Əhməd Nurəddin Əfəndi (Əbdülməcidin oğlu)

Əhməd Nurəddin Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 31 mart 1852(1852-03-31)
Doğum yeri
Vəfat tarixi 3 yanvar 1884(1884-01-03) (31 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası I Əbdülməcid
Anası Mehtab Qadınəfəndi
Həyat yoldaşı Nazlı Əmsal xanım
Ailəsi Osmanlı xanədanı

Əhməd Nurəddin Əfəndi (31 mart 1852, Çırağan sarayı, İstanbul3 yanvar 1884, İstanbul, Osmanlı imperiyası) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu, Osmanlı şahzadəsi.

Həyatı

Şahzadə Nurəddin Əfəndi 31 mart 1852-ci ildə Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun xanımlarından Mehtab Qadınəfəndidir. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Rəşad Əfəndi, Kəmaləddin ƏfəndiBurhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Atasının vəfatı və əmisi Əbdüləzizin taxta çıxmasının ardından anasıyla birlikdə Fəriyə sarayında yaşamağa başladılar.

1864-cü ilin fevralında əmisi oğlu İzzəddin Əfəndiylə birlikdə Osmanlı hərbi məktəbində təhsil almağa başladı. Gələcəkdə sədarətə yüksələcək olan Əhməd Muxtar Paşadan dərslər aldı. Təhsilini tamamladıqdan sonra 19 yanvar 1865-ci ildə Osmanlı ordusunda xidmət etməyə başladı və ertəsi il baş kapitan rütbəsinə yüksəldi. Buna baxmayaraq daha sonra hərbi fəaliyyətini dayandırdı. 1873-cü ildə qardaşları Murad ƏfəndiKəmaləddin Əfəndiylə birlikdə Mason təşkilatına üzv oldu. Tutulduğu vərəm xəstəliyi səbəbilə Nurəddin Əfəndi 3 yanvar 1884-cü ildə vəfat etdi və cənazəsi Yeni MəscidValidə Turhan Sultan türbəsinə dəfn olundu.

1870-ci ildə Nazlı Əmsal xanımla (d. 1852 - ö. 1871) evləndi ancaq xanımı bir il sonra vəfat etdi. Bir daha evlənmədi və övladı olmadı.

Mənbə

  • Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. p. 210. ISBN 978-9-754-37840-5
  • Sakaoğlu, Necdet (2001). Avrupalılaşmanın yol haritası ve Sultan Abdülmecid. DenizBank Yayınları. DenizBank. p. 109. ISBN 978-975-7104-50-6
  • Özer, İlbeyi (2005). Avrupa yolunda batılaşma ya da batılılaşma: İstanbul'da sosyal değişimler. Truva Yayınları. p. 29. ISBN 978-9-756-23734-2
  • Arslan, Mehmet (2008). Osmanlı saray düğünleri ve şenlikleri: Manzum sûrnâmeler. Sarayburnu Kitaplığı. p. 329. ISBN 978-9-944-90563-3
  • Tugay, Emine Foat (1974). Three Centuries; Family Chronicles of Turkey and Egypt. Greenwood Press. p. 9. ISBN 978-0-8371-7117-3
  • Brookes, Douglas Scott (January 1, 2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. p. 69 n. 44. ISBN 978-0-292-78335-5
  • Zarcone, T.; Zarinebaf, F. (1993). Les Iraniens d'Istanbul. Bibliothèque iranienne. Institut français de recherches en Iran. p. 39. ISBN 978-2-906053-32-8
  • Öztuncay, B. (2003). The Photographers of Constantinople: Text & photographs. Photographers of Constantinople / Bahattin Öztuncay. Aygaz. p. 244. ISBN 978-975-296-052-7
  • Yılmaz Öztuna (2008). II. Abdülhamîd: zamânı ve şahsiyeti. Kubbealti Publishing. p. 238. ISBN 978-97564-446-27
  • Ünlü, Hasan (2019). Veliahd Yusuf İzzeddin Efendi (1857-1916) (Thesis). Mimar Sinan Fine Art University Institute of Social Sciences. p. 25

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!