Kənd Ağdamın Şuraabad kənd əhalisinin bir hissəsinin 1930-cu ildə bu ərzziyə köçürülməsi nəticəsində yaranmışdır. Bu səbəbdən adı "təzə kənd" sözlərindən yaranmışdır.
1961 - 1977-ci illlərdə Təzəkənd Ağdam rayonunun Nəmirli kənd Sovetliyinin tərkibində olub[2][3].
Birinci Qarabağ müharibəsi nəticəsində Nəmirli Sovetliyinin bir tək Təzəkənd kəndi Azərbaycan nəzarətində qalmış, digər kəndləri isə işğal eidlmişdi.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[4] ilə Təzəkənd kəndinin ərazisini əhatə edən Təzəkənd bələdiyyəsi təşkil edilib. Sonradan onun ərazisinə Təzəkənd, Birinci Dördyol və İkinci Dördyol qəsəbələri aid edildi.
Təzəkənd Bələdiyyəsi 2004-cü ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[5] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[6] uyğun olaraq, Təzəkənd bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna[7] əsasən Təzəkənd Bələdiyyəsinin əraziləri Əhmədağalı Bələdiyyəsinə birləşdirilərək, Təzəkənd Bələdiyyəsi ləğv edildi.