Tağı Nağıyev |
---|
|
Doğum yeri |
|
Partiya |
|
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri.
Siyasi fəaliyyəti
1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur.[1] Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı:[2]
|
1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: "Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım" — dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi.
|
|
1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağıyev də var idi.
Mənbə
Ədəbiyyat
İstinadlar
- ↑ Oruclu M. Müsavat Partiyasının fəaliyyəti. "Müsavat" jurnalı, B., 1995, № 3 (7), s. 65
- ↑ "Азербайджан" qəzeti. 1919, N111.