Küdürlü (həmçinin Küdüllü) — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]
Oykonim Azərbaycan dilinin dialektlərində işlənən küdür/küdrü/küdri (quru iqlimli yer, su çıxmayan ərazi) sözündən və -lü şəkilçisindən düzəlib, ərazinin coğrafi mövqeyini təyin edir.[2]
Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[3]