyahət etmək, həm də heç bir xüsusi icazə olmadan əyalətdən kənara çıxmaq hüququ verilir;
  4. Bütün işçilər və fəhlələr üçün səkkiz saatlıq iş günü müəyyən edilir.
  5. Bütün dövlət, təsərrüfat, zadəgan və xüsusi mülkiyyətdə olan torpaqlar kəndlilərə pulsuz və təmənnasız paylanır.
  6. Məhkəmələr yalnız qanunlara tabedirlər və bundan sonra səlahiyyətli məhkəmə orqanlarının qərarları təsdiq edilənədək heç bir vətəndaş cəzalandırılmır;
  7. Universal, pulsuz və icbari ibtidai və ali təhsil olmalıdır.[11]

Ümumilikdə proqram 76 bənddən ibarət idi və torpaq, əmək, milli, dini və digər məsələlərlə bağlı müddəaları ehtiva edirdi.[12]

Qurultayda Məhəmməd Əmin Rəsulzadə partiyanın Mərkəzi Komitəsinin sədri seçildi. Partiyanın şöbələri nəinki Azərbaycanın bütün qəzalarında o, cümlədən Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, GürcüstanınErmənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdəİstanbulda təşkil edilmişdi.

Müsəlman Demokrat Partiyası 125 deputatlıq Zaqafqaziya Seymində 30 deputatla təmsil olunub.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi.

İkinci qurultay

Müsavat Partiyasının II qurultayının seçdiyi Rəyasət Heyəti

1919-cu ilin dekabrında Bakı şəhərində Müsavat partiyasının II qurultayı keçirildi. Qurultay dekabrın 2-dən 12-dək müddətdə davam etdi. Cümhuriyyətin bütün bölgələrindən qurultaya 140 nümayəndə gəlmişdi. Qurultayı giriş sözü ilə Məhəmməd Əmin Rəsulzadə açdı və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.

Qurultayın Siyasi Komissiyasına Məmməd Yusif Cəfərov, Musa bəy Rəfiyev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy XasməmmədovMəhəmməd Əmin Rəsulzadə seçildi. Mandat Komissiyasına isə Cavad bəy Məlik-Yeqanov, Məhəmməd Əmin RəsulzadəƏbdülvahab Məmmədzadə üzv oldular. Qurultayın birinci iclası gecə saat 10-a dək davam etmiş, ikinci gün isə qurultaya Şəfi bəy Rüstəmbəyli sədrlik etmişdir. İkinci gün qurultayın Rəyasət Heyəti seçilmişdir. Rəyasət Heyətinə Məhəmməd Əmin Rəsulzadə sədr kimi, Şəfi bəy Rüstəmbəyli, Məşədi Əli Rəfiyev, Əbdül Qasım Rüstəmzadə, İbrahim Yusif sədarət kimi seçilmişdisə, İslam bəy Qəbulzadə, Mirzə Məhəmməd Axundzadə, Cavad Axundzadə, Mövsümzadə katiblik üzvü olmuşdular.

İkinci qurultayda Qafqaz konfederasiyası, Denikin təhlükəsi, Dağıstan məsələsi haqda qərarlar qəbul edilib. Partiya Proqramı yenilənib, 67 maddəlik iki hissəlik yeni proqram qəbul edilib. Proqramın birinci hissəsi, Nəzəriyyə və uzaq məqsəd, ikinci hissəsi isə Əməliyyə və yaxın məqsəd adlanırdı. Proqramın birinci hissəsində Azərbaycan İstiqlalını qorumaq əsas məqasəd kimi qoyulmuşdusa, ikinci hissədə iqtisad və maliyyə işləri, torpaq, işçi, ədliyyə, ruhani idarəsi, maarif kimi məsələlər əksini tapmışdır.

İkinci qurultayda Məhəmməd Əmin Rəsulzadə yenidən Müsəlman Demokrat Partiyasının sədri seçilib.

Partiyanın II qurultayında partiyanın bayrağın rəngi haqda qərar da qəbul edilib. Bayrağın rəngi mavi olaraq müəyyən edilib. Mavi bayraq bir zamanlar Hülakilər dövləti zamanı rəsmi simvol olub. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi.[13]

Siyasi fəaliyyəti və ADR dövründə

Cənubi Qafqaz seçki dairəsi üzrə siyahının 10-cu bülleteni - Müsəlman Milli Komitələri və Türk Demokratik Federalist "Müsavat" Partiyası. Namizədlərin adı rus dilində solda, azərbaycan dilində sağda yazılıb

1917-ci ildə Fevral inqilabından sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirmək haqda qərar verdi.[14][15] Ümum-Rusiya Müəssislər Məclisinə seçkilərdə Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı.[16] Burada seçkilərdə 15 siyahı mübarizə aparırdı.[17] Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası o cümlədən "Müsavat" iştirak edirdi. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat"a qarşı vahid cəbhədə çıxış etdilər.[18] Seçkilərdən az sonra gürcü menşevikləri açıq şəkildə millətçilik yolunu tutdular.[17]

Cənubi Qafqaz seçki dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.[19] Azərbaycan milli hərəkatında "Müsavat" partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i "Müsavat"ın payına düşürdü. Seçki siyahısında 10-cu yerdə olan Müsavat Partiyası ümumilikdə 615,816 nəfərdən səs alaraq ümumi səsvermədə münşeviklərdən sonra 25.08 %-lə ikinci yerdə qərarlaşmışdı.[20]

1917-ci ilin dekabrında Gəncədəki 219-cu alayın əsgərlərini tərksilah edən müsavatçılar 1918-ci ilin yanvarında Qafqaz cəbhəsindən qayıdan rus ordusu qüvvələrinin də silahlarını Şəmkir stansiyasında əllərindən aldılar. Bu hadisə tarixi Şamxor hadisəsi kimi düşdü. 1918-ci ilin fevralına kimi müsavatçıların silahlı dəstələri Yelizavetpol quberniyasına nəzarət edirdilər. Martın əvvəllərində onlar öz nüfuzunu Lənkəran, Şamaxı, QubaSalyana qədər yaya bildilər.[21] Artıq 1918-ci ildə Bakıda və Azərbaycan bölgələrində tam üstünlük Müsavat partiyasının və Müsəlman Milli Şurasının tərəfində idi. Ona görə də Bakı Sovetinə rəhbərlik edən bolşeviklər başa düşürdülər ki, şəhərdə hakimiyyət uğrunda mübarizədə ilk növbədə "Müsavat"ın siyasi təsiri aradan qaldırılmalı və onların sosial dayaqları məhv edilməlidir. Onlar ən müxtəlif metodlarla şəhərdə "Müsavat"ın mövqeyinin bundan sonra güclənməsinə imkan verməməyə çalışırdılar. Nəticədə 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı SovetiDaşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın zamanı müqavimətin təşkilində müsavat üzvləri mühüm rol oynadılar[22]

1918-ci il aprelin 22-də Tiflisdə keçirilən Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) elan edilməsi haqqında qərar qəbul etdi. Aprelin 26-da Akaki Çxenkelinin rəhbərliyi ilə Zaqafqaziyanın yeni hökuməti yaradıldı. Bu hökumətin tərkibinə Azərbaycanın 5 nümayəndəsi, o cümlədən Müsavatı təmsil edən Nəsib bəy Yusifbəyli (maarif naziri) və Məmmədhəsən Hacınski (ticarət və sənaye naziri) daxil idi.[23]

Mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvləri öz iclaslarında özlərini Azərbaycan Müvəqqəti Milli Şurası elan edərək,[24] Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər.[25] M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri oldu.[26] 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad edərək AXC hökümətinin Bakıya köçməsinə şərait yaratdı.[27] 1918-ci il noyabrın 17-də türk qoşunları Azərbaycanı tərk etdi. Müsavat höküməti Britaniya imperiyası ilə danışıqlara başladı.

Müsavat partiyasının nümayəndələri Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli ADR-in bütün hökumətlərində məsul vəzifələrdə çalışıblar. Həmçinin müsavat üzvləri Məmməd Yusif Cəfərov, Ağa Əminov, Nəriman bəy Nərimanbəyli və başqaları ADR-in hökumətlərində təmsil olunublar. Sovet tarixşünaslığında 1918-1920-ci illərdə Azərbaycan ərazisində mövcud olmuş siyasi rejim adətən “müsavatçı” adlanır.

Partiyanın seçkilərdə iştirakı

Müsavat partiyası 1917–1920-ci illərdə keçirilən bütün seçkilərdə aktiv iştirak etmişdir. Partiya qatyıldığı seçkilərin demək olar ki, hamısında yaxşı nəticələr göstərmişdir. Partiya 1917-ci ildə Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə birgə iki seçkidə vahid siyahı ilə iştirak etmişdir. Bunlar Bakı Şəhər Dumasına seçkilərÜmum-Rusiya Müəssislər Məclisinə seçkilər olmuşdur. Bu blok oktyabrda Cənubi Qafqaz seçki dairəsi üzrə Dumaya keçirilən seçkilərdə 12 nömrəli vahid siyahı ilə iştirak etmiş və 10 234 (14.08%) səs toplayaraq 14 mandat qazanmışdır.[28] Müəssislər Məclisinə seçkilərdə isə 10 nömrəli vahid siyahı ilə iştirak etmiş və 615 816 (25.08%) səs toplayaraq 7 mandat qazanmışdır.[29][30]

Müsavat partiyası 1920-ci ildə Bakı Sovetinə seçkilərdə də yüksək nəticələr göstərib. Partiya mayın 10-da keçirilən ilk seçkidə iştirak etməsə də 22 oktyabrda baş tutan seçkilərdə 9 617 səs (ümumi səslərin 45.88%) alaraq, seçkini 1-ci yerdə tamamlamışdır. 12–16 dekabrda təkrarlanan seçkilərdə isə partiya 21 yer qazanaraq, ümumi siyahıda 5-ci yeri tutmuşdur.

Gizli fəaliyyətə keçid - Gizli Müsavat

Müsavat Partiyasının MK sədri Dadaş Həsənov (№ 4), katibi Əhməd Hacınski (№ 1) və başqaları Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının 2 №-li həbsxanasında.

1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Müsavat bir neçə il gizli fəaliyyətini davam etdirərək Azərbaycanda sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlaşırdı. Lakin 1926-1927-ci illərdə qruntun rəhbəri Dadaş Həsənov və onun silahdaşları həbs edilərək güllələndi. Bundan sonra müsavatçıların ayrı-ayrı qrupları mühacirətdə fəaliyyət göstərirdilər. AXC süqut edən kimi, partiyanın daxilində parçalanma baş verdi, solçular qolu üstünlüyü əldə etdilər, keçmiş rəhbərlik ölkəni işğaldan qurtara bilmədiyinə görə şiddətli tənqid edildi. Yeni solçu "Müsavatın" təşəbbüs qrupuna Əbdül Vahab Məmmədzadə (Yurtsevər), Məmmədsadıq Quliyev, Rasim Qasımov, Seyid Zərgər və daha 21 nəfər daxil idi[31].

Birinci gizli Müsavat dövrü (1920-1923)

1920-cu il aprelin 29-da Müsavat partiyasının fövqəladə konqresi keçirildi. Orada Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və işğalçıların ölkədən çıxarılması uğrunda mübarizəyə başlamaq qərarına gəlindi[32]. Bolşevik sisteminə qarşı gizli müqavimətin təşkil edilməsi üzrə iş 1920–1922-ci illər ərzində aparılırdı. Əsas məqsəd müstəqilliyin bərpası və işğala qarşı silahlı üsyanın təşkili idi. 1922-ci ildən başlayaraq, gizli təşkilat "İstiqlal" adlı qəzet yayımlamağa başlamışdır.[33] Onun cəmi 18 nömrəsi işıq üçün görmüş, hər sayı 30–50 nüsxədən ibarət idi. Bundan başqa, gizli mətbəədə partiyanın proqramı və müxtəlif vərəqələr dərc edilib yayılırdı. 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının Azərbaycan bölməsinin əməkdaşları mətbəənin yerləşdiyi evi mühasirəyə aldı. Qurban Musazadə və Ağasəlim Rəhimov çapla məşğul olduqları zamanı həbs olundu. Onlar 19-cu nömrəni yığırdılar. Sonrakı günlərdə daha 18 nəfər həbs olundu.[34]

Təşkilatın Bakı ilə yanaşı Salyanda və Lənkəranda da yerli bölgələri fəaliyyət göstərirdi.[31]

Müsavatçılar silahlı üsyan yolu ilə işğala son qoymaq məqsədilə MK nəzdində hərbi təşkilat yaratmışdırlar. Ona 1923-cü ilə qədər Dadaş Həsənov (Həsənzadə) rəhbərlik edib.[35] Ondan sonra təşkilata Məmməd Sadıq Quliyev, Əhməd Hacınski, İbrahim Axundzadə, Əli Hüseyn Dadaşev və İsfəndiyar Vəkilov rəhbərlik edib. Hərbi təşkilat 1922-ci ildə Azərbaycanı bürümüş üsyanları təşkilində iştirakçı olub. Hərbi təşkilatın daxilində şöbələri də olub[31]

M.Ə.Rəsulzadənin qaçırılması

1922-ci ildə gizli Müsavat Partiyasının Mərkəzi Komitəsi (MK) Azərbaycan Milli Şurasının keçmiş sədri Məmməd Əmin Rəsulzadənin xaricə göndərilməsi haqqında qərar qəbul etdi. Qeyd edək ki, Azərbaycan Cümhuriyyəti süqut etdikdən sonra o, həbs olunmuşdu. Lakin sonra İosif Stalinin dəstəyi ilə azad edilərək Moskvaya göndərildi. Rəsulzadə orada Millətlər Şurasında bir müddət çalışmışdı. O, Müsavatın ideoloji lideri və simvolu idi. Müsavatçılara fəaliyyətlərini davam etdirmək üçün M.Ə.Rəsulzadənin nüfuzu lazım idi və ona görə də onun sovet rejimi tərəfindən məhv edilməsinin qarşısını almaq onlar üçün vacib idi. Buna görə də onun Finlandiyaya qaçmasını təşkil etdilər. Oraya qaçmağa müvəffəq olan Rəsulzadə sonradan Türkiyəyə gəldi.[35] Gizli Müsavatın bu məxfi əməliyyatını 1922-ci ildə Dadaş Həsənov, Rəhim Vəkilov və məşhur tatar maarifçisi Musa Bigiyev həyata keçirmişdi. Bəzi ehtimallara görə onun qaçışında türk kəşfiyyatının da müəyyən rolu var idi.

Gürcüstanın Paritet Komitəsi ilə əməkdaşlıq

Dadaş Həsənov və başqalarının cinəyyət işi

Gizli Müsavatın fəaliyyətində gürcü antisovet hərəkatı ilə əlaqələrə böyük əhəmiyyət verilirdi. Hər iki ölkənin dövlət müstəqilliyini bərpa etmək üçün onların ümumi məqsədləri var idi. Bundan əlavə, müsavatçılar gürcü menşevikləri ilə əlaqə quraraq Antantadan kömək ümid edirdilər.

Gürcüstanın bolşevik Rusiyasının qoşunları tərəfindən işğalından sonra ölkədəki bütün əsas partiyalar daxili ziddiyyətləri aradan qaldırmaq və işğala qarşı mübarizə aparmaq üçün qüvvələrini birləşdirmək qərarına gəldilər.[36] Bu, “Gürcüstan İstiqlal Komitəsi”nin (Paritet Komitəsi) yaradılmasına səbəb oldu.

1921-ci ildə Mirzəbala Məmmədzadə üç dəfə Tiflisdə olmuş, gürcü gizli təşkilatının rəhbərlərindən biri Silvestr Cibladze ilə görüşmüşdür.[31] Bolşeviklərə qarşı birgə üsyan haqqında razılaşma əldə edilmişdi. Bundan sonra Gürcüstan müxalifəti ilə əlaqələri Əliövsət Nəcəfov, Dadaş Həsənov və Əli Yusifzadə saxlayırdı.

Birinci Gizli Müsavatın ifşa olunması və dağıdılması

Eyni zamanda RSFSR NKVD-si yanında Dövlət Siyasi İdarəsi Gürcüstan-Azərbaycan antisovet ittifaqının yaradılmasını diqqətlə izləyirdi. 1923-cü ilin iyununda Müsavat Mərkəzi Komitəsinin bütün tərkibi repressiyaya məruz qaldı. Əbdül Vəhhab Məmmədzadə, Rəhim Vəkilov, Kərbəlayi Vəli Mikayılov və başqaları həbs edildi. Mərkəzi Komitənin sədri Mirzəbala Məmmədzadə İrana qaçmağa müvəffəq oldu.[37]

Azərbaycan gizli təşkilatının məğlubiyyəti planlaşdırılan ümumqafqaz üsyanına ciddi zərbə oldu. Əslində Dövlət Siyasi İdarəsi müsavatçıların fəal mərkəzinin mövcudluğuna son qoydu və onların bütün strukturlarını dağıtdı.[37] Gürcü gizli təşkilatına da zərbə vuruldu və 1924-cü ilin avqust-sentyabr aylarında gürcü üsyanı uğursuzluğa düçar oldu və Qızıl Ordu tərəfindən yatırıldı.

İkinci Gizli Müsavat dövrü (1923-1926)

Birinci Gizli Müsavatın üzə çıxmasından bir müddət sonra repressiyalardan yayına bilən fəallar fəaliyyətlərini davam etdirərək partiyanın fəaliyyətini canlandırmaq üçün yenidən fəaliyyətə başladılar. İkinci gizli fəalların ilk yığıncağı 1923-cü ilin noyabrında Dadaş Həsənovun mənzilində keçirildi.[37] Bu iclasda D.Həsənov, A. Hacınski, Əbülfəz Babayev, Əbdül Əbdülzadə, Əli Yusifzadədən ibarət Mərkəzi Komitə kimi müvəqqəti komitə yaradıldı. Partiyanın ikinci Mərkəzi Komitəsinin sədri Dadaş Həsənov (1897-1927), katibi isə Əhməd Hacınski idi.[31][37][38]

1924-cü ilin sonuna qədər bütün işlər repressiyaya məruz qalan müsavatçıların ailələrinə maddi yardım üçün vəsait tapmağa yönəldilmişdi.

Mərkəzi Komitənin yeni tərkibi, Bakı Komitəsi və yerli strukturlar

1925-ci ilin əvvəlindən gizli təşkilat öz fəaliyyətini gücləndirdi. Noyabrda ikinci gizli MK-nın D.Həsənov (sədr), A.Hacınski (katib), A.Babayev, M.Q.Vəliyev (Baharlı) və R.Vəkilovdan ibarət yeni tərkibi formalaşdırıldı.[37]

MK-nın yeni tərkibi də seçildi ki, onun da tərkibinə Mir Əbdül Qəni Mir Qasimov, Qəzənfər Sultanov (Pedaqoji İnstitutun tələbəsi), Süleyman İsrafilov (Tibb İnstitutunun tələbəsi), Həbib Məmmədov (Nərimanov adına texnikumun müəllimi) daxil idi.

Hərbi təşkilat da yenidən quruldu. Qızıl Ordu hissələrinin yerləşdiyi yer, şəxsi heyətin silahlanması, dəmir yollarındakı vəziyyət və s. haqqında kəşfiyyat məlumatları toplanmağa başlandı. Türkiyə kəşfiyyatı ilə əlaqələr davam etdirildi.[31]

Rayonlarda da müsavatçıların fəaliyyəti gücləndirildi, yerli özəklər yaradıldı. O cümlədən, Qarabağda güclü gizli özək quruldu. 1925-ci ilin yayında Şuşada Müsavatın Qarabağ təşkilatının plenumu keçirildi və bu plenumda Dadaş Həsənov iştirak etdi.[39]

Azərbaycanın istiqlal ideyalarının təbliği təkcə partiyasız vətəndaşlar arasında deyil, həm də kommunistlər arasında gedirdi ki, onların arasında çoxlu gizli müsavatçılar da var idi.

Maarifləndirici fəaliyyət

Dadaş Həsənovun görüşlərinə görə qarşıya qoyulan məqsədlərə “dövlət və sovet müəssisələrinin təhsil strukturlarına daxil edilməli olan savadlı kadrlar korpusu yaradılmalıdır və onların sayı artdıqca bütün hakimiyyət aparatı müstəqillik tərəfdarlarının əlinə keçməlidir”.[31]

1925-ci ilin noyabrına qədər Əhməd Hacınski təhsil müəssisələrində və təhsil dərnəklərində istifadə olunmağa başlayan “Gənclərin partiyasız təhsili üçün göstərişlər” adlı iş planı hazırladı.[31] Bu plana əsasən, təhsil müəssisələrinə gətirilən müəllimlər türk tarixini, ədəbiyyatını və incəsənətini təbliğ etmək üçün sinifdə dərslər keçirir, işğala qarşı müqavimətə çağırırdılar. Həmçinin müsavatçılar türk (azərbaycan) gənclərinin və ziyalılarının təhsil aldığı çoxsaylı maarifləndirici dərnəklər yaratdılar.

Gizli Müsavat partiyasının maarifçilik proqramı 1925-1931-ci illərdə Azərbaycanın təhsil müəssisələrində də fəaliyyət göstərən çoxsaylı vətənpərvər gənclər təşkilatları və dərnəklərinin yaradılmasına səbəb oldu.[40] Müsavatın gizli fəaliyyəti nəticəsində gənclər arasında millətçilik hisslərinin artması qeydə alınıb.

Bəzi təhsil ocaqlarında komsomol hüceyrələrinə qarşı fəaliyyət göstərən “Türk xalqının gənclər təşkilatları” yaradıldı. Sovet hakimiyyəti tərəfindən qadağan edilmiş millətçi ədəbiyyatın yayılması üçün də iş aparılırdı. Vərəqələr çap olunur, M.Ə.Rəsulzadənin kitabları paylanırdı.

Türkoloji qurultaya münasibət

Həmin dövrün gizli iclaslarında 1926-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Türkoloji Qurultaya mühüm yer ayrılmışdı. Ümumilikdə bu tədbiri dəstəkləmək, lakin əlifbanı ərəb əlifbasından latın qrafikasına dəyişmək ideyasından imtina etmək qərara alındı.[40] Mərkəzi Komitə üzvlərinin bu məsələ ilə bağlı yaydıqları vərəqədə deyilirdi: "Əlifbanın dəyişdirilməsinə ehtiyac olduğu bildirilirdi. Lakin bu məsələ bolşeviklər tərəfindən siyasi məqsədlər üçün istifadə edilir. Türk dünyasını parçalamaq və inteqrasiyasına imkan verməmək üçün təbliğat aparılır. Təkcə Azərbaycan üçün deyil, bütün türk xalqları üçün yeni vahid əlifba qəbul edilməlidir Amma bolşeviklərin icazə vermək istəmədiyi məhz budur. Ona görə də hazırda əlifbanın dəyişdirilməsinə qarşı çıxmaq və bu məsələni gələcəkdə bütün türk xalqlarının mənafeyinə uyğun həll etmək lazımdır".[31]

İkinci Gizli Müsavatın ifşa olunması və dağıdılması

Birləşmiş Dövlət Siyasi İdarəsinin məhkəmə kollegiyasının Gizli Müsavatın üzvlərinə qarşı çıxardığı hökmün surəti

1926-cı ilin əvvəlində Birləşmiş Dövlət Siyasi İdarəsi öz agentləri vasitəsilə Müsavatın gizli fəaliyyətini izləyirdi. 1926-cı il martın 11-də ikinci gizli Musavatın rəhbərləri: Dadaş Həsənov, Əhməd Hacınski və Əli Yusifzadə həbs edildi.[37] Bundan sonra bütün Azərbaycanda müsavatçılara qarşı kütləvi repressiyalar baş verdi.

D.Həsənovun həbsindən sonra təşkilata 1926-cı ilin iyulunda həbs edilən Əbülfəz Babayev rəhbərlik edirdi. Həbs edildikdən sonra MK üzvlərindən yalnız M.Q.Baharlı və R.Vəkilov azadlıqda qaldılar. Onlar ən ağır repressiyalara baxmayaraq, öz fəaliyyətlərini dayandırmamış və Mir Əbdülqəni Mir Kasımovdan, Qəzənfər Sultanovdan, Süleyman İsrafilovdan və Həbib Məmmədovdan ibarət yeni rəhbərliyi formalaşdırdılar.[31] Bununla gizli fəallar Azərbaycanda müsavatçıların fəaliyyətinin dayandırılmasının qarşısını almağa çalışıblar. Lakin bir qədər sonra onların hamısı həbs edildi.

Gizli Müsavatın ləğvi 1926-cı ilin oktyabrına qədər davam etdi. Ümumilikdə 34 nəfər həbs edildi. Onlar 1923-cü ildə dağıdılmış ilk Müsavat gizli təşkilatının və onun hərbi təşkilatının fəaliyyətini bərpa etməkdə, xarici xüsusi xidmət orqanlarının xeyrinə casusluq və kəşfiyyat məlumatları toplamaqda, AKP(b) və hökumət orqanlarını daxildən parçalamaq cəhdlərində, 1923-cü ildə dağıdılmış hərbi qurumun fəaliyyətini bərpa etməkdə, Azərbaycanda hakimiyyəti ələ keçirməkdə ittiham olunurdular.

Birləşmiş Dövlət Siyasi İdarəsi kollegiyasının 28 fevral 1927-ci il tarixli məhkəmə iclasının hökmü ilə Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov və Mir Bağır Seyid Rzayev ölüm cəzasına məhkum edildilər. Gizli Musavatın qalan üzvləri altı ildən on ilədək müddətə azadlıqdan məhrum edilib və konvoyla Moskvadakı Butırka həbsxanasına göndərildi. Hökm 1927-ci il aprelin 6-da icra olundu.

Birinci və İkinci Gizli Müsavatın ifşa olunması və dağıdılmasından sonra partiya Azərbaycan və Sovet İttifaqı ərazisində fəaliyyətinini tamamilə dayandırdı. 1937-ci ildə isə vaxı ilə Musavat partiyasının üzvü olmuş şəxslər və partiya ilə əlaqəli insanların çoxu represiyalara məruz qaldılar. Represiya olunanlar içərisində Musavatın lideri mühacirətdə olan M.Ə.Rəsulzadənin ailəsi də var idi.

Qeyd edək ki, Gizli Müsavat ifşa edildikdən sonra müsavatçıların ayrı-ayrı qrupları mühacirətdə fəaliyyət göstərirdilər.

Mühacirət dövrü (1922–1989)

1922-1931-ci illərdə

Azərbaycan siyasi mühacirləri və Müsavat fəalları, İstanbul, 1930-cu illər. Ayaq üstə (soldan sağa): Mirzə Bala Məmmədzadə, Kərim Odər, Əli Azərtəkin, Hilal Münşi. Oturanlar: Abbasqulu Kazımzadə, Məhəmməd Əmin Rəsulzadə, Xosrov Sultanzadə

Aprel işğalından sonra Azərbaycandan güclü mühacir axını başlandı. Həmçinin işğal ərəfəsində xarici diplomatik nümayəndəliklərdə, o cümlədən Versal konfransında xeyli sayda müsavatçı təmsil olunurdu. İşğaldan sonra xaricə gedən Azərbaycan siyasi mühacirləri Tehran, Gilan, Təbriz, Astara, Ərdəbil, Trabzon, İstanbul və başqa şəhərlərdə mühacir cəmiyyətləri yaratsalar da bu cəmiyyətlər qısa müddətdən sonra fəaliyyətlərini dayandırdılar. Yalnız Məhəmməd Əmin Rəsulzadənin xaricə mühacirətindən sonra müxtəlif ölkələrə səpələnmiş Azərbaycan mühacirlərini bir təşkilat ətrafına toplamaq mümkün oldu. Rəsulzadə 1922-ci ildə Türkiyəyə gələrək, ilk növbədə, Müsavat Partiyasının Xarici Bürosunu təşkil etdi. Müsavat Partiyasının Xarici Bürosu ilk vaxtlar öz komitələrini partiya üzvlərinin daha çox məskunlaşdığı Türkiyə və İranda yaratdı. Bu komitələr geniş fəaliyyətə başladılar.[41] İstanbulda fəaliyyət göstərən Xarici Büronun sədri M.Ə.Rəsulzadə, katibi Mirzə Bala Məmmədzadə, xəzinədarı Xəlil bəy Xasməmmədov idi. Onlar Xarici Büronun Rəyasət Heyətini təşkil edirdi. Büro üzvləri Şəfi bəy RüstəmbəyliMustafa bəy Vəkilov Rəyasət Heyətinin üzvləri ilə birlikdə onun icraiyyə orqanına daxil idilər ki, bunları da "beşlik" adlandırırdılar. Məmmədsadıq AxundovAbbasqulu Kazımzadə Büronun üzvləri idilər. Bu dövrdə partiyanın İranda Cəfər Cəfərov (sədr), Məhəmməd Əli Rəsulzadə və Qulam Şərifovdan ibarət Tehran (RəştƏnzəli təşkilatları da bu komitəyə tabe idilər), Teymur bəy Məlik-Aslanovun sədrliyi ilə Təbriz komitələri (Ərdəbil və Astara təşkilatları bu komitəyə tabe idilər) fəaliyyət göstərirdi.[41]

Mühacirətdə olan partiya funksionerləri Gürcüstan və Şimali Qafqaz milli təşkilatları ilə ittifaqa girmiş, ilk əvvəl Qafqaz İstiqlal Komitəsi təşkil etmiş, sonra isə istiqlalın bərpa ediləcəyi təqdirdə Qafqaz işlərini idarə edəcək Qafqaz Konfederasiyası Şurasını yaratmağa nail olmuşdu. Rəsulzadənin rəhbərliyi ilə Müsavat Partiyasının xaricdə fəaliyyətinin genişlənməsi Sovet hakimiyyəti dairələrində böyük narahatlıq doğururdu. 1925-ci ildə Sovet İttifaqının xarici işlər komissarı Georgi Çiçerin Bakıda keçirilən IV Sovetlər qurultayındakı çıxışında bu məsələyə toxunaraq demişdi: "Son zamanlar müsavatçıların Türkiyədə fəaliyyətlərinin gücləndiyini qeyd etməmək olmaz - Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək, Sovet hökuməti əleyhinə intriqalara etirazımızı bildirmişik və buna, nəhayət, son qoyulmasını tələb etmişik."

Sovet İttifaqının tələbi ilə Türkiyədə müsavatçıların fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırıldı. 1931-ci ildə müsavatçılar Türkiyəni tərk etməyə məcbur oldular. Polşa hökuməti Azərbaycan mühacirlərini qəbul etdi. Partiyanın lideri olan Rəsulzadə Polşada məskunlaşdı.[41]

Qeyd edək ki, eyni zamanda İranda da Müsavat Partiyasının güclü təşkilatı formalaşmışdı. Lakin sonradan burda partiyanın bölməsinin daxilində parçalanmalar baş verdi. Belə ki, bölmə daxilində fars və türk təmayüllü qüvvələr arasında mübarizə gedirdi. Fars meyilli qüvvələrə parlamentin sabiq üzvü molla Mirzə Səlim Axundzadə başçılıq edirdi. İran hökumətinin nümayəndələri fars meyilli qüvvələrin təsir dairəsini genişləndirmək məqsədilə onlara maddi yardım göstərirdi. Türk təmayüllü qüvvələrə isə Məmmədsadıq Quliyev rəhbərlik edirdi. Mirzə Bala Məmmədzadə İstanbula getdikdən sonra M.Quliyev Xarici Büronun Cənubi Azərbaycandakı nümayəndəsi təsdiq olundu.[41]

Partiya daxilində böhran

1931–1932-ci illərdən sonra Müsavat təşkilatlarının fəallığının zəifləməsi müşahidə olunurdu. Müsavatın Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi daxilindəki fıkir ayrılığının və ixtilafların dərinləşməsi bunun əsas səbəbi idi. Belə ki, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbul qrupunda Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov və digərləri Rəsulzadəyə müxalif mövqedə dururdu. Getdikcə dərinləşən ixtilaflar Müsavat mərkəzlərinin fəaliyyətini çətinləşdirdi. Vəziyyəti nizamlamaq məqsədilə 1928-ci ildə partiyanın rəhbər orqanı olan Divanın yenidən formalaşdırılması qərara alındı. Yeni Divan ayrı-ayrı partiya mərkəzlərinin təmsilçilərindən ibarət olmalı idi. Əksəriyyətin qəbul etdiyi qərara qarşı çıxdıqlarına görə Ş.Rüstəmbəyli, X.Xasməmmədov, M.Axundzadə İstanbul təşkilatından xaric edildilər. Lakin qısa müddət sonra nüfuzlu partiya üzvlərinin səyi ilə partiyada parçalanmasının qarşısı alındı. İlk vaxtlar ixtilafların səbəbi, formal olaraq, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbuldan Parisə və yaxud Varşavaya köçürülməsi məsələsində yaranmış fikir ayrılığı kimi qələmə verilsə də, əslində, bu mübarizə partiyaya rəhbərlik, onun rəhbər xadimlərinin təsir dairəsinin müəyyən edilməsi ilə bağlı idi. Getdikcə güclənən təşkilatdaxili çəkişmələr 1934-cü ildə bir qrupun partiyadan xaric edilməsi ilə nəticələndi.[41]

Partiyanın Varşava konfransı

Varşava konfransının təşkilatçılarından biri olan Əli Azərtəkin (sağdan 1-ci) Marşal Pilsudskinin məzarına əklil qoyan Qafqaz nümayəndələri arasında, Krakov, 1936

Varşavada 1936-cı ilin avqustunda Müsavat Partiyasının qurultay səlahiyyətli konfransı keçirildi. Konfransın açılışında Məhəmməd Əmin Rəsulzadə "Milli hərəkatda birgə" mövzusunda hesabat məruzəsi ilə çıxış etdi. O, çıxışında partiyanın həm Azərbaycanın daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, "şəxslər müvəqqəti, ideologiya əbədidir" tezisini əsas tutaraq, müsavatçıları ideologiyaya sadiqliyə çağırdı. Konfrans partiya sıralarının təmizlənməsi məsələsini müzakirə edərək, ilk növbədə, partiya rəhbərliyinin Mir Əziz Seyidli və Şəfi bəy Rüstəmbəylinin partiyadan xaric olunması haqqında vaxtilə çıxardığı qərarı təsdiq etdi. Konfransda həmçinin Nağı Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov və Səlim Ağasıbəyli də partiya sıralarından xaric olunması haqda qərar verildi.

Konfransda vacib qərarlar qəbul edildi. Partiyanın 7 nəfərdən ibarət Divanı seçildi. Divan üzvlüyünə sonradan daha iki nəfərin cəlb olunması haqqında qərar qəbul olundu.

Partiyanın əvvəlki proqramının qəbulundan keçən müddət ərzində milli və beynəlxalq sahədə baş verən fövqəladə hadisələri özündə əks etdirən "Yeni Proqram Əsasları" müzakirə edilərək qəbul edildi. "Yeni Proqram Əsasları"nda partiyanın məqsədləri 1917-ci il proqramına nisbətən daha aydın ifadə olunurdu. 1917-ci il proqramındakı "Milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz etməz" tezisi yeni proqramda təkmilləşdirilərək, "Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti rus istilasından qurtulacaq, qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşayacaqdır" şəklində ifadə edildi. Yeni Proqram Əsasları"nda müsavatçılığın "böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənpərvərliyindən" ibarət olduğu göstərilirdi. "Yeni Proqram Əsasları"nda sözdə sülhsevər Sovet hökumətinin iç üzü açılıb göstərilir, bolşevizmin əleyhinə olan beynəlxalq təşkilatlarla əlaqə yaradılmasının, Azərbaycanın istiqlal mübarizəsinin bütün dünyada beynəlmiləl məsələ səviyyəsinə qaldırılmasının zəruriliyi qeyd olunurdu. Milli İstiqlalı bərpa etmək və onu hər cür təhlükələrdən qorumaq üçün siyasi müqəddəratları eyni olan Qafqaz xalqları ilə konfederasiya əsasında bağlılığın vacibliyi nəzərə çatdırılırdı.

Varşava konfransı müsavatçılığın ideoloji cəhətdən dolğunlaşmasında və partiyadaxili ixtilafların aradan qaldırılmasında mühüm rol oynadı. Belə ki, 1936-cı il konfransından sonra partiya daxilində ixtilafların olması ilə bağlı heç bir fakt məlum deyil.[42]

İkinci Dünya müharibəsi zamanı

İkinci Dünya müharibəsi illərində faşist Almaniyasının rəhbərliyi Sovet İttifaqı xalqlarının nümayəndələrindən milli legionlar formalaşdırarkən bu xalqların siyasi mühacirətinin tanınmış və mötəbər nümayəndələrinə arxalanırdı. Azərbaycan mühacirətində belə bir şəxsiyyət müsavatçılıqla nasional-sosializmin sıx bağlılığına əmin olan M.Ə.Rəsulzadə idi. O qeyd etdi ki, Müsavat partiyasının sosial proqramı milli sosialist xarakterlidir.[43] Lakin Almaniyanın Azərbaycanın müstəqilliyi ideyasını dəstəkləməyəcəyini bilən Rəsulzadə əməkdaşlıqdan imtina etdi.[44]

Partiyanın rəhbərləri

Mövcud olduğu dövr ərzində Müsavat Partiyasına 4 nəfər rəhbərlik edib. Partiyaya daha çox müddət rəhbərlik edən şəxs Məhəmməd Əmin Rəsulzadə olub. Partiya yarandığı ildən - 1911-ci ildən, vəfat etdiyi günə qədər 1955-ci ilə kimi 44 il Rəsulzadə onun dəyişməz lideri olub. Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Müsavat partiyasına və Azərbaycan Milli Mərkəzinə Mirzə Bala Məmmədzadə rəhbər seçilmişdir.[45] Məmmədzadə 1959-cu ildə vəfat etdikdən sonra Kərim Odər partiyanın üçüncü sədri seçilmişdir. Kərim Odər vəfat etdiyi günə qədər, 1981-ci ilə kimi partiyanın sədri olub.

Müsavat Partiyasının III sədri Kərim Odərin 1981-ci ilin 19 noyabrında vəfatından sonra Müsavat Partiyasının IV sədri Məhəmməd Azər Aran seçilir. Azər Aran 1949-cu ildən fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin işində də yaxından iştirak edirdi. Ömrünün sonlarında ağır xəstəlik keçirən Azər Aran on bir ilə yaxın Müsavat Partiyasının rəhbəri olub. Azər Aran 1993-cü il aprelin 8-də Ankarada 82 yaşında vəfat edib.

Sıra
Başqan
Başlama tarixi
Bitmə tarixi
1.

Məhəmməd Əmin Rəsulzadə
1911
6 mart 1955
2.

Mirzə Bala Məmmədzadə
7 mart 1955
8 mart 1959
3.

Kərim Odər
9 mart 1959
1981
4.

Məhəmməd Azər Aran
1981
1992

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 419. ISBN 9952-417-44-4.
  2. Willem van Schendel and Erik Jan Zürcher. Identity Politics in Central Asia and the Muslim World, I.B.Tauris, 2001, ISBN 1-86064-261-6
  3. Michael G. Smith. «Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917—1920», Journal of Contemporary History, Vol. 36, Issue 2, April 2001: 216—218
  4. [1] Arxiv surəti 1 iyul 2020 tarixindən Wayback Machine saytında Свет и тени партии "Мусават"]
  5.  (ing.) Mostashari, Firouzeh. On the Religious Frontier: Tsarist Russia and Islam in the Caucasus. I.B.Tauris. 2006. 144. ISBN 1850437718.
  6. Мамин Эмин Расулзаде Arxiv surəti 4 fevral 2019 tarixindən Wayback Machine saytında. C.19
  7. "ЗНАЧЕНИЕ ТРЕХЦВЕТНОГО ЗНАМЕНИ". 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-20.
  8.  (ing.) Smith, Michael G. "Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917-1920". Journal of Contemporary History. 36 (2). 2001: 216–218.
  9. 1 2 http://politconcept.sfedu.ru/2016.3/21.pdf Arxiv surəti 29 mart 2018 tarixindən Wayback Machine saytında "ЦИВИЛИЗАТОРСКАЯ ДИКТАТУРА ИМПЕРИИ: ОТ ЭТНИЧЕСКОГО МНОГООБРАЗИЯ К УНИВЕРСАЛЬНОМУ ДОНОСИТЕЛЬСТВУ", В. П. Макаренко, "Политическая концептология", № 3, 2016 г., ru:Южный федеральный университет
  10.  (rus.) Гусейнов, Мирза Давуд. 1: Программа и тактика // Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем. Baku. 1927.
  11. Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, siy.1, saxlanma vahidi 56, vərəq 5
  12. Институт истории им. А. Бакиханова. История Азербайджана с древнейших времён до начала 20 века / Играр Алиев. — Баку: ЭЛМ, 1995
  13. Elnur Məmmədli. "Partiyaların simvolları – ARAŞDIRMA" (az.). lent.az. 2009-05-12. 2014-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-20.
  14. И. С. Малчевский. Всероссийское учредительное собрание. Гос изд-во. 1930. 140–142.
  15. Б. Ф Додонов; Е. Д Гринько; О. В.. Лавинская. Журналы заседаний Временного правительства: Сентябрь-октябрь 1917 года. РОССПЭН. 2004. 206–208.
  16. Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 7 June 2004. səh. 107. ISBN 978-0-521-52245-8.
  17. 1 2 Oliver Henry Radkey. Russia goes to the polls: the election to the all-Russian Constituent Assembly, 1917. Cornell University Press. 1989. 129–131. ISBN 978-0-8014-2360-4.
  18. Oliver Henry Radkey. Russia goes to the polls: the election to the all-Russian Constituent Assembly, 1917. Cornell University Press. 1989. səh. 40. ISBN 978-0-8014-2360-4.
  19. Л. М Спирин. Россия 1917 год: из истории борьбы политических партий. Мысль. 1987. 273–328.
  20. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 419. ISBN 9952-417-44-4.
  21. "Трагические события марта 1918 года в Азербайджане («День геноцида»)". 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-20.
  22. "Michael Smith. "Azerbaijan and Russia: Society and State: Traumatic Loss and Azerbaijani National Memory"". 2011-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-06-29.
  23. Муханов, 2019
  24. Azərbaycan cümhuriyyəti (1918–1920), "Elm" nəşriyyatı, Bakı, 1998, 336 s.
  25. "Азербайджанская Народная Республика (Азербайджан Халг Джумхуриййети) — первая парламентская республика на Востоке (май 1918 г. — апрель 1920 г.)". 2011-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-23.
  26. Протоколы заседаний мусульманских фракций Закавказского Сейма и Азербайджанского Национального Совета 1918 г. — Баку, 2006, стр. 117—119
  27. Что Азербайджан, Армения и Грузия сделали, когда 100 лет назад стали независимыми республиками? Arxivləşdirilib 2018-09-16 at the Wayback Machine // Jam-news.net
  28. Kaspi qəzetinin 1 noyabr 1917-ci il tarixli nüsxəsi [ölü keçid]. s. 3–4
  29. Ronald Grigor Suny. The Baku Commune, 1917-1918: Class and Nationality in the Russian Revolution. Princeton University Press. 12 March 2019. 177–178. ISBN 978-0-691-65703-5.
  30. Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 7 June 2004. səh. 107. ISBN 978-0-521-52245-8.
  31. 1 2 3 4 5 6 7 8 9 10 Заключительное постановление по делу уполномоченных ЦК, БК, Военного центра и военной организации "Мусават" / Дело Дадаша Гасанова и других. Архивный номер 500518, т. 7, машинопись, оригинал, 1926 // Архив Службы Государственной Безопасности Азербайджанской республики.
  32. Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, "Nicat", 1992, c. 148–149 s.
  33. "Arxivlənmiş surət". 2015-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.
  34. "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.
  35. 1 2 Yurtsever E. Gizli "Müsavat" teşkilatının harakteristik vazıfaları // "Azerbaycan" jurnalı, № 2–3 (27–28), İstanbul, 1954, s. 18.
  36. Мамулиа Г. К вопросу антибольшевистского восстания в Грузии 1924 г. и его последствий для грузинского вопроса в Европе Arxiv surəti 22 sentyabr 2013 tarixindən Wayback Machine saytında // Журнал «Прометей».
  37. 1 2 3 4 5 6 Айдын Али-заде. «Мусават». Азербайджанское подполье в борьбе за независимость страны Arxiv surəti 27 sentyabr 2018 tarixindən Wayback Machine saytında // Журнал «Уроки истории». Международный Мемориал.
  38. Зейналов Э. Мечты, мечты — где ваша сладость? Arxiv surəti 25 iyun 2018 tarixindən Wayback Machine saytında
  39. Quliyev V. Mənim babam kim olub? Bakı: Şuşa nəşriyyatı, 2001, s. 148.
  40. 1 2 Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu, 2012, s. 136.
  41. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 231
  42. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 232
  43. Шнелле Й. "Враг моего врага": деятельность азербайджанской партии "Мусават" в Германии (1933-1939) // Исторический Вестник . 32 (rus). 2020. doi:10.35549/HR.2020.2020.32.005. ISSN 2411-1511 2306-4978, 2411-1511 (#bad_issn).
  44. Swietochowski, Tadeusz (1995) Russia and Azerbaijan: A Borderland in Transition, Columbia University, p. 133—134, ISBN 0-231-07068-3.
  45. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 197

Ədəbiyyat

  • İbrahimli X., Azərbaycan siyasi mühacirəti (1920–1991), B., 1997.
  • Alizadeh, Aydin (2021). AZERBAYCAN’IN BAĞIMSIZLIĞINA KAVUŞMASI İÇİN GİZLİ MÜSAVAT’IN VERDİĞİ MÜCADELE ÜZERİNE BİR ARAŞTIRMA (1920—1926) Arxiv surəti 17 iyul 2021 tarixindən Wayback Machine saytında. İstanbul Aydın Üniversitesi Sosyal Bilimler Dergisi. 13 (3). ss. 63 — 678.
  • Балаев, А. Мамед Эмин Расулзаде. На чужих берегах (1922—1943). — М.: ООО ИПЦ «Маска», 2013, 288 с.
  • Заключительное постановление по делу уполномоченных ЦК, БК, Военного центра и военной организации «Мусават» / Дело Дадаша Гасанова и других. Архивный номер 500518, т. 7, машинопись, оригинал, 1926 // Архив Службы государственной безопасности Азербайджанской Республики.
  • Зейналов Э. Мечты, мечты — где ваша сладость?
  • Мамулиа Г. К вопросу антибольшевистского восстания в Грузии 1924 г. и его последствий для грузинского вопроса в Европе.
  • Мамулиа Г., Абуталыбов Р. Страна огней. В борьбе за свободу и независимость. Политическая история азербайджанской эмиграции. 1920—1945 гг. — Баку: «CBS», 2014, 584 с.
  • Топчибаши А. М., Расулзаде М. Э. Переписка. 1923—1926 гг. — Москва: «Социально-политическая мысль», 2012, 148 с.
  • Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi.
  • Əlizadə A. A. Dadaş Həsənovun Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsi Arxiv surəti 19 aprel 2021 tarixindən Wayback Machine saytında // Azərbaycan xalq cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransının materialları. 21-23 may 2018. — Bakı. s. 554—560.
  • Əlizadə A. A. Gizli «Müsavat» Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə (1920—1926) Arxiv surəti 19 aprel 2021 tarixindən Wayback Machine saytında // Strateji təhlil 1-2 (23-24). — Bakı, 2018, s. 379—398.
  • Əmrahov M. ХХ əsrdə Azərbaycanda milli azadlıq hərəkatı. Ali məktəblər üçün dərslik. — Bakı: ADPU nəşriyyatı, 2009, 372 s.
  • Quliyev V. Mənim babam kim olub? — Bakı: Şuşa nəşriyyatı, 2001, 400 s.
  • Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. — Bakı, «Nicat», 1992, 248 s.
  • Rəsulzadə M.Ə. Azərbaycan davası / «Azərbaycan» aylıq kültür dərgisi Sayı 2-3 (26-27), 1954 // Əsərləri, c. 4. — Bakı: «Qanun», 2013.
  • Yaqublu N. Müsavat partiyasının tarixi. — Bakı: «Adiloğlu», 2012, 334 s.
  • Yurtsever E. Gizli «Müsavat» teşkilatının harakteristik vazıfaları // «Azerbaycan» jurnalı, № 2-3 (27-28). — İstanbul, 1954, s. 16-25.
  • Oruclu M, Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911–1992), B., 2001.
  • Гуссейнов М. Д. Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем В. 1 Тифлис, 1927
  • Борьба за победу советской власти в Азербайджане. 1918–1920. Документы и материалы. Баку, 1967.
  • Очерки истории Коммунистической партии Азербайджана. Баку, 1964.
  • История Азербайджана. Т. 2–3. Баку, 1960–63.
  • Покаржевский Е. А. Из истории иностранной интервенции и гражданской войны в Азербайджане. Баку, 1957.
  • Раевский А. Партия "Мусават" и ее контрреволюционная работа. Баку, 1929.

Xarici keçidlər

Read other articles:

Airport in Barbados TBPB redirects here. For the chemical compound, see tert-Butyl peroxybenzoate. Grantley Adams International AirportIATA: BGIICAO: TBPBWMO: 78954[1][2][4]SummaryAirport typePublicOwnerGovernment of BarbadosOperatorGAIA Inc.[3]ServesBarbadosLocationSeawell, Christ ChurchElevation AMSL170 ft / 52 mCoordinates13°04′29″N 059°29′33″W / 13.07472°N 59.49250°W / 13.07472; -59.49250Websitegaia.bbMapsBarbados ...

 

Der Titel dieses Artikels ist mehrdeutig. Weitere Bedeutungen sind unter Föritz (Begriffsklärung) aufgeführt. Föritz Gemeinde Föritztal Wappen von Föritz Koordinaten: 50° 20′ N, 11° 14′ O50.33611111111111.23410Koordinaten: 50° 20′ 10″ N, 11° 13′ 48″ O Höhe: 410 m Fläche: 32,12 km² Einwohner: 3404 (31. Dez. 2016) Bevölkerungsdichte: 106 Einwohner/km² Eingemeindung: 6. Juli 2018 Postleitzahl: 9...

 

Leixões Estação Ferroviária de Leixõesa Estação de Leixões, em 2009 Identificação: 21154 LES (Leixões)[1] Denominação: Estação Satélite de Leixões Classificação: ES (estação satélite)[1] Linha(s): Linha de Leixões (PK 21,000) Altitude: 10 m (a.n.m) Coordenadas: 41°11′23.95″N × 8°41′5.14″W (=+41.18999;−8.68476) Localização na rede (mais mapas: 41° 11′ 23,95″ N, 8° 41′ 05,14″ O; IGeoE) Concelho:  Matosinhos Serviços:...

Pentax Corporation ペンタックス株式会社 Логотип Тип Публічна компаніяФорма власності кабусікі-ґайсяГалузь виробництво оптичного устаткуванняЛістинг на біржі TYO: 7750 7750Засновано 1919Закриття (ліквідація) 31 березня 2008Штаб-квартира ТокіоКлючові особи Fumio Urano, ПрезидентПродукція Камери і

 

HesperosuchusПеріод існування: пізній тріас, 220 млн р. т. PreꞒ Ꞓ O S D C P T J K Ꝑ N ▼ Hesperosuchus agilis Біологічна класифікація Царство: Тварини (Animalia) Тип: Хордові (Chordata) Клас: Плазуни (Reptilia) Надряд: Crocodylomorpha Рід: †HesperosuchusColbert, 1952 Вид: †H. agilis Біноміальна назва †Hesperosuchus agilisColbert, 1952 Hesperos...

 

San Vigor de Bayeux Fresco en la Iglesia de San Vigor de NeauInformación personalNacimiento ArtoisArtois (Francia) Fallecimiento 537Información profesionalOcupación Sacerdote Cargos ocupados Obispo Información religiosaFestividad 1 de noviembre               Títulos y reconocimientos Iglesias Orientales [editar datos en Wikidata] San Vigor (en francés, Vigor o Vigeur) (f. 537) fue un obispo francés y mision...

Ice hockeyat the XIX Olympic Winter GamesIce Hockey at the E Center in West Valley CityVenuesE CenterPeaks Ice ArenaDatesFebruary 2002← 19982006 → Men's ice hockeyat the XIX Olympic Winter GamesMedalists  Canada  United States  Russia Women's ice hockeyat the XIX Olympic Winter GamesMedalists  Canada  United States  Sweden Ice hockey at the2002 Winter OlympicsQualificationmenwomenTournamentmenwomenRostersmenwomenvte The United States and Fin...

 

この記事は英語版の対応するページを翻訳することにより充実させることができます。(2021年1月)翻訳前に重要な指示を読むには右にある[表示]をクリックしてください。 英語版記事を日本語へ機械翻訳したバージョン(Google翻訳)。 万が一翻訳の手がかりとして機械翻訳を用いた場合、翻訳者は必ず翻訳元原文を参照して機械翻訳の誤りを訂正し、正確な翻訳にし...

 

Brunei Botschaft Bruneis in Deutschland Logo Staatliche Ebene bilateral Stellung der Behörde Botschaft Aufsichts­behörde(n) Außenministerium Bestehen seit 1984 Hauptsitz Deutschland Berlin Botschafterin Pengiran Hajah Krtini Pengiran Haji Tahir Website Botschaft Bruneis in Deutschland Botschaftsgebäude Kronenstraße 55–58 Die Botschaft Bruneis in Berlin ist die diplomatische Vertretung des Sultanats Brunei Darussalam in Deutschland. Sie hat ihren Sitz in der Kronenstraße 55...

Parasitic disease caused by a family of nematode worms Medical conditionFilariasisLife cycle of Wuchereria bancrofti, a parasite that causes filariasisSpecialtyInfectious disease Filariasis is a parasitic disease caused by an infection with roundworms of the Filarioidea type.[1] These are spread by blood-feeding insects such as black flies and mosquitoes. They belong to the group of diseases called helminthiases. These parasites exist in the wild in subtropical parts of southern Asia,...

 

Location of Kyiv Peninsula in Graham Land, Antarctic Peninsula. Valiente Peak (65°27′S 63°43′W / 65.450°S 63.717°W / -65.450; -63.717) is a peak (2,165 m) on Kyiv Peninsula on the west coast of Graham Land, standing close north of the mouth of Lever Glacier where the latter enters Beascochea Bay. It was discovered by the French Antarctic Expedition, 1908–10, under Charcot and named by him Sommet Saens Valiente, probably for Captain J.P. Saenz Valiente of Arge...

 

Ten artykuł dotyczy austro-węgierskiego 11 Pułku Piechoty Obrony Krajowej. Zobacz też: inne pułki piechoty noszące numer „11”. 11 Pułk Piechoty Obrony Krajowej Jičín (niem. 11. Landwehrinfanterieregiment Jičín) – pułk piechoty cesarsko-królewskiej Obrony Krajowej. Historia pułku Pułk został utworzony 1 maja 1889 roku[1]. Okręg uzupełnień Obrony Krajowej Jiczyn (cz. Jičín) na terytorium 9 Korpusu[1]. Kolory pułkowe: trawozielone (grasgrün), guziki srebrne z numerem...

Bilateral relationsMexico–United Arab Emirates relations Mexico United Arab Emirates Mexico–United Arab Emirates relations are the diplomatic relations between Mexico and the United Arab Emirates. Both nations are members of the United Nations. History Mexico and the United Arab Emirates (UAE) established diplomatic relations on 12 September 1975.[1] For the first three decades, Mexico was accredited to the UAE from its embassy in Beirut, Lebanon while the UAE was accredited to Me...

 

Goran Sudžuka Información personalNacimiento 23 de diciembre de 1969 (53 años)Zagreb (República Federal Socialista de Yugoslavia) Residencia Zagreb Nacionalidad Croata (desde 1992)EducaciónEducado en School of Applied Arts and Design in Zagreb (hasta 1988) Información profesionalOcupación Historietista, cartoonist, dibujante de historieta e ilustrador Área Historieta e ilustración Años activo desde 1990Empleador DC ComicsVertigoZagreb FilmMarvel ComicsAWA Studios Obras not...

 

1980 filmI Hate BlondesDirected byGiorgio CapitaniWritten byFranco Marotta Laura ToscanoStarringEnrico Montesano Jean Rochefort Corinne CléryCinematographyRoberto Gerardi Silvano IppolitiEdited bySergio MontanariMusic byPiero UmilianiRelease date October 29, 1980 (1980-10-29) LanguageItalian I Hate Blondes (Italian: Odio le bionde) is a 1980 Italian crime comedy film directed by Giorgio Capitani.[1][2] Plot This article needs a plot summary. Please add one in y...

Dutch cycling team This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Rabobank Development Team – news · newspapers · books · scholar · JSTOR (April 2019) (Learn how and when to remove this template message) Rabobank Development TeamTeam informationUCI codeRB3RegisteredNetherlandsFounded1997 (1997)Disbande...

 

В Википедии есть статьи о других людях с такой фамилией, см. Болотов; Болотов, Андрей. Андрей Иванович Болотов Дата рождения 12 августа 1919(1919-08-12) Место рождения с. Колово, Советский район, Алтайский край Дата смерти 4 ноября 1988(1988-11-04) (69 лет) Место смерти Москва Принадлеж...

 

ملخص معلومات الملف وصف هذه صورة صندوق معلومات مقالة : ستانلي مايرز مصدر المنشور الأصلي: غير معروف المصدر الحالي: https://ximo.wordpress.com/2011/04/16/la-cavatina-de-stanley-myers/ تاريخ غير معروف منتج هذا الملف لا يمتلك معلومات المنتج، وربما تنقصه بعض المعلومات الأخرى. يجب أن تحتوي الملفات على معلوم...

Mohammad NazimLahir1 Januari 1980 (umur 43)Malerkotla, Punjab, IndiaTempat tinggalMumbai, IndiaKebangsaan IndiaPekerjaanmodel, aktorTahun aktif2007–sekarangDikenal atasMemerankan Ahem Modi dan Jaswinder Singh di Saath Nibhaana SaathiyaTinggi173 m (567 ft 7 in)KeluargaAnas Rashid (Sepupu)Ather Habib (Sepupu) Mohammad Nazim (lahir 1 Januari 1980) adalah model dan aktor televisi India.[1][2][3] Dia memulai debut di televisi melalui serial Shaury...

 

Ги́чка — лёгкая быстроходная парусно-гребная шлюпка с 6-10 распашными вёслами, острым носом и транцевой кормой[1][2]. Гичка Vérité (Генуя, Atlantic Challenge Competition 2006) Гичка Ténacité (Генуя, Atlantic Challenge Competition 2006) Гички широко использовали до начала 20 века на военных кораблях для р...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!