İsa-Musa quşu (mif)

İsa-Musa quşu
Meşə bayquşcuğu
Meşə bayquşcuğu
Növü İnsan
Dönərgə (quş)
Sehrli gücləri şəklini dəyişmə (dönərgəlik)
Peşələri çoban
Məqsədləri heyvanlarının və ya peyğəmbərlərin tapılması
Mətnlər "İsa Musa quşu" mifi (ilkin mənbə)
Əli Vəliyevin “İsa-Musa quşu” hekayəsi (adaptasiya)

İsa-Musa quşu və ya İsaq-Musaq quşumeşə bayquşcuğu ilə bağlı azərbaycanlılarda yayılmış mif. Mifin anadil quşları və Yapalaq quşu üçün versiyaları da vardır.[1]

Mifi

İsa və Musa adında iki qardaş çöldə öküzlərini (və ya inəklərini[2]) otararkən yuxuya gedirlər və oyananda heyvanlarını tapa bilmirlər. Əzazil ağalarının (və ya ögey analarının[2]) qorxusundan Allaha yalvarıb quşa çevrilmələrini istəyirlər. Arzuları yerinə yetir və quş şəklinə keçərək öküzləri axtarmağa başlayırlar. O zamandan bəri qardaşlar çöllərdə öküzləri axtarır və bir-birlərinə deyirlər: "– İsa, tapdın? – Musa, yox.– Musa, tapdın? – İsa, yox."[3]

Əli Vəliyev bu mifin əsasında yazdığı "İsa-Musa quşu" hekayəsini belə bitirir:

" Həmin vaxtdan Azərbaycan kəndlərinin hər yerində İsa-Musa quşları peyda oldu. Gün batandan gün doğana qədər, axşamdan səhərə kimi quşa dönmüş qardaşların sorğu-sualı davam edir, eşidənləri kədərləndirirdi. – İsa, tapdın? – Musa, yox... "

Digər bir rəvayətə görə quşlar İsaMusa peyğəmbəri axtarırlar. Hava qaralandan səhər açılana kimi onlar İsa və Musa deyib çağırırlar.[1] Süleyman Rəhimov "Şamo" romanında qeyd edir ki, xalq arasında quşların bir-birini axtardığı düşünülür.[2]

Paralel hekayələr

Mehdixan Vəkilovun "Mənim qardaşım" adlı xatirə-povestində danışılan hekayəyə görə İsa və Musa adlı anadil quşları anadan yetim qalan iki qardaşdır. Tale onları ayrı salmışdır və gecə onlar bir-birlərini axtarırlar.[2]

İsmayıl Şıxlının "Dəli Kür" romanında isə anadillər peyğəmbərin danasını otaran iki qardaş kimi təsvir edilir. Dananı axtararkən qorxularından quşa çevrilirlər.[2]

Ögey analarının öküzünü itirən qardaşların Yapalaq quşuna çevrilməsi ilə bağlı mif "Xalq ədəbiyyatı" kitabında verilmişdir.[2]

Analizi və istifadəsi

Azərbaycan əfsanə və nağıllarında quş donundan insan donuna girmə, pərilərin göyərçinə çevrilməsi halları vardır. İsa-Musa mifində isə müəyyən bir həddi aşmaq üçün don dəyişdirilir və ya çevrilmə hadisəsi baş verir. S.Neklyudov bu cür çevrilməni ruhun müxtəlif varlıqlar üzərində əks olunması kimi izah edir.[4]

Azərbaycan dilində "İsa-Musa quşu" ifadəsi həm məcazi, həm də həqiqi mənası ilə işlədilir. Bu ifadə məcazi mənada bir-birini axtaran insanlar üçün istifadə edilir.[2]

"İsa-Musa quşu" mifi əsasında Əli Vəliyev eyniadlı hekayəni yazmışdır. Mif həmçinin İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" əsərində xatırlanır.[2]

İstinadlar

  1. 1 2 Mustafayev, Q.T; Babayev, İ.R. Quşların qorunması (monoqrafiya). Bakı: Elm. 2012.
  2. 1 2 3 4 5 6 7 8 M.İ.Adilov. Qanadlı sözlər, VI cild. Bakı, "Elm və təhsil", 2019, 456 səh.
  3. Bəxtiyar Tuncay. Etnoqonik miflər (ümumtürk materialları əsasında). Bakı, "Nurlan", 2013, 308 səh.
  4. Alizade, Rövşen. "Türk mitolojisi ve eğitim" (PDF). International Journal of Social Science. 6 (2). 2013: 31-45.[ölü keçid]

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!