Azərbaycan–Moldova münasibətləri — Azərbaycan Respublikası ilə Moldova Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Tarixi
Hər iki ölkə SSRİ -nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Diplomatik əlaqələr
Azərbaycan–Moldova diplomatik əlaqələrinin 20 illiyinə həsr olunmuş Moldova poçt markası (2012)[ 2]
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 18-də qurulmuşdur[ 3] .
Beynəlxalq görüşlər
Moldova Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir sıra rəsmi görüşlərə ev sahibliyi etmişdir. Azərbaycan prezidentlərindən Heydər Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 6 oktyabr 2002-ci ildə, İlham Əliyev isə Serj Sarkisyanla 8–9 oktyabr 2009-cu ildə Kişinyovda görüşmüşlər[ 4] .
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[ 5] . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar İbrahimov olmuşdur[ 6] . 4 mart 2016-cı il tarixindən Sabir Hacıyev işçi qrupunun rəhbəridir[ 5] .
İqtisadi əlaqələr
Əmtəə dövriyyəsi (min doll.)
İl
İxrac
Idxal
Ümumi dövriyyəsi
2016
498,8
3 963,6
4 462,4
2017
241,5
6 752,3
6 893,8
2018
30,2
349,3
379,5
2019
362.04
2 324.78
2 686.82
2020[ 7]
3 780,20
4 041,64
7 821,84
2021[ 8]
1 285,96
5 000,89
6 286,85
2022[ 9]
18 609,75
5 240,51
23 850,26
Mədəni əlaqələr
Moldova Milli Kitabxanası V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
Poçt markaları
Azərbaycan və Moldova poçtları tərəfindən 2015-ci ildə birgə buraxılış çap olunmuşdur.
İdman sahəsində əməkdaşlıq
Futbol qarşılaşmaları
İstinadlar
Xarici keçidlər