Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir.
1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir.
22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir.[1]
Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il)[1]
Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.[1]
Bu birləşməyə baxmayaraq partiyada Fuad Əliyevin əleyhdarları Valeh İbadovun rəhbərliyində Azərbaycan Liberal Demokrat Partiyası adına iddalar səsləndirmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2004-cü ildə Fuad Əliyevin rəhbərlik etdiyi partiyanı Azərbaycan Liberal Demokrat Partiyası olaraq qeydə almışdır.[2] Bir müddət sonra isə Valeh İbadov partiyasının adını Millətçi (Milliyətçi) Hərəkat Partiyası olaraq dəyişdirmişdir.
"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 1 aprel 2023-cü ildə partiya fəaliyyətini dayandırdı.[3]
İdeologiyası
Azərbaycan Liberal Demokrat Partiyasının ideologiyasının əsasında liberal demokratik dəyərlər dururdu. ALDP proqramının əsas hədəfi liberal demokratik cəmiyyətin qurulmasıdır. Siyasi sistemdə mərkəzçi mövqe tuturdu.
Partiya 56 regional təşkilat vasitəsilə siyasi sistemdə təmsil olunurdu. Partiyada seçkili orqanlar Rəyasət Heyəti, sədr, şəhər və rayon təşkilatlarının sədrləri idi.
Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 122–123.