Bu məqalə Təkə (personaj) haqqındadır. Oyun üçün Təkə (oyun) səhifəsinə baxın.
Təkə[1] (Təkəmçi[2]) - Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi.
Cənabe cəbrəil namə gətirdi
Gətircəyin peyqəmbərə yetirdi
Mübarək qolların göyə götürdü
Sizin bu təzə bayramınız mübarək
Ayınız, iliniz, həftəniz, gününüz mübarək
Bizim yerdə yumurtanı yuyarlar
Onu dönüb yeddi rəngə boyarlar
Yeddisində təhvil üstə goyarlar
Sizin bu təzə bayramınız mübarək
Ayınız, iliniz, həftəniz, gününüz mübarək
Bizim yerdə qohun qarpız əkərlər
Onu tamam şəhərlərə tökərlər
Təzə ilin həsrətini çəkərlər
Sizin bu təzə bayramınız mübarək
Ayınız, iliniz, həftəniz, gününüz mübarək
Təkənin sovqatı
Təkə (Təkəmçi) hər evin ki qapısında şeir oxusa,və bayramın gəlməyin müjdə versə, ev sahibindən muştuluq alar ki ona pay deyilər, həmçinin təkəmçi özüdə şeir ilə mükafatlandırılmasını xatırlayar:
Ay təkəmin kəndi var Kəməndi var kəndi var Hər qapıda oynasa Bir nəlbəki qəndi var
Təkəm öldü ipin gətir ay xanım
Çatdıqca yükün gətir ay xanım
Kəsmə payın bütöv gətir ay xanım
Mənbə
↑Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.183.