Tulpar (başqırdca: Толпар, qazaxca: Тұлпар, tatarca: Тулпар, qırğızca: Тулпар, rusca: Тулпар və ya Тулпа́р) — türk, qırğız və altay mifologiyasında adı çəkilən qanadlı uçan at, Peqas ilə bənzərdir. QırğızlarınManas dastanında bu uçan qanadlı atlardan söz edilir. Arxeoloji qazıntılar nəticəsində Qazaxıstanda kəşf edilən kurqanda olan qızıl geyimli adam adlı tapıntının başlığında tulpar fiquru vardır. Azərbaycan Koroğlu dastanında Qırat və Dürat tulparın (dəniz atı) nəslindən gəlir.
Tulparın adı, Türk, qırğız və Altay mifologiyalarında keçər. Ümumiyyətlə ağ və ya qara (tək rəng) bir at olaraq təsvir olunur. Ağ qanadları vardır və Kuday (Tanrı) tərəfindən qəhrəmanlara köməkçi olması üçün yaradılmışdır. Dünyanın ən uzun dastanı olan qırğızlarınManas dastanında, Manasın məşhur döyüşçülərinin sürdüyü qanadları ilə küləkdən sürətli qaçdığı deyilən əfsanəvi atlardan bəhs olunur. Başqırd inanclarına görə qanadlarını heç kim görə bilməz. Tulpar qanadlarını yalnız qaranlıqda, böyük maneələri və məsafələri aşarkən açar. Əgər biri tərəfindən qanadları görülsə, Tulparın yox olacağına inanırlar. Osetinlər Tolpar, çeçenlər Turpal deyərlər. Qumuq atalar sözündə belə deyir.
Tulpar yerun birevü buççağunda tapsa da, öz yılkısın tabar.
(Tulpar dünyanın bir başqa küncündə olsa da, öz sürüsünü tapar.)
(Tul/Yul) kökündən törəmişdir. Monqolca "Zulbah" (keçəl, saçsız) sözü ilə əlaqəli ola bilər. Çünki türk mifologiyasında keçəl atlara tez-tez rast gəlinir və keçəllik qəhrəmanlarda olduğu kimi atlarda da gücü bildirir. Yol sözü ilə də eyni kökdən gəlmə ehtimalı vardır. Tulu sözü qədim Altay dilində qır rəngi ifadə edir.
Qazaxıstan gerbinin sağ və sol künclərdə bir dənə Tulpar vardır.
Qazaxıstanda bir hava yolu şirkəti Tulpar adını seçmişdir, Tulpar Hava Yolları.
Tulpar atları
Tulpar atına igidlər, alp olanlar, bahadırları (tuvaca: maadır, qədim türkcə: bağatur) minə bilər. Türk əfsanələrinə görə bu ata ürəyi və bədəni güclü olanlar sahib ola bilər. Tulpar adı verilən qanadlı türk atlarına misal olaraq, Alpamısın Bayşubarını, Kobılandının Tayburılını, Er Targının Qarakaskasını, Kabanbayın Kubasını, Bugıbayın Akanserisini Kulagerinin Qaraserkesini, Navrızbayın Akazuvunu, İsatayın Aktabanını və s. göstərmək olar.