Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı

Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı — Azərbaycanda fəaliyyət göstərmiş rəsmi dövlət qeydiyyatlı partiyaların siyahısı.

Azərbaycanda siyasi partiyaların tarixi 1900-cü illərdən başlayır. O dövrdə Rusiya İmperiyasının Dövlət Duması yaradıldı və bu dumaya seçkilər təyin olundu. Bu proseslər siyasi partiyaların yaranmasına təkan verdi.[1]

Çar Rusiyasının süqutu və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycanın ali qanunverici orqanı-Azərbaycan parlamentinin fəaliyyətə başlaması siyasi partiyaların fəaliyyətinə təkan verdi.[2][3]

Azərbaycan Kommunist Partiyasının XXX qurultayı.

1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti 11-ci Qırmızı Ordu tərəfindən işğal edildi və bütün partiyaların fəaliyyətinə son qoyuldu. SSRİ dönəmində leqal olaraq tək fəaliyyət göstərən partiya Azərbaycan Kommunist Partiyası oldu.[4][5]

1980-ci illərin sonundan etibarən xalq Kommunist Partiyasına və ümumiliksə hökumətə qarşı etiraz aksiyalarına başladı. Aksiyalarda etiraz əlaməti olaraq vətəndaşlar Azərbaycan Kommunist Partiyasının biletlərini cırırdılar və 1991-ci ilin sentyabr ayında partiya bütün strukturlarını buraxaraq ləğv olunduğunu elan etdi.[4]

SSRİ dönəmində qeyri qanuni şəkildə fəaliyyət göstərən bir neçə siyasi partiya və ya ictimai təşkilatlar da olmuşdur. Bu təşkilatlar Rafiq Turabxanoğlu liderliyində 1960-cı illərdə yaradılan Azərbaycan Xalq Demokratik Partiyası, Azər Qasımzadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Dirçəliş Partiyası və 1990-cı idə Azərbaycan Xalq Partiyası ilə birləşməsindən yaranan Azərbaycan Xalq Dirçəliş Partiyası, Əbülfəz Elçibəy liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi, Araz Əlizadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Sosial Demokrat Partiyası, 1990-cı ildə Rauf Arifoğlu və bir qrup şəxs tərəfindən yaradılan və Müsavat Partiyasının bərpasından öncə fəaliyyət göstərən Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyası, Birlik Partiyası və Fəzail Ağamalı liderliyində 1990-cı ildə yaradılan Ana Vətən Partiyası olmuşdur.

Azərbaycan müstəqillik əldə etdikdən (18 oktyavbr 1991-ci il) sonra 66 siyasi partiya qeydiyyata alınıb. 1993-cü ildə həmin partiyalardan ikisi məhkəmə qərarı ilə ləğv edilib.

2021-ci ildə 6 partiya hakim Yeni Azərbaycan Partiyasına qoşulduğunu bildirib və qeydiyyata alınmış partiyaların sayı 58 olub.

2023-cü ildə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra həmin 58 partiyadan 31-i ləğv barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 27 partiya yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

"Siyasi partiyalar haqqında" qanun

2022-ci ildə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu üçün layihə üzərində iş başlanıldı. 26 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi siyasi partiyaların parlamentə qanun layihəsi hazırlanması ilə bağlı müraciətlər etdiyini, bu səbəbdən dövlət qeydiyyatında olan siyasi partiyalardan parlamentə təkliflərini təqdim etməsini ehtiva edən elanını nəşr etmişdir.[6]

Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ədalət Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Aydınlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Təkamül Partiyası, Milli Demokrat İdrak Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Yüksəliş Partiyası 15 avqusta olan məlumata görə öz layihələrini parlamentə təqdim etmişdir.[7] 6 sentyabra olan məlumata əsasən isə Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası da öz təkliflərini parlamentə təqdim etmişdir.[8] 7 sentyabr 2022-ci ildə 39 siyasi partiyanın yeni qanun layihəsi ilə bağlı təklifləri də nəzərə alaraq, 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilərək tərtib olunan qanun layihəsinin ilkin versiyası parlamentin rəsmi veb saytına yerləşdirildi.[9] 28 sentyabrda isə layihəylə bağlı ilk ictimai dinləmə keçirilməsi nəzərdə tutulsa da,[10] yeni təkliflərin daxil olması və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu keçirilməsi səbəbi ilə bu təxirə salınmışdır.[11] Müxalifət bu qanun layihəsindəki yeni müddəalara etiraz etmişdir. Belə ki, yeni layihədə siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması, üzvlərinin sayı 4 500-dən aşağı olarsa, bu, partiyanın qeydiyyatının ləğvinə səbəb ola biləcəyi, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olması, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması, yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim ediləcəyi, dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayacağı, nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edəcəyi, siyasi partiya üzvlərinin reyestrini adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə aparılacağı, dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcəcəyi, siyasi partiya da üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edəcəyi haqqında müddəalar ehtiva etmişdir. Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 5 minə çatdırılması üçün tədbirlər görməlidir.[12] Daha sonra parlamentdə 24 oktyabr və 4 noyabrda ictimai dinləmələr keçirilmişdir.[13][14] Yekunda layihəyə düzəlişlər edilmiş və 21 noyabr tarixində yeni versiyası parlamentin rəsmi veb-saytında dərc olunmuşdur.[15] Bu layihədə əvvəlki redaksiyaya 66 düzəliş edilmiş, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilmiş, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılmış, partiyanın yaradılması üçün gərəkli təsisçi sayısı 200-dən 50-yə endirilmiş, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması tələbi çıxarılmış, partiya reyestrlərinin yoxlanması üçün ildə iki dəfə olan məlumatlandırma ildə 1 dəfəyə endirilmiş, mövcud partiyaların yeni qanuna uyğunlaşması üçün verilən vaxt 90 gündən 180 günə artırılmışdır.[16][12] Noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.[16] Müsavat Partiyasının sədri Arif Hacılı layihənin hər iki versiyasını "mürtəce", mövcud qanunu isə "daha pozitiv" adlandırmışdır.[17] Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi isə qanun layihəsini "siyasə fəaliyyəti linç edən" layihə adlandırmışdır.[17] Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov isə layihənin prinsip etibarilə dəyişmədiyini açıqlamışdır.[17] Həmçinin, REAL Partiyası Venesiya Komissiyasına layihə ilə bağlı məktub göndərmiş, məktuba 24 noyabr 2022-ci ildə cavab gəlmişdir. Cavabda Azərbaycan hökumətinin ictimaiyyətə verdiyi məlumatın əksinə, hökumətin Venesiya Komissiyası ilə məsləhətləşmə aparmadığı qeyd olunmuşdur.[18] Parlamentin 26 noyabr 2022-ci il tarixli iclasında qanun layihəsi birinci oxunuşda 95 lehinə, 1 bitərəf səslə keçmişdir.[19] Bitərəf səs verən deputat Erkin Qədirli olmuş, o daha sonra qanun layihəsinin əleyhinə olduğunu, komitə iclasında da əleyhinə səs verdiyini, lakin plenar iclasda yanlışlıqla bitərəf düyməsinə basdığını, bu səbəbdən də protokola səsinin "əleyhinə" olaraq qeyd olunmasını xahiş etmişdir.[19] Parlamentin 6 dekabr 2022-ci il tarixli iclasında qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur.[20] AXCP isə 12 dekabrda bəyanat yayaraq xalqı və beynəlxalq birliyi yeni qanuna etiraz etməyə səsləmişdir.[21] 11 yanvar 2023-cü ildə prezident İlham Əliyev qanunu imzalamışdır.[22]

Tarixi partiyalar

Partiyanın adı Yaranma tarixi Ləğv tarixi Ləğv səbəbi
İttifaqi-Müslimin
1905 1907 Çar hökuməti tərəfindən fəaliyyəti dayandırıldı.
Qarabağ Birlik Məclisi
1906 1908
Müdafiə Partiyası[23]
1907 1909
İctimaiyyun-Amiyyun[24]
1905 1916 Əsasında Ədalət Partiyası yaranmışdır.
Qeyrət Partiyası[25]
1905 1917 Əsasında Türk Ədəmi-Mərkəziyyət Firqəsi yaradıldı.
İttifaq Partiyası
1907 1917 Sol Xalqçı Partiyası və sağ Əkinçi Partiyası qanadlarına parçalandı.
Türk Ədəmi-Mərkəziyyət Firqəsi
1917 17 iyul 1917 Müsavat Partiyasına birləşdi.
Difai Partiyası[26]
1906 15 oktyabr 1917 Çar hökuməti tərəfindən fəaliyyəti dayandırılsa da, 1907-1917-ci illərdə gizli fəaliyyət göstərmiş, ardından Müsavat Partiyasına birləşmişdir.
Qafqaz İttihad və Tərəqqi Firqəsi[27]
1918 1918 Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən fəaliyyəti dayandırıldı.
Rusiyada Müsəlmanlıq Firqəsi[28]
1917 yanvar 1918 İttihadi-İslam Cəmiyyəti ilə birləşərək İttihad Partiyasının əsasını qoymuşdur.
Ədalət Partiyası[29]
1916 11-12 fevral 1920 Ədalət Partiyası, Əkinçi PartiyasıHümmət Partiyasının sol qanadının əsasında Azərbaycan Kommunist Partiyası yaradıldı.
Əkinçi Partiyası
1917
Hümmət[29]
1904 11-12 fevral 1920 [a]
28 aprel 1920 Aprel işğalı
Müsavat Partiyası[30][b]
1911 28 aprel 1920
İttihad Partiyası[28]
yanvar 1918
Xalqçı Partiyası
1919
Əhrar Partiyası[33]
1918
Azərbaycan Kommunist Partiyası[34]
11-12 fevral 1920 1991 Partiya fəaliyyətini dayandırdı.

Ləğv edilənlər

Siyasi partiya Yaranma tarixi Qeydiyyat tarixi Ləğv tarixi Ləğv səbəbi
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası
(Talış Xalq Partiyası)
1989 mart 1993 1993 Separatçılıq[35]
Bozqurd Partiyası
1992 aprel 1994 1995 Etnik ayrı-seçkiliyi təbliğ edən çıxışlar etməsi və adının qanunlara uyğun olmaması[36]
Azərbaycan İslam Partiyası
1991 20 sentyabr 1992 1995 Casusluq[36]
Azərbaycan Vahid Kommunist Partiyası
1 sentyabr 1995 SSRİ-nin bərpasını təbliğ etməsi[c]

Fəaliyyətini dayandıranlar

Partiyanın adı Yaradılma tarixi Qeydiyyat tarixi Fəaliyyətini dayandırdığı tarix
Azərbaycan Naminə Alyans Partiyası 17 noyabr 1994 22 iyun 1995 2 mart 2023[38]
Azərbaycan Təkamül Partiyası 1995 12 may 2005 9 mart 2023[39]
Birlik Partiyası 1990 18 dekabr 1992 9 mart 2023[40]
Milli Vəhdət Partiyası 2000 8 may 2002 13 mart 2023[41]
Azərbaycan Azad Respublikaçılar Partiyası 2001 8 may 2002 14 mart 2023[42]
Azərbaycan Sosial Rifah Partiyası 1994 4 avqust 1995 23 mart 2023[43]
Azərbaycan Liberal Demokrat Partiyası 30 yanvar 1999 9 iyul 1999 1 aprel 2023[44]
Azərbaycan Sosial Demokrat Partiyası 1989 1 sentyabr 1995 4 aprel 2023[45]
Azərbaycan Vahid Kommunist Partiyası 1993 19 sentyabr 1995 6 aprel 2023[46]
Müstəqil Azərbaycan Partiyası 10 fevral 1993 7 aprel 2023[47]
Azərbaycan Respublikaçılar Partiyası 1999 9 iyul 1999 8 aprel 2023[48]
Yeni Yol Partiyası 1992[d] 24 iyul 1992 12 aprel 2023[49]
Azərbaycan Milli Demokrat Partiyası 1992[e] 24 dekabr 2008 14 aprel 2023[50]
Aydınlar Partiyası dekabr 2008 19 noyabr 2009 17 aprel 2023[51][52]
Müstəqil Xalq Partiyası 7 may 2020 18 aprel 2023[53]
Vahid Azərbaycan Milli Birlik Partiyası 28 noyabr 1992 13 yanvar 1993 26 aprel 2023[54]
Azərbaycan Tərəqqi Partiyası 2 fevral 1999 12 iyul 2005 29 aprel 2023[55]
"Azərbaycan Mübarizləri" Partiyası 1998 27 may 2000 1 may 2023[56]
Azərbaycan Kommunist Partiyası [f] 1993 2 mart 1994 4 may 2023[57]
Qorqud Partiyası 1993 10 noyabr 1993 8 may 2023[58]
Milli Konqres Partiyası 1998 11 dekabr 1998 11 may 2023[59]
Azərbaycan Vətənpərvərlər Partiyası 1994 12 oktyabr 1994 12 may 2023[60]
Vətəndaş Birliyi Partiyası 1999 12 iyul 2005 22 may 2023[61]
Milli-Demokrat İdrak Partiyası 1992 11 avqust 1992 5 iyun 2023[62]
Milli Həmrəylik Partiyası 1992[g] 10 fevral 1993 9 iyun 2023[63]
Cümhuriyyət Xalq Partiyası 2010 7 may 2020 22 iyun 2023[64]
Sosial Ədalət Partiyası 1998 11 dekabr 1998 22 iyun 2023[65]
Azərbaycan Yüksəliş Partiyası[66] 16 iyul 2020 15 oktyabr 2021 23 iyun 2023[67]
Azərbaycan Liberal Partiyası 3 iyun 1995 14 avqust 1995 24 iyun 2023[68][69]
Vətəndaş və İnkişaf Partiyası 28 may 2006 10 avqust 2008 25 iyun 2023[70][71]
Azərbaycan Milli Dövlətçilik Partiyası 2 iyul 1994 12 oktyabr 1994 15 avqust 2023[72]
Azad Demokratlar Partiyası 6 iyul 2014 16 aprel 2010 Bilinmir[73]

Ad dəyişənlər

Aşağıdakı partiyalar adlarını dəyişərək əvvəlki partiyanın fəaliyyətinə xitam vermiş, qurultay vasitəsilə yeni partiya yaradıblar.

Partiyanın əvvəlki adı Partiyanın yeni adı Ad dəyişmə tarixi
Azərbaycan Kommunist Partiyası Azərbaycan Vahid Kommunist Partiyası 1993[h]
Azərbaycan Vahid Kommunist Partiyası Azərbaycan Kommunist Partiyası 1995[h]
Bozqurd Partiyası Azərbaycan Milli Demokrat Partiyası 1999[74]
Vahid Azərbaycan Partiyası Ağ Partiyası 26 iyun 2016[75]
Demokratik Azərbaycan Dünyası Partiyası Milli Həmrəylik Partiyası 22 avqust 2020
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası Yeni Yol Partiyası[d] 2022[76]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədalət, Hüquq, Demokratiya Partiyası 16 mart 2024[77]

Birləşənlər

Fəaliyyətini dayandıran partiya Birləşdiyi partiya Birləşmə tarixi
Azərbaycan Ana Torpaq Partiyası Müsavat Partiyası 1995[78]
Doğru Yol Partiyası
Ədalət Partiyası Azərbaycan Demokrat Partiyası 1996[79]
Demokratik Azərbaycan Partiyası 1998[79]
Demokratik Yol Partiyası 2000[79]
Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyası 2021[80]
Azərbaycan Xalq Demokratik Partiyası
Azərbaycan Kəndli Partiyası
Azərbaycan Milli Hərəkat Partiyası
Azərbaycan Yurddaş Partiyası
Milli Qurtuluş Partiyası

Həmçinin bax

Qeydlər

  1. Sol Hümmət
  2. 1992-ci ildə Azərbaycanda fəaliyyəti təkrar bərpa olununcayadək mühacirətdə fəaliyyət göstərmişdir.[31][32]
  3. 1 ay sonra Ali Məhkəmənin qərarı ləğv edilmişdir.[37]
  4. 1 2 Rəsmi dövlət qeydiyyatı olmayan Yeni Yol Partiyası 1992-ci ildə yaradılmış dövlət qeydiyyatlı Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə 2022-ci il tarixində birləşmə qurultayı keçirərək vahid ad altında birləşdi. Lakin rəsmi sənədlərdə proses ad dəyişmə olaraq qeydə alındı.
  5. 1992-ci ildə yaradılmış Bozqurd Partiyasının 1995-ci ildə Ali Məhkəmə tərəfindən fəaliyyətinə son qoyulmasından sonra partiyanın əsasında 1999-cu ildə ad dəyişmə ilə yaradılmışdır.
  6. Rəsmi qeydiyyatda olan 2 qanaddan biri — Hacı Hacıyevin sədrlik etdiyi qol fəaliyyətini dayandırdığını elan etdi, Rauf Qurbanovun sədrlik etdiyi qanad isə qeydiyyatın yenilənməsi üçün müraciət etmədi.
  7. 1992-ci ildə yaradılmış Demokratik Azərbaycan Dünyası Partiyası 2020-ci ildə adını Milli Həmrəylik Partiyası olaraq dəyişmişdir.
  8. 1 2 Elçibəy höküməti tərəfindən SSRİ yönlü olduğu iddiasıyla AKP-nin fəaliyyəti dayandırılmışdır. AKP yeni AVKP adıyla siyasətə qayıtmışdır. AVKP 1995-ci ildə bağlandıqdan sonra Ramiz Əhmədov AKP olaraq siyasətə dönmüş, Sayad Sayadovun partiyası isə AVKP adını almışdır.

İstinadlar

  1. Hüseynov, M. C. Партия "Мусават" в прошлом и настоящем (rus).
  2. Paşayev, Ataxan. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) (az.). Bakı: Parlament (stenoqrafik hesabatlar). 1998.
  3. Paşayev, Ataxan. "Açılmamış səhifələrin izi ilə". Xalq Cəbhəsi (az.). Bakı. 1 may 2013. səh. 14.
  4. 1 2 Azərbaycan Kommunist Partiyasının tarixi (az.). 1958.
  5. Azərbaycan tarixi (az.). III. 1973.
  6. "Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanır". 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  7. "Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi üzərində iş davam edir". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  8. "Daha 10 partiya "Siyasi partiyalar haqqında" yeni qanunla bağlı təkliflərini Milli Məclisə təqdim edib". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  9. "Siyasi partiyalar haqqında". 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  10. "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantı ilə bağlı ictimai dinləmə keçiriləcək
  11. ""Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı təkliflər Milli Məclisə daxil olmaqda davam edir". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  12. 1 2 "Siyasi partiyalar haqqında yeni qanun layihəsində nələr var? — 9 suala cavabda". 2023-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  13. "Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  14. ""Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  15. "Siyasi partiyalar haqqında 2". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  16. 1 2 "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi komitələrin birgə iclasında müzakirə olunub
  17. 1 2 3 ""Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni versiyasına siyasi baxışlar". 2022-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  18. "Venesiya Komissiyası yeni qanun layihəsi ilə bağlı ReAl-ın sorğusuna cavab verib". 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  19. 1 2 ""Siyasi partiyalar haqqında" yeni qanun layihəsi I oxunuşdan keçib". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  20. ""Siyasi partiyalar haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  21. "AXCP beynəlxalq birliyi "Siyasi partiyalar haqqında" qanuna etiraz etməyə çağırıb". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  22. ""Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  23. Seyidzadə D. B., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 2004; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B.. 1999; Вагирова И.С., Политические партии и организации Азербаиджана в начале XX века ,Б., 1997; Ахмедов А., Азербаиджанские тюркивреволюций1905года,Б.,2002.
  24. Aslani S.ġ., Ġran "Ġctimaiyyun-amiyyun" (Mücahid) Partiyasına aid yeni sənədlər, ADU-nun Elmi əsərləri (tarix və fəlsəfə elmləri seriyası), 1973,
  25. Seyid za d ə D., Azərbaycan XX əsrin əvvəllərində: müstəqillyə aparan yollar, B., 1998; Багирова И.С., Политические партии и организации Азербаиджана в начале XX века, Б., 1997; Ахмедов А., Азербаиджанские тюрки в революции 1905 г., Б., 2001.
  26. ;Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997;
  27. Paşayev A., Haqqverilməz, alınar,"'Respublika" qəzeti,1990,22dekabr.
  28. 1 2 Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Mustafayev Q., XX əsrin əvvəllərində Azərbaycanda Ġslam ideologiyası və onun tənqidi, B., 1973; Göyüşov A., Azərbaycanda Ġttihadçılıq, B., 1997; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu — XX yüzilliyin əvvəlləri), B., 1999; Агамлиева Н., Худиев Р., Азербаиджанская Республика. Страницы политической истории. 1918–1920, Б., 1994.
  29. 1 2 : Azərbaycan tarixi, 7 cilddə, c.5., B., 2001; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998; Əfəndiyev S. M., Azərbaycan proletariatının inqilabi hərəkatı tarixindən, B.,1957; Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997;
  30. Müsavat Partiyasının Proqram və nizamnamə sənədləri, Gəncə, 1993; Azərbaycantarixi,7cilddə, c.5, B.,2001;"GəncAzər"(Ġstintaqmateriallarıüzrə), B.,1993;
  31. "Müsavat 71 il sonra necə bərpa edildi - siyahı". 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  32. "MÜSAVAT PARTİYASININ 99 YAŞI TAMAM OLDU". 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  33. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.
  34. Azərbaycan Kommunist Partiyasının tarixi, B., 1958; Azərbaycan tarixi, 3 cilddə. c.3, B., 1973;
  35. "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I" (az.)). 17.08.1993. 2011-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  36. 1 2 "Fəaliyyətsiz partiyaların dövlət qeydiyyatı niyə ləğv edilmir?" (az.)). 04.05.2009. 2020-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  37. "Azerbaijan, Parliamentary Elections and Constitutional Referendum, 12 November 1995: OSCE/UN Report" (PDF). 27 February 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2022.
  38. "SON DƏQİQƏ! Azərbaycanın məşhur partiyası fəaliyyətini dayandırdı". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  39. "Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı: 28 il öncə yaradılmışdı - BƏYANAT". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-18.
  40. "Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən partiya fəaliyyətini dayandırdı". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  41. "Azərbaycanda bu partiya FƏALİYYƏTİNİ DAYANDIRDI". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  42. "Daha bir partiya fəaliyyətinə xitam verdi: 2002-ci ildən rəsmi qeydiyyatda idi". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  43. "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  44. "Məşhur siyasi partiya fəaliyyətini DAYANDIRDI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  45. "Ölkənin ən məşhur partiyası özünü buraxdı: Əlizadələrin qurduğu 34 illik ASDP-nin SON BƏYANATI". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  46. "Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı - Kommunistlərin SON BƏYANATI". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  47. "Nizami Süleymanovun qurduğu partiya da fəaliyyətini dayandırdı - MAP-ın SON BƏYANATI". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  48. "Daha bir partiya fəaliyyətini dayandırdı: Respublikaçıların SON BƏYANATl". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  49. "Daha bir partiya öz fəaliyyətini dayandırdı - YENİ YOLun son bəyanatı". 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
  50. "İsgəndər Həmidovun qurduğu partiya özünü buraxdı - Milli Demokratların SON BƏYANATI". 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  51. "Aydınlar Partiyası fəaliyyətini dayandırdı". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  52. "Bu partiya da bağlandı: Qulamhüseyn Əlibəyli Ədliyyə Nazirliyinə müraciət etdi!". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  53. "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI - SON BƏYANAT". 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.
  54. "İstiqlalçı deputat Hacıbaba Əzimov partiyasını bağladı: VAMBP-nin SON BƏYANATI". 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-28.
  55. "Azərbaycanda daha bir partiya özünü buraxdı: "Tərəqqi"nin son BƏYANATI". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  56. ""Azərbaycan Mübarizləri" Partiyasının BƏYƏNATI". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  57. "Azərbaycan Kommunist partiyası özünü buraxdı - SON BƏYANAT". 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-06.
  58. "Azərbaycanda daha bir partiya özünü buraxdı: 21 oldular - Qorqudun SON BƏYANATI". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  59. "Milli Konqres Partiyası fəaliyyətini dayandırdı - SON BƏYANAT". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  60. "Daha bir partiya özünü buraxdı: Vətənpərvərlərin son BƏYANATI". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  61. "Azərbaycanda daha bir partiya özünü buraxdı: VBP-nin son BƏYANATI". musavat.com. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  62. "Daha bir partiya fəaliyyətini dayandırdı -Milli Demokrat-İdrak Partiyasının son bəyanatı". www.musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
  63. "Azərbaycanda daha bir partiya özünü buraxdı - SON BƏYANAT". musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  64. "Cümhuriyyət Xalq Partiyası özünü buraxdı: təşkilatın son BƏYANATI". musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-22.
  65. "Sosial Ədalət Partiyası özünü buraxdı-təşkilatın son BƏYANATI". www.musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
  66. "Ölkədə yeni siyasi partiya yaradıldı" (az.)). 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.08.2020.
  67. "Azərbaycan Yüksəliş Partiyası özünü buraxdı - Təşkilatın son BƏYANATI yayıldı". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  68. "Azərbaycanda daha bir partiya özünü buraxdı: ALP-nin son BƏYANATI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  69. "Lalə Şövkətin partiyası fəaliyyətini DAYANDIRDI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  70. "Vətəndaş və İnkişaf partiyası özünü buraxdı - VİP-in son BƏYANATI". musavat.com. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-25.
  71. "Əfv edilən siyasətçi partiyasız QALDI". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-25.
  72. "Ədliyyə Nazirliyi 12 partiyanı ləğv edib - YENİLƏNİB". Apa.az (az.). 2023-11-18. 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
  73. "Sülhəddin Əkbər: "5 min imza toplaya bilmədik, partiyamız tarixə qovuşur" | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
  74. "AMDP siyasi kursunu dəyişmir" (az.)). 15.12.2008. 2020-06-29 tarixində arxivləşdirilib.
  75. Azadlıq Radiosu. "Vahid Azərbaycan Partiyası qurultayda adını dəyişdi" (az.)). 27.06.2016. 2016-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  76. "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.
  77. moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  78. "Siyasi qardaşlaşma tarixi" (az.)). Modern.az. 09.12.2010. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.08.2020.
  79. 1 2 3 "ADP tarixi" (az.)). www.modern.az. 2020-06-26 tarixində arxivləşdirilib.
  80. "6 Partiya YAP-a birləşdi" (az.)). www.report.az. 2021-03-05 tarixində arxivləşdirilib.

Xarici keçidlər

Read other articles:

1965 live album by Miles DavisMiles in BerlinLive album by Miles DavisReleased1965 in GermanyRecordedSeptember 25, 1964VenueBerliner PhilharmonieBerlin, GermanyGenreJazzLength43:44 (LP)57:23 (CD)LabelCBSSBPG 62976 (Mono)S 62967 (Stereo)ProducerRudy WolpertMiles Davis chronology E.S.P.(1965) Miles in Berlin(1965) Four & More(1966) Miles Davis live chronology Miles in Tokyo(1964) Miles in Berlin(1964) The Complete Live at the Plugged Nickel 1965(1965) Professional ratingsReview scor...

 

توريبرونا   الإحداثيات 41°52′00″N 14°32′00″E / 41.866666666667°N 14.533333333333°E / 41.866666666667; 14.533333333333  [1] تقسيم إداري  البلد إيطاليا[2]  التقسيم الأعلى مقاطعة كييتي  خصائص جغرافية  المساحة 23.29 كيلومتر مربع (9 أكتوبر 2011)[3]  ارتفاع 857 متر  عدد السكان  ع

 

Leah Galton Galton bermain untuk Manchester United W.F.C pada tahun 2019Informasi pribadiNama lengkap Leah GaltonTanggal lahir 24 Mei 1994 (umur 29)Tempat lahir Harrogate, InggrisTinggi 560 kaki (170 m)Posisi bermain PenyerangInformasi klubKlub saat ini Manchester UnitedNomor 11Karier junior Knaresborough Celtic Harrogate Railway Leeds UnitedKarier senior*Tahun Tim Tampil (Gol)2010–2012 Leeds United 33 (8)2016–2017 Sky Blue FC 30 (5)2018 Bayern Munich 1 (0)2018– Manchester Uni...

У Вікіпедії є статті про інших людей із прізвищем Рудий. Сергій РудийРудий Сергій Петрович  Солдат Загальна інформаціяНародження 2 січня 1979(1979-01-02)Буськ, Львівська область, Українська РСР, СРСРСмерть 26 липня 2023(2023-07-26) (44 роки)Роботине, Пологівський район, Запорізька обл...

 

For other uses, see Femina (disambiguation). Women's magazine FeminaUS model/actor Cindy Crawford on the cover of the December 2000 issueCategoriesWomen's magazineCirculation37,289[1]PublisherRepublican PressAssociated MagazinesRaphaely Kuhnel Pub.Media24First issue1982; 41 years ago (1982)Final issue17 March 2010 (2010-03-17)CompanyMedia24CountrySouth AfricaBased inCape TownLanguageEnglishISSN0256-0313OCLC610994080 Femina was a women's magazine that w...

 

Private school in the Philippines This article relies largely or entirely on a single source. Relevant discussion may be found on the talk page. Please help improve this article by introducing citations to additional sources.Find sources: Colegio de Santo Tomas – Recoletos – news · newspapers · books · scholar · JSTOR (January 2020) Colegio de Sto. Tomas – RecoletosUnity in diversityFormer namesSto. Tomas de Villanueva Institute (1941-1953)MottoCar...

Artikel ini tidak memiliki referensi atau sumber tepercaya sehingga isinya tidak bisa dipastikan. Tolong bantu perbaiki artikel ini dengan menambahkan referensi yang layak. Tulisan tanpa sumber dapat dipertanyakan dan dihapus sewaktu-waktu.Cari sumber: Periskop – berita · surat kabar · buku · cendekiawan · JSTOR Desain optik periskop genggam militer. 1 - Lensa mata 2 - Prisma diagonal 3 - Gagang 4 - 6 - Lensa pembalik 5 - Tabung periskop 7 - Lensa lapa...

 

A geologic formation in New Mexico For other uses, see San José Formation. San Jose FormationStratigraphic range: Wasatchian~55.8–50 Ma PreꞒ Ꞓ O S D C P T J K Pg N San Jose Formation capping Mesa de Cuba, northern New MexicoTypeFormationSub-unitsCuba Mesa, Ditch Canyon, Llaves, Regina & Tapicitos MembersOverliesNacimiento FormationThickness430 m (1,410 ft)LithologyPrimarySandstoneOtherShaleLocationCoordinates36°17′N 107°04′W / 36.29°N 107.06°W...

 

SabuhurDesaPeta lokasi Desa SabuhurNegara IndonesiaProvinsiKalimantan SelatanKabupatenTanah LautKecamatanJorongKode pos70881Kode Kemendagri63.01.02.2001 Luas... km²Jumlah penduduk... jiwaKepadatan... jiwa/km² Sabuhur adalah salah satu desa di Kecamatan Jorong, Tanah Laut, Kalimantan Selatan, Indonesia. Pranala luar (Indonesia) Keputusan Menteri Dalam Negeri Nomor 050-145 Tahun 2022 tentang Pemberian dan Pemutakhiran Kode, Data Wilayah Administrasi Pemerintahan, dan Pulau tahun 2021 (In...

此條目没有列出任何参考或来源。 (2015年9月15日)維基百科所有的內容都應該可供查證。请协助補充可靠来源以改善这篇条目。无法查证的內容可能會因為異議提出而被移除。 國立玉里高級中學國立玉里高級中學地址981 花蓮縣玉里鎮中華路424號经纬度23°20′44″N 121°19′06″E / 23.345486°N 121.318262°E / 23.345486; 121.318262坐标:23°20′44″N 121°19′06″E / ࿯...

 

أستراليا المفتوحة 2005 رقم الفعالية 93  البلد أستراليا  التاريخ 2005  الرياضة كرة المضرب  الفعاليات أستراليا المفتوحة 2005 - فردي السيدات،  وبطولة أستراليا المفتوحة 2005 - زوجي السيدات،  وأستراليا المفتوحة 2005 - فردي الرجال،  وأستراليا المفتوحة 2005 - زوجي الرجال،  ...

 

Santram VarmaSantram Varma, Second Day at the Shoot of Jodha AkbarBorn1970Occupation(s)directorproducerscreenwriterNotable workKrishna Cottage (2004)Virrudh (2007)Jodha Akbar (2013)Naagin (2015 TV series) Santram Varma (Born In 1970) is an Indian film and Television director, producer and screenwriter, known for his works predominantly in Hindi Television and Cinema. His most notable works include Krishna Cottage (2004), Virrudh (2007), Jodha Akbar (2013), Naagin (2015 TV series) for Colors.&...

29th Johnson solid; 2 square cupolae joined base-to-base Square gyrobicupolaTypeBicupola,JohnsonJ28 – J29 – J30Faces8 triangles2+8 squaresEdges32Vertices16Vertex configuration8(3.4.3.4)8(3.43)Symmetry groupD4dDual polyhedronElongated square trapezohedronPropertiesconvexNet In geometry, the square gyrobicupola is one of the Johnson solids (J29). Like the square orthobicupola (J28), it can be obtained by joining two square cupolae (J4) along their bases. The difference is that in this solid...

 

Church in GermanySt. Peter und AlexanderKollegiatsstift St. Peter und AlexanderStiftskirche AschaffenburgView of the church from StiftsplatzSt. Peter und AlexanderShow map of BavariaSt. Peter und AlexanderShow map of Germany49°58′25″N 9°8′47″E / 49.97361°N 9.14639°E / 49.97361; 9.14639CountryGermanyDenominationRoman CatholicHistoryDedicationPeter and AlexanderArchitectureArchitectural typeRomanesque basilicaAdministrationParishPfarreiengemeinschaft St. Mart...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Ministry discography – news · newspapers · books · scholar · JSTOR (June 2008) (Learn how and when to remove this template message) Ministry discographyMinistry performing at the 2017 HellfestStudio albums15Live albums8Compilation albums14Video albums5Music vid...

British Motorsport racing team Greaves MotorsportFounded2006Team principal(s)Jacob GreavesCurrent seriesEuropean Le Mans Series 24 Hours of Le MansFormer seriesFIA World Endurance Championship 2012-2013Noted driversMemo RojasKuba GiermaziakJulien CanalGary HirschJon LancasterBjorn WirdheimTom Kimber-SmithMatt McMurryChris DysonJann MardenboroughMichael KrummLucas OrdóñezAlexander RossiAlex BrundleMartin BrundleKarim OjjehOlivier LombardRobin LiddellGunnar JeannetteBen DevlinMichael VergersS...

 

Mumbai Suburban Railway Station This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Borivali railway station – news · newspapers · books · scholar · JSTOR (August 2013) (Learn how and when to remove this template message) BorivaliMumbai Suburban Railway stationGeneral informationLocationBorivaliCoordinates19°13...

 

Provincial public university in Harbin, Heilongjiang, China Not to be confused with Harbin Institute of Technology or Harbin Engineering University.Harbin University of Science and Technology哈尔滨理工大学 (Chinese)Motto知行统一,博厚悠远Motto in EnglishUnity of knowledge Hiroatsu distantTypePublic CoeducationalEstablished1950PresidentZhou Hongli (周宏力)Academic staff2705Students33496LocationHarbin, Heilongjiang, ChinaCampusUrbanWebsitewww.hrbust.edu.cnChinese na...

1980 American television miniseries ShōgunTitle cardGenreHistorical dramaBased onShōgunby James ClavellWritten byEric BercoviciDirected byJerry LondonStarring Richard Chamberlain Toshiro Mifune Yoko Shimada Damien Thomas John Rhys-Davies Frankie Sakai Alan Badel Michael Hordern Music byMaurice JarreCountry of originUnited StatesOriginal languagesEnglishJapaneseNo. of episodes5 (list of episodes)ProductionExecutive producerJames ClavellProducerEric BercoviciCinematographyAndrew LaszloCamera ...

 

Esta página cita fontes, mas que não cobrem todo o conteúdo. Ajude a inserir referências. Conteúdo não verificável pode ser removido.—Encontre fontes: ABW  • CAPES  • Google (N • L • A) (Setembro de 2019) Do canto superior esquerdo, no sentido horário: O Telescópio Espacial Hubble orbita a Terra depois de ter sido lançado em 1990; Os F-16s e F-15s americanos sobrevoam campos de petróleo em chamas na Operação Tempesta...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!