Azərbaycan–Finlandiya münasibətləri — Azərbaycan Respublikası ilə Finlandiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Balaxanı ərazisindəki Nobel qardaşlarının ofisində Finlandiyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul agenti Veqelius rəhbərlik etmişdir[2].
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 24-də qurulmuşdur[3].
Finlandiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir[4]. Hətta Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Rusiya ilə birlikdə Finlandiya başçılıq etmişdir[4].
Finlandiyadaki Azərbaycanin səfirliyi Stokholm şəhərində yerləşir.
Azərbaycanda Finlandiyanin səfirliyi təsis edilməyib. Bakida Finlandiyanin fəxri konsulluğu fəaliyyət göstərir. Finlandiya Cənubi Qafqaz ölkələrinə səyyar səfiri təyin edib. Səfirin istiqamətgahi Helsinkida yerləşəir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Vaqif Vəkilov olmuşdur[6]. Hazirki qrupunun rəhbəri — Razi Nurullayev[7].