Bəxtiyar Allahverdiyev (10 iyun 1974, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı
Allahverdiyev Bəxtiyar Əzizulla oğlu 10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıda 199 saylı məktəbi bitirib. 1992-ci ildə Milli Orduya çağırılır. "N" saylı hərbi hissədə xidmətə başlayır.[1]
Döyüşlərdə iştirakı
Bəxtiyar tez bir zamanda özünü doğrulda bilir. Silahlardan istifadə etməyi və hərbin sirlərini öyrənən Bəxtiyar 1992-ci il cəbhəyə göndərilir. Qubadlı rayonunda əsl qəhrəmanlıq səhifələri yazır. Gənc əsgər olmasına baxmayaraq o, peşəkar döyüşçülərdən geri qalmırdı. Füzuli, Murovdağ əməliyyatlarında xeyli erməni quldurunu məhv edir. Sonra onu 1994-cü ildə Ağdərə, Tərtər cəbhələrinə göndərirlər. Xidməti vaxtı bitməsinə baxmayaraq o, Vətənimizi dar gündə qoymur. Yenidən əməliyyatlara atılır və öz döyüşçü gücünü göstərir. Müharibədə göstərdiyi əfsanəvi qəhrəmanlığı rəhbərliyin gözündən yayınmadı.
1995-ci il Müdafiə Nazirliyi onu Türkiyə Respublikasına göndərdi. Burada hərbi kurs alan Bəxtiyar 1996-cı il Vətənə döndü. 1997-ci il gizir rütbəsi aldı və "N" saylı hərbi hissəyə taqım komandiri təyin edildi. 2000-ci ildə ordudan tərxis olunur. 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasında təhsil alır.
Hazırda İsmayıllı rayonunda sahə müvəkkili vəzifəsində çalışır.
Ailəsi
Ailəlidir.[1]
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ədəbiyyat
- Baş çavuş Bəxtiyar Əzizulla oğlu Allahverdiyev //Azərbaycan.-1993.- 23 iyun.- S.2.
- Əsgərov V. Allahverdiyev Bəxtiyar Əzizulla oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.225.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 31–32.
Xarici keçidlər
İstinadlar
|
---|
1992 | | |
---|
1993 | |
---|
1994 | |
---|
1995 | |
---|
1996 | |
---|
1997 | |
---|
1999 | |
---|
2009 | |
---|
2010 | |
---|
2016 | |
---|
2017 | |
---|
2020 | |
---|
2024 | |
---|
|
|