Şahmaran — Anadolu, Azərbaycan, Türkmən, Özbək, Uyğur, Qazax, Qırğız, Tatar ve Başqurd nağıllarında və ya hekayələrində rast gəlinən yarı-insan, yarı-ilan formalı varlıqdır.[1] Belindən aşağısı ilan, yuxarısı isə insan olan və "Maran" adı verilən, fövqəltəbii varlıqların başındakı heç qocalmayan, ölüncə ruhunun qızına keçdiyinə inanılan canlıdır. Farsca ilanların şahı mənasını verən "şah-ı maran"dan gəlir. Şahmaran uzun gövdəli ilan quyruqludur. Ancaq, Şahmaranla bağlı bütün əfsanələrdə qadındır.
Ərbükə, türk xalq inancında yarı insan, yarı ilan olan varlıqdır. Ərbökə də deyilir. Bu varlıqların başında İlan Ana və ya İlan Ata tapılar. Dişi olanları üçün "İşbükə" istifadə olunur. Bunlara Maran da deyilər.
Cəmşab və Şahmaran
Minlərlə il əvvəl yeddi mərtəbəli yeraltında Tarsusda yaşayan ilanlar var idi. Məran adı verilən bu ilanlar, həqiqətən ağıllı və şəfqətli idi. Onlar sülh içində yaşayırdılar. Məranların kraliçasına Şahməran deyilərdi. O gənc və gözəl bir qadın idi. Əfsanəyə görə, Şahmaranı görən ilk insan Cəmşab oldu. O, dolanışığı üçün odun satan kasıb bir ailənin oğlu idi. Bir gün Cəmşab və yoldaşları bal dolu bir mağara kəşf edərlər. Balı çıxarmaq üçün Cəmşabı aşağıya endirən yoldaşları, payına daha çox bal düşməsi üçün onu orada qoyub qaçarlar. Cəmşab mağarada bir dəlik görər və işığın buradan sızdığını anlayır. Cibindəki bıçaq ilə dəliyi böyüdüncə, ömründə görmədiyi qədər gözəl bir bağa girər. Bu bağçada bənzəri olmayan çiçəklər və bir hovuz ilə bir çox ilan görür. Hovuzun başındakı taxtda süd ağ bədənli bir ilan oturar. Şahmaranın etibarını qazanan Cəmşab uzun illər bu bağçada yaşayır. İllər sonra, ailəsininin onu çox gözlədiyini söyləyib getmək üçün yalvarar. Bunun üzərinə Şahmaran ondan sərbəst buraxılmasını, ancaq yerini kimsəyə deməyəcəyinə dair söz verməsini istər. Şahmarana söz verib ailəsinə qovuşan Cəmşab uzun illər verdiyi sözdə dayanaraq Şahmaranın yerini kimsəyə söyləməmiş. Bir gün ölkənin padşahı xəstələnmiş. Vəzir, xəstəliyin çarəsinin Şahmaranın ətini yemək olduğunu söyləyərək, hər yerə xəbər salıb. Cəmşab quyunun yerini göstərərək Şahmaran tapılaraq, çölə çıxarılıb. Şahmaran Cəmşaba; "Başımı torpaq çanaqda qaynadıb sultan içsin və qurtulsun, vəzir bədənimi içsin, ölsün, quyruğumu qaynayıb iç ki, Loqman Həkimi olasan" söyləyib. Beləliklə Vəzir ölüb Padşah da müalicə olunaraq sağalıb və Cəmşabı öz vəziri seçib. Əfsanəyə görə Şahmaranın öldürüldüyünü ilanlar o gündən bəri bilmirlər. Tarsusun, Şahmaranın öldürüldüyünü öyrənən ilanlar tərəfindən bir gün zəbt ediləcəyi rəvayət edilər.