Georgi Çiçerin

Georgi Çiçerin
rus. Гео́ргий Чиче́рин
Georgi Çiçerin SSRİ Xarici İşlər Xalq Komissarı olduğu dövrdə.
Georgi Çiçerin SSRİ Xarici İşlər Xalq Komissarı olduğu dövrdə.
10 yanvar 1918 – 21 may 1918
Əvvəlkivəzifə təsis edilib
SonrakıMaksim Litvinov
30 may 1918 – 6 iyul 1923
Əvvəlkivəzifə təsis edilib
SonrakıAnatoli Lavrentiyev[a]
6 iyul 1923 – 30 iyul 1930
Əvvəlkivəzifə təsis edilib
SonrakıMaksim Litvinov
Şəxsi məlumatlar
Doğum tarixi 24 noyabr 1872(1872-11-24)[1][2][…]
Vəfat tarixi 7 iyul 1936(1936-07-07)[3][1][…] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi hemorragik insult
Dəfn yeri
Milliyyəti rus, sovet
Vətəndaşlığı  Rusiya İmperiyası
 SSRİ
Partiya Rusiya Sosial Demokrat İşçi Partiyası (Menşeviklər) (1905–1912)
Sovet İttifaqı Kommunist Partiyası (1912–1936)
Təhsili Sankt-Peterburq Dövlət Universiteti
İxtisası siyasətçi, diplomat, tarixçi, musiqişünas
Fəaliyyəti siyasətçi, diplomat, musiqişünas, inqilabçı
Atası Vasili
Dini Yoxdur; ateizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[5], diplomatiya[5], musiqi[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi (Yuri) Vasilyeviç Çiçerin (rus. Гео́ргий (Ю́рий) Васи́льевич Чиче́рин; psevdonimləri: Ornatski, Batalin, Mixail Şaronov, Osvedomlennıy; 24 noyabr 1872[1][2][…]7 iyul 1936[3][1][…], Moskva[3]) — Rusiya marksist inqilabçısı, sovet diplomatı, musiqişünası, RSFSRSSRİ Xarici İşlər Xalq Komissarı (1918–1930), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin I, II, III IV və V çağırış deputatı, Sov.İKP MK deputatı (1925–1930).

Çiçerinlər nəslinə bağlı bir ailədə anadan olan Çiçerin Sankt-Peterburq Dövlət Universitetinin Dil və Tarix fakültəsindən məzun olmuş və Rusiya imperiyası Xarici İşlər Nazirliyində işləmişdir. Bu dövrdə marksizmlə tanış olan Çiçerin sosialist qruplarla əlaqə quraraq Almaniya və Rusiyada siyasi fəaliyyət göstərmişdir. O, 1905-ci ildə Rusiya Sosial Demokrat İşçi Partiyasının menşeviklər fraksiyasına qoşulmuşdur.

Çiçerin Birinci Dünya müharibəsi illərində bolşeviklərin müharibə əleyhdarı görüşlərini mənimsədiyi üçün siyasi təzyiqə məruz qalmışdır. O, müharibə əleyhinə təbliğat etdiyinə görə İngiltərədə həbs edilmişdir. Çiçerin 1917-ci ildə Rusiyada gerçəkləşən Böyük Oktyabr Sosialist inqilabından sonra ardından Xarici İşlər Komisarı Lev Trotskinin səyi nəticəsində sərbəst buraxılmış və Rusiyaya qayıtmışdır. O, SSRİ rəhbərləri – Vladimir Lenin və Lev Trotskinin qərarı ilə Xarici İşlər Komissarlığında işləməyə başlamışdır. Çiçerin Trotskinin vəzifəsindən istefa verməsindən sonra 1918-ci ilin mart ayında Xarici İşlər Xalq Komissarı olmuşdur. Georgi Çiçerin vəzifəsi dövründə xarici siyasətdə aldığı qərarlarla önəmli bir şəxs olaraq tanınmışdır. Kominternin birinci qurultayında idarəçi seçilmişdir.

Çiçerin Rusiyada vətəndaş müharibəsi zamanı xarici qüvvələrin müdaxiləsindən sonra sovet iqtidarını möhkəmləndirmək üçün "kapitalist dövlətləri bölmək" məqsədi ilə müxtəlif diplomatik vəzifəni öz boynuna almışdır. O, atəşkəs müqavilələrinin imzalanması və SSRİ hökumətinin bir çox ölkə tərəfindən rəsmi olaraq tanınmasına səbəb olan görüşlər keçirmişdir.

Çiçerin ümumiyyətcə Almaniya tərəfdarı və Böyük Britaniya imperializminin əleyhdarı bir xarici siyasət yürütmüşdür. O, Böyük Britaniya müstəmləkəçiliyinə qarşı bir çox ölkə ilə müqavilələr imzalamışdır. Çiçerin xarici siyasətdə Rusiyanın tarixi mənfəətlərini yeni sovet sistemi ilə birləşdirərək sosializmin dünya səviyəsində genişləməsinə və digər ölkələrdə təbəqələr arası mübarizəyə dəstək vermək hədəfini tərk etmədən qərbin kapitalist gücləri ilə sülhsevər bir münasibəti qoruyub-saxlaya bilmişdir.

Çiçerin getdikcə ağırlaşan xəstəliyinə görə 1930-cu ildə siyasətdən tamamilə çəkilmiş, vəzifəsini isə Maksim Litvinova buraxmışdır. O, 7 iyul 1936-cı ildə Moskva şəhərində hemorragik insult nəticəsində vəfat etmişdir. Çiçerinin meyiti Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.

Həyatı

Ailə tarixi və ilk illəri

Georgi Çiçerinin əmisi Boris Çiçerin. Çiçerin, əmisindən qalan mirası siyasi fəaliyyətlər və Rusiya Sosial-Demokrat İşçi Partiyasının maliyyə ehtiyacları üçün istifadə etmişdir.

Aleksandr Puşkinin uzaq qohumu olan Çiçerin, "Çiçerin nəsli"nin bir nümayəndəsi olaraq dünyaya gəlmişdir.[6] Nəsil şəcərəsi III İvanın həyat yoldaşı, Bizans kraçilası Sofiya Paleoloqa qədər uzanmaqdadır.[7] Ailə tarixindəki şəxslər Böyük Moskva knyazlığında müxtəlif vəzifələrdə çalışmışlar.[7][8] Rusiya generalı Vasili Çiçerin də eyni ailəyə mənsubdur.[9] Sibir qubernatoru Denis Çiçerin də eyni nəslin nümayəndəsidir.[10] Atası Vasili N. Çiçerin Rusiya İmperiyasında yaşamış diplomat idi. Əmisi bələdiyyə sədri və M.V.Lomonosov adına Moskva Dövlət Universitetində hüquq professoru olmuş Boris Çiçerindir.[7][11][12]

Dindar xristian ailəsində anadan olan Çiçerin, uşaqlığında hədislər dinləyir, dualar və müqəddəs İncili oxuyurdu.[13][14] Gəncliyində klassik musiqi pərəstişkarı idi. Bethoven, MotsartVaqnerin musiqilərini dinləyir,[15][16] piano çalırdı.[17] Motstardan bəhs edən bir kitab yazmışdır. Rusiya şairi və bəstəkarı Mixail Kuzminin yaxın dostu idi. 1884-cü ildə ailəsi onu Tambovda yerləşən gimnaziyaya yazdırdı.[18] 1886-cı ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa köçdü.[17] Tələbəlik illərində müxtəlif mövzuları öyrənməyə maraq göstərirdi.[19] Fridrix Nitsşenin əsərlərini oxumaqdan zövq alırdı. Çoxlu sayda dil təlimləri aldı. Bu onun zadəgan bir nəsildən gəlməsindən ilhamlanırdı. İngilis, fransız, italyan, polyak, serbrus dillərində sərbəst bir şəkildə danışa bilirdi.[12][20][21] Həmçinin tarixə də maraq göstərirdi.[15][22] 1895-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin dil və tarix fakültəsindən yüksək dərəcə ilə məzun olmuşdur.[23] 1898-ci ildən 1903-cü ilə qədər Rusiya İmperiyası Xarici İşlər Nazirliyinin arxiv şöbəsində işlədi.[12][24] Çiçerin bu dövrdə həyatın mənasına aid fəlsəfi rəylərə diqqət çəkici ölçüdə maraq göstərdi və fəlsəfə ilə sıx şəkildə maraqlandı.[25][26][27] Bu məqsədlə fəlsəfə və siyasətlə bağlı təhsil almaq üçün 1895-ci ilin payızında Qərbi Avropaya getməyi qərarlaşdırdı, lakin 1897-ci ildə anasının ölüm xəbərini eşidib Rusiyaya geri qayıtdı.[28][29] Bu dövrdə zadəganların məskunlaşma yeri olaraq bilinən Çarski Seloda yaşamağa başladı.[30] Ərazidə yer alan Sosialist İnqilabçılar Partiyasının mənsubları ilə əlaqələr yaratdı və sosialist fikirlərlə tanış oldu.[12] Burada vaxtının böyük bir hissəsini, əsas Karl MarksFridrix Engelsin əsərlərinin olduğu çoxlu sayda inqilabçı kitablar oxuyaraq və bu əsərlərin üzərində çalışaraq keçirdi.[30] Sahib olduğu imtiyazlı ictimai mövqeyi ilə, "sosial ədalətsizliklər" mövzusu üzrə təhsil aldı və bu problemlərə istiqamətli olaraq Marksizm fəlsəfəsindəki "proletar inqilab" tezisini dəstəklədi.[31]

Sürgün illəri

Çiçerinin 1900-cü ilə aid portreti

Çiçerin, çar polisinin inqilabçılarla danışıqlarını və işlərini kəşf edəcəyi şübhəsi ilə 1904-cü ilin yazında işlədiyi nazirlikdən ayrılmaq tələbi etdi və Qərbi Avropaya geri dönməyə qərar verdi.[30][32] Daha sonra "Rusiyada müalicə edilməyən ruhi və fiziki pozğunluqları müalicə etdirmək" fikri ilə rəsmi olaraq Almaniyaya getdi.[12][33] Əmisi oğlu, Çiçerinin homoseksual hərəkətlərini aradan qaldırmaq üçün Almaniyada tibbi müalicə gördüyünü iddia etmişdir.[11]

Bonn Universitetində təhsilini başa vurdu və 1905-ci ildə Berlində yaşamağa başladı. Həmin il Rusiya Siyasi-Demokrat İşçi Partiyasının (RSDP) menşeviklər fraksiyasına qatıldı. 1905-ci ildə Rusiyada inqilabın baş verməsi ilə inqilabı dəstəkləmək üçün Rusiyaya qanunsuz yollarla daxil olmaq istədi, lakin səhiyyə problemləri ilə bağlı gedə bilmədi və Alman sosialist gənclik təşkilatları ilə birlik olaraq Almaniyada yaşamağa başladı.[34] Almaniya Sosial Demokrat Partiyası və RSDP-nın dəstəklədiyi, Almaniyada Rus Universitet tələbələrini maddi dəstəkləyən bir sosialist dərnəyin katibi olaraq işlədi.[34][35] Bu dərnəyin Rusiyada o dövr ortaya çıxan inqilabçı fəaliyyətlərə görə gəncləri dəstək üçün Rusiyaya göndərdiyi iddiaları var idi.[36] Əmisi Boris Çiçerinin 1904-cü ildə vəfatından sonra onun mirasını RSDP-nın maliyyə ehtiyaclarını ödəmək üçün istifadə etdi. Rusiya Sosial Demokrat İşçi Partiyasının beşinci qurultayının ümumi maliyyə xərclərinin yarısından çoxunu Çiçerin ödədi.[34]

Çiçerin "Oxranka"dan gizlənmək və yanıltmaq üçün bir çox fərqli adla siyasi fəaliyyətini davam etdirdi.[34] Rusiya Sosial Demokrat İşçi Partiyasının dördüncü qurultayında ortaya çıxan fikir ayrılıqları nəticəsində fərqli qruplar arasındakı birliyi təmin etmək və Rusiyadakı fəaliyyətləri təşkil etmək üzrə 1907-ci ilin yanvarında yaradılan "Xarici Mərkəz Təşkilatı"nın (ZTsB) rəhbərliyində vəzifələndirildi. Beşinci qurultayda nümayəndə olmamasına baxmayaraq qurultayın təşkil olunmasında əsaslı rol oynadı.[37][38] 1907–1908-ci illər arasında Lenin rəhbərliyindəki bolşeviklər ilə fikir ayrılıqları oldu və Menşeviklərlə yaxınlaşdı. Bolşeviklərin bankpoçt oğurluqları edərək RSDİP-nın maliyyə ehtiyaclarını qarşılamaları taktikalarını rədd etdi.[39][40] Oğurluq və cinayət fəaliyyətlərinin beşinci qurultayda açıqca qadağan olunmasına baxmayaraq 1907-ci ildə Tiflisdə baş tutan bank soyğunu RSDP daxilində bolşeviklərə qarşı qəzəbə səbəb oldu. Bu qarətə qərar verənlər arasında illər sonra Çiçerinin Xarici İşlər Nazirliyində vəzifəsində köməkçisi olacaq Maksim Litvinov da var idi.[41] Hadisədən sonra bir çox partiya mənsubunun həbs olunmasına və çoxlu miqdarda pulun ələ keçirilməsinə baxmayaraq oğurlanan pulların seriya nömrəsinin polislər tərəfindən bilinməsi səbəbilə istifadə edilə bilməməsi, bolşeviklərə qarşı olan qəzəbi və əleyhdarlığı daha da artırdı.[42][b]

Siyasi təzyiqlər və polis nəzarətini önləmək üçün 1908-ci ildə Parisdə yaşamağa başladı.[16] Menşeviklərə yaxın olan "Qolos Sosial-Demokrat" qəzetinin nəşriyyat heyətində vəzifələndirildi.[44] Parisə gəlməzdən əvvəl Prussiya polisi tərəfindən Saksoniyadanİsveçrədən deportasiya edildi.[45][46] Parisdə ZTsB-nın və Qərbi Avropadakı "Rus Marksist tələbə dərnəyləri"nin katibliyini və maliyyə məsuliyyətlisi vəzifələrini davam etdirdi.[47] Bu dövrdə RSDİP mərkəz təşkilatı ilə ZTsB arasındaki uzlaşdırma səyləri müvəffəqiyyətsiz oldu.[48]

Çiçerin, 1910–1912-ci illər arasında təsviyyəçiliyi rədd etməsinə və bəzi mövzularda eyni fikirdə olmasına baxmayaraq bolşeviklərlə bir çox mübahisələr yaşadı.[49] Bu illərdə o dövrün qarşıda gələn Menşevik rəhbərlərindən olan Yuli Martov ilə yaxın işlər davam etdirdi.[50]

Birinci Dünya Müharibəsi dövrü və bolşeviklərlə yaxınlaşması

Qans Balusşekin 1915-ci ildə çəkdiyi "Yox oluş" adlı Birinci Dünya Müharibəsindən bəhs edən əsəri. Çiçerin, döyüş başladığında qısa müddətlik sosial vətənpərlik əhatəsində "vətən müdafiəsinin edilməsi"ni müdafiə etsə də müharibənin dağıdıcılığı qarşısında qısa müddətdə bu fikirlərindən üz dönərdi və antimilitar fikirlərinə sahib oldu. Savaş ərzində sıx şəkildə antimilitar kampaniyalar təşkil etdi və bu vəziyyət onu bolşeviklərlə yaxınlaşdırdı.

1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda Paris şəhərində idi. Müharibə Çiçerinin fikirlərinin dəyişməsində böyük rol oynadı.[51][52] Müharibənin başladığı dövrdə Georgi Plexanovun sosial vətənpərvərlik fikirlərinə yaxın düşüncələrə sahib idi.[53] "Feodal və mürtəce olmasına baxmayaraq Almaniyanın savaşa girməsini və vətənini müdafiə etməsini" Çar Rusiyası ilə ittifaq halında olan Fransa və Böyük Britaniya imprealizminə görə üstün sayırdı.[54] 1915-ci ildə isə müharibə haqqındakı öz fikirlərini dəyişdi, bolşeviklərin antimilitarizm fikirlərini mənimsədi və "yalnız sosializm qələbəsi müharibəyə son qoya bilər" fikrini qəbul etdi.[55][54][53] Lilə gedərək yerli sosialist gənclik təşkilatları ilə birlikdə müharibəyə qarşı təbliğat aparsa da, istədiyi nəticələr baş tutmadı və Lil yaxınlığındakı Brüssel şəhərinə getdi.[51] Almaniya İmperatorluq Ordusunun irəliləməsi səbəbi ilə burada uzun müddət qala bilmədi və London şəhərinə üz tutdu.[51][56]

Londonda olduğu müddətdə rus immiqrantlara və ingilis sosialistlərinə Böyük Britaniyanın müharibə planlarını bildirərək müharibəyə qarşı sıx bir kampaniya irəli sürdü.[57] Müharibə müddətində ölkədəki rusların sürgün edilməsini və ya deportasiya edilməsini sığınacaq hüququnün ciddi bir pozuntusu olaraq bildirdi və bu vəziyyətə qınayan məqalələr nəşr etdirdi.[58] Böyük Britaniyada məcburi əsgərə alınma səylərini əksinə çevirmə cəhdlərinin həyata keçirilməsi üçün çalışdı.[59][60][61] Bu müddətdə diqqətləri öz üzərinə çəkdi, antimilitar fəaliyyətləri səbəbi ilə Böyük Britaniya hakimiyyəti və müttəfiqi Çar Rusiyasının təzyiqlərinə məruz qaldı. 1915-ci ilin dekabrında qısa müddətlik həbs edildi.[62][63]

Böyük Britaniya Silahlı Qüvvələri daxilində hərbə getməyi rədd edən rusların sürgün və ya deportasiya edilməsini nəzərdə tutan Çar Rusiyası ilə Böyük Britaniya arasındaki müqavilə Fevral inqilabı ilə birlikdə təxirə salındı.[58][62][64] İnqilab ilə birlikdə monarxiyanın sona çatması, şərtləri tamamilə dəyişdirdi və sürgün edilən ruslar Rusiyaya qayıdış tələbi etməyə başladılar. Bu müddəti asanlaşdırmaq üçün bir təşkilat yaradıldı və Çiçerin bu təşkilatın katibi seçildi.[65][66] Təşkilatda gələcəkdə Sovet Xarici İşlər Xalq Komissarlığında birlikdə işləyəcəyi Maksim Litvinovİvan Mayski də mövcud idi.[65] Təşkilat sürgünlərin və xüsusilə də müharibəyə müxalif şəxslərin Rusiyaya geri qayıtmasını təşkil etməyə işləyərkən bir tərəfdən də Avropanın digər ölkələrindən gələn tələblərdə məşğul oldu və davamlı olaraq antimilitar fikirləri yaymağa çalışdı.[67][68][69] Bu dövrdə Çiçerinin, dünya müharibəsinə yalnız internasionalizmin və ölkələrdəki inqilabi axının mane ola biləcəyinə inancı tam idi.[70]

Böyük Britaniya hakimiyyəti Çiçerinin Rusiyaya qayıtması mövzusunda xəbərdarlıqlar etdi, ancaq Çiçerin bu xəbərdarlıqlara məhəl qoymayıb antimilitar təbliğatlarına davam etdi.[71][72] Bundan sonra 1917-ci ildə həbs edildi və Brikston həbsxanasında bir neçə ay həbsdə qaldı.[51] Çiçerin həbsdə olarkən Rusiyada 1917-ci il Oktyabr inqilabı reallaşdı və bolşeviklər iqtidara gəldi.[12] Keçmiş Xarici İşlər Nazirliyinin yerini tutmuş Xarici İşlər Xalq Komissarlığının ilk naziri Trotski, Çiçerinin və digər internasionalistlərin azad edilməsini və Rusiyaya etibarlı bir şəkildə göndərilməsini tələb etdi.[73][74][75] Böyük Britaniya hakimiyyətinin bu tələbi rədd etməsindən dərhal sonra Trotski 3 dekabr 1917-ci il tarixində Böyük Britaniyanın Rusiya səfiri Corc Bukenenin həbs edilməsi qərarını verdi.[25][76] Böyük Britaniya rəhbərliyi diplomatını qorumaq üçün geriyə çəkildi və Bukenen ilə dəyişmə qarşılığında məhbus antimilitar internasionalistlərin Rusiyaya göndəriləcəyini bildirdi.[77][74] Çiçerin 1918-ci ilin yanvarında AberdinBerger üzərindən Skandinaviyaya üz tutdu.[12][74] Yanvarın 19-u Moskvaya gəldi və daha sonra yanvarın 23-ü baş tutan Rusiya Sovet Federativ Sosialist Respublikasının rəhbərlik təşkilatı Bütün Rusiya Sovetləri Qurultayının üçüncü qurultayında qəhrəman olaraq qarşılandı.[74][78] Qısa müddət sonra Bolşevik Partiyasına qatıldı.[12][79][80]

Sovet hakimiyyətindəki illəri

Xarici İşlər Xalq Komissarlığı və bolşevik rəhbərləri ilə münasibətlər

Xalq Komissarları Şurasının sədri Vladimir Lenin ve Xarici İşlər Xalq Komissarı Trotski tərəfindən Çiçerinin Xarici İşlər Komissarlığında işləməsi qərarı onun Rusiyaya gəlməsindən əvvəl alınmışdı.[25][81] Yaxşı təhsil alması, çoxlu sayda dili bilməsi və Avropada sürgündə olarkən əldə etdiyi təcrübələrə görə Xarici İşlər Xalq Komissarı müavini təyin edildi.[12][15][25] İttifaq dövlətləri ilə imzalanan Brest-Litovsk sülh müqaviləsi zamanı Trotskinin müavini idi.[81][82] 1918-ci ilin fevral ayının axırlarında müqavilə şərtləri barədə ağır siyasi müzakirələr aparıldı və 8 martda Trotski vəzifəsindən istefa verdi.[83] Çiçerin Xarici İşlər Xalq Komissarlığının başçılığını öz öhdəsinə götürdü və daha sonra 30 mayda rəsmi olaraq Xarici İşlər Xalq Komissarı təyin edildi.[81][84]

1920-ci ildə Çiçerin

Bu dövrdə bir çox sovet məmuru menşevik keçmişinə görə Çiçerinin bolşeviklərə olan sədaqətinə şübhə ilə yanaşdı, ancaq Lenin internasionalizmə bağlılığına görə onun partiyaya girişini məmnuniyyətlə qarşıladı.[85] Xarici İşlər Xalq Komissarlığı dövründə diplomatik vəzifələrini müvəffəqiyyətlə yerinə yetirərək özünü isbat etdi,[85] çünki SSRİ-nin xarici siyasəti ümumi olaraq Leninin rəhbərliyindəki Sov.İKP MKSov.İKP MK Siyasi Bürosu tərəfindən idarə edilirdi.[85] Çiçerin bu idarəetmə orqanlarının bir üzvü deyildi, ancaq Lenin ilə olan şəxsi münasibəti xarici siyasətləri müəyyənləşdirməkdə onun da önəmli bir rola sahib olmasına imkan yaratdı.[86][87] Sov.İKP MK-nə 1925-ci ildə keçirilən XIV Sov.İKP(b) qurultayı zamanı qoşuldu və bu qurultayda ölkənin xarici siyasəti və beynəlxalq vəziyyətindən bəhs edən bir raport təqdim etdi.[88] 1927-ci ildə keçirilən XV Sov.İKP(b) qurultayındə də SSRİ diplomatiyasının inkişaf etməsində göstərdiyi səylərə görə təriflənmişdir.[86] Bu dövrdə özünü sosializmə həsr etməsilə və sovet sisteminin inşası mövzusundakı səylərinə görə bolşeviklərin heyrətini əldə etmişdir.[86] Leninin xəstəliyi və ölümü dövründə sovet rəhbərləri arasında meydana gələn münaqişələrdə bitərəf qalan Çiçerin xarici siyasətdə aldığı qərarlarla əhəmiyyətli bir şəxsə çevrilmişdi.[86]

Xarici İşlər Xalq Komissarlığınıb bu dövrdəki ən əhəmiyyətli vəzifəsi Avropada inqilab mövzusuna əsaslanan siyasi fəaliyyətləri idi.[12][15] Sovet hakimiyyətinin təsis edildiyi ilk illərdə Avropa ölkələrində baş verən yönetiminin oluştuğu ilk yıllarda Avrupa ülkelerindeki 1917–1923-cü illər inqilabları dövründə bütün sovet vəzifəlilərində proletar inqilab intizarı yaratdı.[15] Bu səbəbə görə diplomatiya yerinə daha çox inqilabçı propaqanda və bu məqsədlə fərqli-fərqli rəsmi orqanların yaradılmasına daha böyük əhəmiyyət verildi.[89] İzvestiyaPravda kimi rəsmi mətbuat orqanları ümumi olaraq xarici siyasət haqqında məqalələr nəşr edirdi.[89] İnqilabdan əvvəl Rusiya çarına bağlı keçmiş xarici işlər nazirliyinin işçilərindən çoxu bolşeviklərlə işləmək təklifini qəbul etmədikləri üçün Çiçerin kimi təcrübəli və təşkilati mütəxəssislərə ehtiyac var idi.[25][90]

Rəhbərlik xüsusiyyətləri və səhiyyə vəziyyəti

Çiçerin SSRİ Xarici İşlər Xalq Komissarı vəzifəsinin ilk illərində.

Dövrün Avropa diplomatiyasında, münasibətlərində və danışıqlarında nəzakətlilik, ədəblilik, xoşrəftarlıq, lütfkarlıq və şirindillik önəmli idi. Lenin bu xüsusiyyətlərə malik olduğunu düşündüyü Çiçerini Avropa dövlətləri və Avropadakı sosialist qruplarla münasibətlərindən məsul tutdu.[91] Nəzakətli və başqalarını düşünən halı sovet vəzifəliləri tərəfindən xoş qarşılanırdı və bu xüsusiyyətlərinə görə fəhlələrin hörmətini qazanmışdı.[92] Əcnəbi həmkarları onun bilgisini tərifləyən çıxışlar edirdilər. Diplomatik sənədlərdə istifadə etdiyi dil və yazı üslubu Avropa tarixi haqqında geniş bilgiyə malik olduğunu göstərirdi.[93]

Olduqca ağır bir iş rejiminə malik idi.[12][13] Sürgünsəki illərindən qalma bir alışqanlıqla gecələri işləyər və yuxudan günortadan sonra oyanardı.[94][91] Şəfəq vaxtında yığıncaqlar keçirməsi və ya bu saatlarda iş yoldaşlarından məsləhət alması tez-tez reallaşan bir hadisə idi.[12][95] Bu ağır iş rejimi adətən yuxusuzluq problemlərinə səbəb olurdu.[12][95] Gündə iyirmi saat işləməsi və sadəcə dörd saa yatması nadir bir hadisə deyildi.[96] Özünü demək olar ki, tamamilə işinə həsr etmişdi. Demək olar ki, musiqişünaslıq və hobbilərindən başqa özəl bir həyata malik deyildi.[97] Ofisdəki iş masası daimi olaraq kağızlarla dolu olurdu.[93]

1922-ci ilə qədər komissarlığın mərkəzindəki kiçik bir otaqda yaşayırdı və lazım olanda ofisinə tezcə gedirdi.[91][98] Yaşının çoxalmasıyla donqarlaşdı və çəkisi artdı.[99] Sağlamlığını düzəltmək üçün idman etmək təklifindən imtina etdi, komissarlıq binasını və ya dairəsini nadir hallarda tərk etdi.[99][100] Bu həyat tərzi onun səhiyyə tərzinə çox pis təsir edirdi, ipoxondriyadan əlavə 1920-ci illərin axırlarında şəkərli diabetnevrit diaqozu qoyuldu.[101]

Çiçerin homoseksual idi. Almaniyada qaldığı dövrdəki narahatçılıqları və sağalma müddətində əslinsə cinsi oriyentasiyasına müraciət edirdi. Bəzi iddialara görə Çiçerinin cavanlığında Mixail Kuzminlə yaxın dost olmasının təməlində ikisinin də homoseksual olması var idi ve eşq yaşamışdılar.[102][103][104][105] Digər homoseksual şəxslərlə olan əlaqəsi 1918-ci ildə Rusiyaya qayıtmasından və Xarici İşlər Komissarlığındakı vəzifəsindən sonra kəsildi.[106] 1925-ci ildən sonra sovet vəzifəliləri homoseksuallığını dəyərləndirmək üçün Çiçerini bir sıra klinik tədqiqatlardan keçirmişdilər.[107]

Çiçerin ümumiyyətcə özünə qapalı, təvazökar və utancaq idi. Yığıncaqlarda və ya rəsmi görüşlərdə müzakirələrini sakincə aparardı.[13][96][108] Əcnəbi diplomatlarla adətən müavini Maksim Litvinov maraqlanardı.[109]

Komintern ilə münasibətlər

Çiçerin Xarici İşlər Komissarı olaraq vəzifəsinə gəldikdə inqilabın yayılması məqsədilə propaqanda vəzifələrini öz boynuna götürdü.[110] 2 mart 1919-cu il tarixində "silahlı qüvvələr daxil olmaqla bütün mövcud vasitələrlə beynəlxalq burjuaziya devirmək və dövlətin tamamilə məhv edilməsi üçün keçiş mərhələsi olan Beynəlxalq Sovet Respublikasını yaratmaq" məqsədilə qurulan Kommunist İnternasionalının birinci qurultayına sədrlik edən beş nəfərdən biri idi.[111][112] Açıq şəkildə hökumət devirmə çağırışları edən Kominternin mövcudluğu dünyadaki bir çox hökumətin şikayətinə səbəb oldu.[113] Bir tərəfdən dünyanın hər yerində inqilab üçün səy göstərən və bu məqsədlə fəaliyyət göstərən qruplara dəstək verən Çiçerin, digər tərəfdən də eyni ölkələrlə diplomatik münasibətlər qurmağa cəhd göstərdiyi üçün müxtəlif problemlər yaşadı.[114] Kominternin və Xarici İşlər Komissarlığının ilkin məqsədi hər zaman mövcud siyasi vəziyyətdən asılı idi. Lazımi hesab edilən əsas mövzular Politbüronun qərarlarına görə dəyişirdi,[115] ancaq hər şəkildə diplomatik və inqilabi fəaıiyyətlərdən birlikdə bir siyasət vasitəsi olaraq istifadə edilirdi.[115]

Vətəndaş müharibəsi, qonşu ölkələrlə münasibətlər və müqavilələr

Çiçerin Brest-Litovsk sülh müqaviləsinə qarşı çıxmışdı, fəqət Leninin sovet hökumətini qorumaq üçün bu müqavilənin imzalanmasının vacib olduğuna dair fikirlərini qəbul edərək müqaviləni imzaladı və Rusiya rəsmi şəkildə Birinci Dünya müharibəsindən çəkildi. Müqavilədən sonra qırmızı rənglə verilmiş ərazi Rusiya suverenliyindən çıxdı.

Almaniya və Millətlər Cəmiyyəti ilə münasibətlər

Almaniyanın məğlubiyyəti və ilk razılaşmalar

Millətlər Cəmiyyətinin rədd edilməsi

Genuya konfransı və Rapallo müqaviləsi

Ştrezeman hakimiyyətinin siyasətləri və Almaniya-Sovet əlaqələrinin gerilməsi

Lokarno müqaviləsi, tərəfsizlik razılaşmaları və İngiltərə rəqabəti

Orta Cənub, Asiya və koloniyalılar

Böhran, beynəlxalq izolasiya və istefası

Son illəri və vəfatı

Xəstələnməsi və siyasətdən uzaqlaşması

İrsi

1972-ci ildə Çiçerinin xatirəsinə buraxılmış poçt markası
Kaluqada adının verildiyi bir küçədə olan Çiçerinin abidəsi

Ölümündən dərhal onra Sovet İttifaqı Kommunist Partiyasının rəsmi tarixindən çıxarıldı.[116] Sonrakı illərdə Sovet ədəbiyyatında nadir halda bəhs edildi. Sovet Diplomatiya Məqaləsindəki, Litvinovun 92-ci səhifə və Vyaçeslav Molotovun 292-ci səhifədə yer aldığı "Xarici İşlər Komissarları" hissəsində Çiçerin 52-ci səhifədə yer aldı.[116][117][118] Stalinin ölümündən sonra Andrey Qromiko tərəfindən adı yenidən ön plana çıxarıldı və diplomatiyaya töhfələri dəfələrlə vurğulandı.[119]

Moskvada işlədiyi binanın divarında Çiçerinin xatirəsinə həsr edilmiş bir lövhə mövcuddur. Çiçerin küçəsi adı Moskvada, Orenburqda, Çelyabinskdə, Tambovda, Peterhofda, KaluqadaMinskdə mövcud olan küçələrə verilmişdir.[c] 1972-ci ildə Çiçerinin xatirəsinə sovet poçt markası buraxılmışdır. Eyni zamanda adı Rusiyadakı bir kruz gəmisinə verilmişdir.[120]

1986-cı ildə "Mosfilm" kinostudiyası tərəfindən Çiçerinin həyatından bəhs edən iki hissəli Çiçerinin adının verildiyi film ekranlaşdırılmışdır.[121]

Qeydlər

  1. 1944-cü ildə vəzifə yenidən təsis ediləndə.
  2. Lenin, bu pulları istifadə etmək məqsədilə 1908-ci ilin yanvar ayında Avropada pulları fərqli məkanlarda fərqli şəxslərin vasitəsilə hazırlayacaq bir plan hazırladı. Lakin bu plan müvəffəqiyyətli olmadı, bir çox şəxsin həbs olunmasına və hadisənin daha da tanınan hala gətirilib çıxarılmasına səbəb oldu.[43]
  3. Çiçerinin adına müxtəlif məkanlarda Çiçerin küçəsi olaraq adlandırma olsa da bu küçələrin bəziləri Georgi Çiçerinin adına deyil, özünün doğma nəsli olan Çiçerin ailəsindəki digər önəmli şəxslərin adına həsr edilmişdir.

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Georgy Vasilyevich Chicherin // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Чичерин Георгий Васильевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Find a Grave (ing.). 1996.
  5. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. Deutscher, 1997. səh. 540
  7. 1 2 3 Debo, 1964. səh. 2
  8. OConnor, 1988. səh. 3
  9. "ЧИЧЕРИН Василий Николаевич" (rus.)). Museum.ru. 16 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2018.
  10. Gazenvinkel, 1893
  11. 1 2 Meyendorff, 1971. səh. 175
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Jackson, 1989. səh. 119
  13. 1 2 3 VonLauet, 1953. səh. 249
  14. Soviet, 1989. səh. 752
  15. 1 2 3 4 5 Andreyev, 2003. səh. 76
  16. 1 2 Deutscher, 1997. səh. 222
  17. 1 2 OConnor, 1988. səh. 7
  18. Debo, 1964. səh. 7
  19. Debo, 1964. səh. 6-7
  20. Debo, 1964. səh. 8
  21. Gorodetski, 1994. səh. 23
  22. Meyendorff, 1971. səh. 173
  23. OConnor, 1988. səh. 8
  24. Debo, 1966. səh. 651
  25. 1 2 3 4 5 VonLauet, 1953. səh. 250
  26. OConnor, 1988. səh. 7-8
  27. Debo, 1964. səh. 8-9
  28. OConnor, 1988. səh. 8-9
  29. Debo, 1964. səh. 9
  30. 1 2 3 OConnor, 1988. səh. 11
  31. OConnor, 1988. səh. 12-13
  32. Debo, 1964. səh. 12-13
  33. Debo, 1964. səh. 13
  34. 1 2 3 4 OConnor, 1988. səh. 16
  35. Debo, 1964. səh. 21-22
  36. Debo, 1964. səh. 21
  37. OConnor, 1988. səh. 17
  38. Debo, 1964. səh. 26
  39. OConnor, 1988. səh. 18
  40. Debo, 1964. səh. 27
  41. Brackman, 2000. səh. 58
  42. OConnor, 1988. səh. 20
  43. Debo, 1964. səh. 27-29
  44. OConnor, 1988. səh. 29
  45. OConnor, 1988. səh. 24
  46. Debo, 1964. səh. 34
  47. OConnor, 1988. səh. 29-30
  48. Debo, 1964. səh. 41
  49. Debo, 1964. səh. 42
  50. Debo, 1964. səh. 43
  51. 1 2 3 4 OConnor, 1988. səh. 32
  52. Debo, 1964. səh. 50
  53. 1 2 Debo, 1966. səh. 653
  54. 1 2 OConnor, 1988. səh. 33
  55. Debo, 1964. səh. 55
  56. Debo, 1964. səh. 49
  57. Debo, 1966. səh. 656
  58. 1 2 OConnor, 1988. səh. 41
  59. Debo, 1966. səh. 655
  60. OConnor, 1988. səh. 38
  61. Debo, 1964. səh. 59-61
  62. 1 2 Debo, 1966. səh. 657
  63. Debo, 1964. səh. 64-65
  64. Debo, 1964. səh. 70
  65. 1 2 OConnor, 1988. səh. 42
  66. Debo, 1964. səh. 76
  67. OConnor, 1988. səh. 42-44
  68. Debo, 1964. səh. 74
  69. Debo, 1966. səh. 658
  70. Debo, 1964. səh. 72-73
  71. Debo, 1966. səh. 658-659
  72. OConnor, 1988. səh. 44
  73. Debo, 1966. səh. 660
  74. 1 2 3 4 OConnor, 1988. səh. 45
  75. Debo, 1964. səh. 83
  76. Debo, 1964. səh. 84
  77. Debo, 1966. səh. 661-662
  78. Debo, 1964. səh. 93-94
  79. OConnor, 1988. səh. 46
  80. VonLauet, 1953. səh. 247
  81. 1 2 3 OConnor, 1988. səh. 48
  82. Debo, 1964. səh. 97
  83. VonLauet, 1953. səh. 235
  84. Debo, 1964. səh. 107
  85. 1 2 3 OConnor, 1988. səh. 49
  86. 1 2 3 4 OConnor, 1988. səh. 50
  87. Debo, 1964. səh. 107, 192
  88. VonLauet, 1953. səh. 248
  89. 1 2 OConnor, 1988. səh. 57
  90. Debo, 1964. səh. 96
  91. 1 2 3 OConnor, 1988. səh. 51
  92. OConnor, 1988. səh. 51, 53
  93. 1 2 OConnor, 1988. səh. 54-55
  94. Debo, 1964. səh. 185-186
  95. 1 2 Andreyev, 2003. səh. 77
  96. 1 2 Debo, 1964. səh. 186
  97. Debo, 1964. səh. 182, 379
  98. Debo, 1964. səh. 184
  99. 1 2 OConnor, 1988. səh. 52
  100. Debo, 1964. səh. 185
  101. OConnor, 1988. səh. 55
  102. Bogomolov, 2013. səh. 416
  103. Klösch, 2012
  104. Dinçel, 2010
  105. Dynes, 1992. səh. 189
  106. Dynes, 1992. səh. 178-179
  107. Dynes, 1992. səh. 179
  108. OConnor, 1988. səh. 53
  109. OConnor, 1988. səh. 53, 57
  110. OConnor, 1988. səh. 146
  111. VonLauet, 1953. səh. 241
  112. Volkogonov, 1998. səh. 45
  113. Debo, 1964. səh. 161
  114. OConnor, 1988. səh. 152
  115. 1 2 VonLauet, 1953. səh. 244-245
  116. 1 2 Medvedev, 1971. səh. 202
  117. Gordon, 1953. səh. 375
  118. Doveton, 2013. səh. 471
  119. OConnor, 1988. səh. 168
  120. "Описание теплохода «Георгий Чичерин» (проект 302)" (rus.)). Vodohod.spb.ru. 2017-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2019.
  121. "Чичерин" (rus.)). Mosfilm. 24 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2019.

Ədəbiyyat

Read other articles:

Ostermann-ArenaFormer namesWilhelm-Dopatka-Halle (1974–2009)Smidt-Arena (2009–2016)LocationLeverkusen, GermanyOwnerCity of LeverkusenOperatorCity of LeverkusenCapacity3,500Websitehttp://www.smidt-arena.de Ostermann-Arena (formerly Wilhelm Dopatka Halle and Smidt-Arena) is an indoor sporting arena located in Leverkusen, Germany. The capacity of the arena is 3,500 people. It is home to the Bayer Giants Leverkusen basketball team. As Wilhelm Dopatka Halle, it was one of the host arenas for t...

 

Biografi ini memerlukan lebih banyak catatan kaki untuk pemastian. Bantulah untuk menambahkan referensi atau sumber tepercaya. Materi kontroversial atau trivial yang sumbernya tidak memadai atau tidak bisa dipercaya harus segera dihapus, khususnya jika berpotensi memfitnah.Cari sumber: Leonor – berita · surat kabar · buku · cendekiawan · JSTOR (Agustus 2023) (Pelajari cara dan kapan saatnya untuk menghapus pesan templat ini)Leonor, Putri AsturiasPrince...

 

Atlantische Zuidequatoriale stroom aangeduid met South Equatorial Current De Atlantische Zuidequatoriale stroom is een westwaarts gaande zeestroom in het zuidelijk deel van de Atlantische Oceaan. De zeestroom is een van de drie zeestromen die de naam Zuidequatoriale stroom draagt (de andere zeestromen zijn de Pacifische Zuidequatoriale stroom in de Stille Oceaan en de Indische Zuidequatoriale stroom in de Indische Oceaan). Ten zuiden van de zeestroom ligt de Zuid-Atlantische gyre. De zeestroo...

Esta página cita fontes, mas que não cobrem todo o conteúdo. Ajude a inserir referências. Conteúdo não verificável pode ser removido.—Encontre fontes: ABW  • CAPES  • Google (N • L • A) (Maio de 2013) As referências deste artigo necessitam de formatação. Por favor, utilize fontes apropriadas contendo título, autor e data para que o verbete permaneça verificável. (Maio de 2013)Este artigo carece de reciclagem de acord...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (يوليو 2019) جوشوا هيل   معلومات شخصية الميلاد 27 مارس 1983 (40 سنة)  أرمدايل  [لغات أخرى]‏  مواطنة أستراليا  الحياة العملية المهنة لاعب كرة قاعدة  الرياضة ...

 

Частина серії статей на тему:ІсламАллахАллах Єдинобожність • Історія • Термінологія П'ять стовпів Благодійність Молитва Паломництво до Мекки Піст Символ віри Ключові особи Пророки ісламу Магомет Його сподвижники і нащадки Халіфи Книги і закони Коран Сунна Хадис Мазг...

У Вікіпедії є статті про інші населені пункти з такою назвою: Бобрик. село Бобрик Герб Бобрика (Броварський район) Прапор Бобрика (Броварський район) Країна  Україна Область Київська область Район Броварський район Громада Великодимерська Основні дані Засноване 1625 На...

 

Artikel ini membutuhkan rujukan tambahan agar kualitasnya dapat dipastikan. Mohon bantu kami mengembangkan artikel ini dengan cara menambahkan rujukan ke sumber tepercaya. Pernyataan tak bersumber bisa saja dipertentangkan dan dihapus.Cari sumber: Cengkih – berita · surat kabar · buku · cendekiawan · JSTOR Cengkih Klasifikasi ilmiah Kerajaan: Plantae Divisi: Angiospermae (tanpa takson): Eudikotils (tanpa takson): Rosids Ordo: Myrtales Famili: Myrtaceae...

 

Не плутати з Divinity: Original Sin II. Divinity II Розробник Larian StudiosВидавець Список ОригіналNA Software EntertainmentEU DTP EntertainmentCIS 1CПеревиданняWW Focus Home InteractiveWW Larian Studios (цифрові) Дистриб'ютор Steam і Good Old GamesЖанр(и) Рольовий бойовикПлатформа Microsoft WindowsXbox 360Дата випуску EU 20 листопада 2009 року[1]NA 5 сі

Sapotaceae Mamey sapote Klasifikasi ilmiah Kerajaan: Plantae Divisi: Magnoliophyta Kelas: Magnoliopsida Ordo: Ericales Famili: Sapotaceae Juss.[1] Subfamili Chrysophylloideae Sapotoideae Sarcospermatoideae Sapotaceae atau Suku sawo-sawoan adalah salah satu famili dari ordo Ericales. Famili ini memiliki sekitar 800 spesies pohon dan semak dalam 65 genera (35 hingga 75, tergantung pada definisi genus). Famili ini tersebar di daerah Tropika. Banyak dari spesiesnya menghasilkan buah yang ...

 

2018 single by Dan ShaySpeechlessSingle by Dan + Shayfrom the album Dan + Shay ReleasedAugust 6, 2018 (2018-08-06)GenreCountry popLength3:33LabelWarner NashvilleSongwriter(s)Dan SmyersShay MooneyJordan ReynoldsLaura VeltzProducer(s)Scott HendricksDan SmyersDan + Shay singles chronology Tequila (2018) Speechless (2018) All to Myself (2019) Speechless is a song recorded by American country music duo Dan + Shay for their 2018 self-titled third studio album. The song was written by...

 

PRKAA2 التراكيب المتوفرة بنك بيانات البروتينOrtholog search: PDBe RCSB قائمة رموز معرفات بنك بيانات البروتين 2H6D, 2LTU, 2YZA, 3AQV, 4CFE, 4CFF, 4ZHX, 5EZV المعرفات الأسماء المستعارة PRKAA2, AMPK, AMPK2, AMPKa2, PRKAA, protein kinase AMP-activated catalytic subunit alpha 2 معرفات خارجية الوراثة المندلية البشرية عبر الإنترنت 600497 MGI: MGI:1336173 HomoloGene: 4...

Опис логотип Дагестанського політехнічного університету Джерело http://sozdaniye-saytov.tecama.ru/images/catalog/2562bc4a9da26da587d2fd7051cd8403.png Час створення 1970 Автор зображення Дагестанський державний технічний університет Ліцензія Це логотип (емблема) організації, товару, або заходу, що перебуває ...

 

Women's volleyball tournament won by China Women at the 2018 Asian GamesVenueGelora Bung Karno Tennis IndoorBulungan Sports HallDate19 August – 1 SeptemberCompetitors151 from 11 nationsMedalists   China  Thailand  South Korea← 20142022 → Volleyball at the2018 Asian Gamesmenwomenvte Main article: Volleyball at the 2018 Asian Games The women's tournament in volleyball at the 2018 Asian Games was the 18th edition of the ev...

 

Raatajat rahanalaiset, một bức tranh của Eero Järnefelt nói về đốt phá rừng làm nương rẫy. Phá rừng ở Indonesia để lấy dầu cọ. Đốt phá rừng làm nương rẫy[1] là một phương pháp canh tác liên quan đến việc cắt và đốt cây trong rừng rậm hoặc rừng thưa để tạo ra cánh đồng được gọi là nương rẫy. Phương pháp này bắt đầu bằng cách chặt cây và cây gỗ trong một khu vực. Thảm ...

2004 Filipino filmOtso-Otso Pamela-Mela-WanOtso-Otso Pamela-Mela-WanDirected byJerry Lopez SinenengScreenplay byMel Mendoza-Del RosarioProduced byCharo Santos-ConcioMalou N. SantosStarringBayani AgbayaniVhong NavarroCinematographyRicardo Jose TrofeoEdited byMarya IgnacioMusic byJessie LasatenProductioncompanyStar Cinema[2]Release date March 17, 2004 (2004-03-17) (Philippines) [1]CountryPhilippinesLanguagesFilipinoMandarin Otso-Otso Pamela-Mela-Wan is a 2004 ...

 

Securities exchange operator in South Korea You can help expand this article with text translated from the corresponding article in Korean. (December 2020) Click [show] for important translation instructions. Machine translation, like DeepL or Google Translate, is a useful starting point for translations, but translators must revise errors as necessary and confirm that the translation is accurate, rather than simply copy-pasting machine-translated text into the English Wikipedia. Do not ...

 

Methallylescaline Names Preferred IUPAC name 2-{3,5-Dimethoxy-4-[(2-methylprop-2-en-1-yl)oxy]phenyl}ethan-1-amine Identifiers CAS Number 207740-41-8 Y 3D model (JSmol) Interactive image ChEMBL ChEMBL126803 Y ChemSpider 21106346 Y PubChem CID 44350127 UNII CVN0S9V910 CompTox Dashboard (EPA) DTXSID20658380 InChI InChI=1S/C14H21NO3/c1-10(2)9-18-14-12(16-3)7-11(5-6-15)8-13(14)17-4/h7-8H,1,5-6,9,15H2,2-4H3 YKey: FOXJFBFFGULACD-UHFFFAOYSA-N YInChI=1/C14H21NO3/c1-10(2)9...

In this name that follows Eastern Slavic naming conventions, the patronymic is Trofimovna and the family name is Prokhorenko. Zhanna ProkhorenkoZhanna Prokhorenko and co-star Vladimir Ivashov in Ballad of a SoldierBornZhanneta Trofimovna Prokhorenko(1940-05-11)11 May 1940Poltava, Ukrainian SSR, Soviet UnionDied1 August 2011(2011-08-01) (aged 71)Moscow, RussiaAlma materGerasimov Institute of CinematographyOccupationActressYears active1959–2004Spouse(s)Yevgeny Vasilyev(divo...

 

Colombian baseball player (born 1985) In this Spanish name, the first or paternal surname is Frieri and the second or maternal family name is Gutiérrez. Baseball player Ernesto FrieriFrieri with the Pittsburgh PiratesPitcherBorn: (1985-07-19) July 19, 1985 (age 38)Arjona, ColombiaBatted: RightThrew: RightMLB debutSeptember 26, 2009, for the San Diego PadresLast MLB appearanceJuly 3, 2017, for the Texas RangersMLB statisticsWin–loss record11–14Ea...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!