Harun Əfəndi

Harun Əfəndi
هارون أفندي
18 yanvar 2021 – davam edir
ƏvvəlkiDündar Əli Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi (92 yaş)
Doğum yeri Dəməşq, Suriya
Fəaliyyəti əsilzadə
Atası Mehmed Əbdülkərim Əfəndi
Anası Nemət xanım
Həyat yoldaşı Fərzad xanım
Uşaqları Orxan Osmanoğlu
Nurxan Osmanoğlu
Əbdülhəmid Qayıxan Osmanoğlu
Dini Sünni (İslam)

Harun Osman Osmanoğlu (22 yanvar 1932, Dəməşq) — Osmanlı sülaləsinin on birinci rəisi və Osmanlı şahzadəsi.

Həyatı

Şahzadə Harun Əfəndi 1932-ci ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Harun atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, doğumundan dərhal sonra atası siyasi mübarizəylə bağlı Hindistana səfərə çıxmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Fərzad xanımla evləndi və bu evlilikdən 3 övladı dünyaya gəldi.

  • Orxan Osmanoğlu (d. 25 avqust 1963, Dəməşq) — 22 dekabr 1985-ci ildə Nuran Yıldızla evləndi və 4 övladı oldu.
    • Nilhan Osmanoğlu (d. 25 may 1987)
    • Yavuz Səlim Osmanoğlu (d. 22 fevral 1989)
    • Nilufər Osmanoğlu (d. 5 may 1995)
    • Bərna Osmanoğlu (d. 1 oktyabr 1998)
  • Nurhan Osmanoğlu (d. 20 noyabr 1973, Dəməşq) — 15 aprel 1994-cü ildə Samir Hashem ilə evləndi.
  • Əbdülhəmid Qayıhan Osmanoğlu (d. 4 avqust 1979)

1974-cü ildə Osmanlı sülaləsinin vətənə dönməsinə icazə verən qanunla Türkiyəyə geri döndü və ailəsiylə birlikdə İstanbulda yaşamağa başladı. Böyük qardaşı Dündar Əli Əfəndinin 18 yanvar 2021-ci ildə vəfat etməsinin ardından Osmanlı sülaləsinin rəisi elan olundu. Ailənin ikinci yaşlı üzvü olan Osman Səlahəddin Əfəndi isə ailə rəisliyinin varisi elan edilmişdir.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!