Mehmed Ərtoğrul Əfəndi (5 sentyabr 1912 və ya 5 noyabr 1912, İstanbul – 2 iyul 1944, Qahirə) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin oğlu.
Həyatı
Mehmed Ərtoğrul Əfəndi 1912-ci ildə İstanbulda Çəngəlköydəki Vahidəddin köşkündə dünyaya gəldi. Anası Şadiyə Müvəddət xanım atasının üçüncü xanımı idi. Ailənin tək oğlu və ən kiçik uşağı olduğundan xüsusi təhsil aldı. Atası 1922-ci ildə sürgünə göndəriləndə, 10 yaşlı Mehmed Ərtoğrul da onunla birlikdə San-Remoya getdi. Atasının ölümündən sonra, anasıyla birlikdə Qahirəyə köçdü və 1944-cü ildə burada vəfat etdi. Cənazəsi Qahirədə Abbasiyə məzarlığında dəfn olundu.
Mənbə
İstinadlar
|
---|
Ailəsi | | |
---|
Sədrəzəmlər | |
---|
Şeyxülislamlar | |
---|