Ana Vətən Partiyası və ya qısaca AVP — Azərbaycanda Fəzail Ağamalı tərəfindən 24 noyabr 1990-cı ildə qurulan və 1992-ci il avqustun 11-də dövlət qeydiyyatına alınan siyasi partiya. Ana Vətən Partiyası 1996-cı ildən Milli Məclisdə təmsil olunur. Ana Vətən Partiyasına 1990-cı ildən Fəzail Ağamalı rəhbərlik edir.
23 dekabr 2023-cü ildə Ana Vətən Partiyasının VIII Qurultayı keçirilmiş və Qurultayda prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevi dəstəkləmək qərarı alınmışdır. Həmçinin Qurultayda "Siyasi partiyalar haqqında" yeni Qanuna əsasən yenilənmiş Nizamnamə qəbul olunmuşdur.[8]
Rəhbərlik
Ana Vətən Partiyasının (AVP) 6 nəfərdən ibarət olan Siyasi Şurası, 14 nəfərdən ibarət olan isə Ali Məclisi mövcuddur. Ana Vətən Partiyasının həmçinin Gənclər Komitəsi və Qadınlar Şurası, habelə 55 rayonda və 4 şəhərdə Rayon Şöbələri mövcuddur.
Siyasi Şura üzvü — Ana Vətən Partiyasının sədrinin təşkilati işlər üzrə müavini
Elçin Ağamalı
3.
Siyasi Şura üzvü — Ana Vətən Partiyasının Ali Məclisinin sədri
Rəşadət Yaqublu
4.
Siyasi Şura üzvü — Ana Vətən Partiyasının Sumqayıt Şəhər Təşkilatının sədri
Şahbəndər İsmayılov
5.
Siyasi Şura üzvü
Vüsalə Məmmədova
Qadınlar Şurası
Ana Vətən Partiyasının Qadınlar Şurası 1997-ci ildə yaradılmışdır. Ana Vətən Partiyasının 21 noyabr 2020-ci ildə keçirilən VII Qurultayında partiya sədri Fəzail Ağamalının qızı Günay Ağamalı Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri seçilmişdir.
Gənclər Təşkilatı
Ana Vətən Partiyasının Gənclər Təşkilatı 2009-cu ildə yaradılmışdır. Gənclər Təşkilatı Gənc Ana Vətənçilər Assambleyası (GAVA) bazasında yaradılmışdır. GAVA isə 1991-ci ildə yaradılan Boz Qurd Gənclər Təşkilatının bazasında yaradılmışdır.
Rəsmi nəticələrə əsasən Ana Vətən Partiyası 140 821 (4%) səs toplamasına baxmayaraq Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. 1996-cı il fevralın 4-də isə 15 yer üçün əlavə seçkilər baş tutdu və rəsmi nəticələrə əsasən 39 saylı Sumqayıt II dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və Milli Məclisin deputatı oldu.
Daha sonra Ana Vətən Partiyası 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 30 saylı Yevlax dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və növbəti dəfə Milli Məclisin deputatı oldu. 2001-ci il yanvarın 7-də baş tutan 11 yer üçün təkrar seçkilərdə isə 56 saylı Bərdə dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Oruc qalib gəldi və Milli Məclisin deputatı oldu. Bununla da Ana Vətən Partiyası II çağırış Milli Məclisdə 2 nəfərdə təmsil olunurdu.[10]
Ana Vətən Partiyası 2010-cu il noyabrın 7-də baş tutan parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı və 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Oruc qalib gəldilər və Milli Məclisin deputatı oldular. Ümumi olaraq Ana Vətən Partiyası 33 275 səslə dördüncü pillədə qərarlaşdı.[14]
↑Vətən Ocağı Partiyası üzvləri prezident seçkilərində Heydər Əliyevi dəstəkləməmək qərarı almış və yeni partiya yaratmışdır. Bu partiya da dövlət qeydiyyatına alınmamışdır.