Çəmənli (Ağdam)

Çəmənli
40°04′26″ şm. e. 47°02′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Yaşayış məntəqəsi statuslu Kənd
Mərkəzin hündürlüyü 216 m
Saat qurşağı
Əhalisi
Əhalisi 5625 (2009) nəfər
Dini tərkibi Şiyə müsəlmanları
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0216
Çəmənli xəritədə
Çəmənli
Çəmənli

ÇəmənliAzərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd (statistika kodu: 60922018).[1]

Tarixi

Çəmənli hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənlinin əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır.[2]

Hatəmxan ağanın nəslindən sonra Hacı Tahirin köç yerinin əhalisi Çəmənlinin sakinlərindəndir.

Yaşayış məntəqəsi türkdilli xələclərin çəmənli tirəsinin adını əks etdirir. Etnotoponimdir. XIX əsrin ortalarında 59 ailədən ibarət, Mil-Qarabağ düzlərində maldarlıqla məşğul olmuş çəmənlilər sonralar oturaq həyat keçirərək bu ərazidə Qara Çəmənli, Aşağı Çəmənli, Yuxarı Çəmənli kəndlərinin əsasını qoymuşlar.[3] Çar Rusiyası zamanında Çəmənli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.[4]

Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır.[2]

1823–1848-ci illərdə Çəmənlinin yüzbaşısı Hatəmxan ağanın oğlu Nadirqulu bəy idi. Nadirqulu bəydən sonra kiçik oğlu Kazım bəy Çəmənliyə yüzbaşı təyin edilmişdir.[5]

XX əsrin əvvəllərində Çəmənli kəndinin yüzbaşısı Alı bəy (…-1926) idi.[5]

Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Çəmənli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur.

1999-cu ildə kənd ərazisində Çəmənli Bələdiyyəsi (statistika kodu 60922007, vergi kodu 3202) təşkil edilmiş, onun ilk nizanaməsi qəbul edilmişdir.

Çəmənli Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[6] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[7] ilə Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Sarıcalı bələdiyyəsi təşkil edilmişdir.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Çəmənli Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[9][10] 7.2-ci bəndinə əsasən Sarıcalı Bələdiyyəsinin aşağıdakı kəndləri Çəmənli bələdiyyəsinə birləşdirilərilələk, Sarıcalı Bələdiyyəsi ləğv edildi: Sarıcalı, Şükürağalı.

Mədəniyyəti

Çəmənli kəndində Seyid Lazım Ağa türbəsi

Seyid Lazım Ağa bu kənddə dəfn olunmuşdur. Hazırda burada Seyid Lazım Ağanın məqbərəsi ucalır.

Təhsili

Kənddə tam orta məktəb fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

Kənd Ağdam şəhərindən 11–12 km şərqdə yerləşir. Dağətəyi düzənlikdədir. Məhsuldar torpaqlara malikdir. Torpaqlar əsasən artezian quyuları vasitəsilə suvarılır. Cənubda Zəngişalı, şərqdə Üçoğlan, şimalda Sarıcalı (ona Çəmənli Sarıcalısı da deyilir), qərbdə isə Seyidli kəndləri yerləşir. Ağdamın ərazicə ən böyük torpaqlara malik olan kəndlərindən biridir. Əslində Çəmənli kəndi irili-xırdalı obalardan təşkil olunmuşdur. Bu obalar Böyük Qışlaq, Sarısöyünlü, Bala Qışlaq, Zilfilər, Orduqali, Sarı Hacılı, Nurular adlanır. İqlimi mülayimdir. Yayda havanın hərarəti 33–38 dərəcəyədək yüksəlir. Qışda çox az hallarda isə −5 dərəcəyədək şaxta olduğu müşahidə edilir.

Əhalisi

Çar hökuməti tərəfindən müxtəlif illərdə Azərbaycanda əhalinin siyahıya alınması aparılmışdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində Çəmənli Hatəm xanın, Çəmənli Hacı Tahirin köç yerləri adlı 1844-cü ilə aid əhalinin siyahıya alınması sənədləri saxlanılır. Həmin sənədə görə Çəmənli Hatəmxanın köç yeri 68 evdən ibarət olub, 237 nəfər sakini var imiş. Çəmənli Hacı Tahirin köç yeri isə 40 evdən ibarət idi. Köç yerinin 126 sakini olmuşdur.[11]

1848, 1863-cü illərdə yalnız kişilərin siyahısı aparılmışdı. 1848-ci ildə kişilərin sayı təxminən 102 nəfər idi. 1863-cü ildə isə 59 evdən ibarət Çəmənlidə 185 kişi sakini yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 329 kişi, 297 qadından ibarət Çəmənlinin 626 sakini olmuşdur. 1886-cı ildə 682 nəfər sakini olmuş Çəmənli 46 evdən ibarət idi. Həmin ildə Çəmənlidə 412 kişi, 270 qadın sakin yaşamışdır.[11]

1986-cı ilin məlumatına görə Çəmənli kəndinin 2219 nəfər əhalisi olmuşdur.

2009-cu ildə keçirilən siyahıya almaya görə Çəmənli kəndində 5625 nəfər yaşayır ki, bu da Ağdam rayonu əhalisinin 3 faizini təşkil edir.[12]

Görkəmli şəxsləri

Şəkillər

İqtisadiyyatı

Əhali bitkiçilik və maldarlıqla məşğul olur. Pambıq, taxıl, üzüm və bostan bitkiləri əkilib-becərilir.

Həmçinin bax

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26–30 sentyabr, 2012-ci il.№ 33 (165)
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli Hatəmxan ağa nəslinin tanınmış övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 17–25 aprel 2013-cü il, № 14 (124)
  • Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4–10 iyul 2012-ci il
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5–11 dekabr, 2012-ci il № 42(174)

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4–10 iyul 2012-ci il
  3. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. II cilddə. Bakı-2007. I cild, səh. 135.
  4. Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26–30 sentyabr, 2012-ci il. № 33 (165)
  5. 1 2 Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  7. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  8. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  9. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-11-26.
  10. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-26.
  11. 1 2 Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26–30 sentyabr, 2012-ci il.№ 33 (165)
  12. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

Read other articles:

Disambiguazione – Se stai cercando altri significati, vedi Una donna per amico (disambigua). Una donna per amicoalbum in studioArtistaLucio Battisti Pubblicazioneottobre 1978[1] Durata44:21 Dischi1 Tracce8 GenereDiscoPop EtichettaNumero Uno (ZPLN 34036) ProduttoreGeoff Westley ArrangiamentiGeoff Westley RegistrazioneStudi The Manor (Oxfordshire) e Audio International (Londra)[1] FormatiLP, MC, Stereo8 Certificazioni FIMI (dal 2009)Dischi d'oro Italia[2](ven...

 

Syukri GhozaliKetua Umum MUIMasa jabatan1981 – 1983PendahuluAbdul Malik Karim AmrullahPenggantiHasan Basri Informasi pribadiLahir(1906-12-06)6 Desember 1906Salatiga, Jawa TengahMeninggal20 September 1984(1984-09-20) (umur 77)JakartaKebangsaanIndonesiaSunting kotak info • L • B K.H. Syukri Ghozali (6 Desember 1906 – 20 September 1984) adalah Ketua Majelis Ulama Indonesia (MUI) pada tahun 1981-1984. Ia diangkat sebagai Ketua MUI menggantikan Buya Ha...

 

Android Ice Cream Sandwich Parte de Android Pantalla de inicio de Android 4.0 en Galaxy NexusInformación generalTipo de programa sistema operativoDesarrollador Google Inc.Modelo de desarrollo Código AbiertoLanzamiento inicial 19 de octubre de 2011Licencia Licencia Apache 2.0, GNU General Public License para modificaciones del núcleo LinuxEstado actual DescontinuadoIdiomas MultilingüeInformación técnicaNúcleo LinuxInterfaz gráfica predeterminada HoloSistema de gestión de paquetes APKM...

العلاقات التونسية السيراليونية تونس سيراليون   تونس   سيراليون تعديل مصدري - تعديل   العلاقات التونسية السيراليونية هي العلاقات الثنائية التي تجمع بين تونس وسيراليون.[1][2][3][4][5] مقارنة بين البلدين هذه مقارنة عامة ومرجعية للدولتين: وجه المق...

 

Андріївка Коростенська дирекція Південно-Західна залізниця зупинний пунктРозташуванняРозташування с. АндріївкаКоординати 50°29′46″ пн. ш. 28°40′27″ сх. д. / 50.49611° пн. ш. 28.67417° сх. д. / 50.49611; 28.67417СтруктураЛінія(ї) Коростень — ЖитомирПлатф

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أغسطس 2017) اندلاع القتال بين مؤيدي الحلف والموالين له والشرطة. وقد حطمت بعض نوافذ البرلمان. 30 آذار/مارس 1949. كان الدافع وراء أعمال الشغب الأيسلندية التي وقعت في 30 آذار/ما...

2013 film by Erol Özlev Romantic Comedy 2: Farewell to BachelorhoodTheatrical release posterDirected byErol Özlevi[1]Written byCeren AslanAslı Zengin[1]Produced byMurat Tokat[1]StarringEngin Altan DüzyatanSinem KobalSedef AvcıGürgen ÖzCemal HünalCinematographyJames GucciardoMusic byYıldıray Gürgen[2]Release date14 February 2013 (2013-02-14)Running time110 minutes[1]CountryTurkeyLanguageTurkishBox office14,623,156.0 TL[3]...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (نوفمبر 2018) متلازمة الإروكانجي A specimen of Malo kingi, a species of Irukandji jellyfish, in a clear plastic vialA specimen of Malo kingi, a species of Irukandji jellyfish, in a clear plastic vial معلومات عامة الاختصاص علم السموم الطبية...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Scream for Help album – news · newspapers · books · scholar · JSTOR (September 2011) (Learn how and when to remove this template message) 1985 soundtrack album by John Paul JonesScream for HelpSoundtrack album by John Paul JonesReleased22 Marc...

National Hockey League team in Alberta, Canada Calgary Flames 2023–24 Calgary Flames seasonConferenceWesternDivisionPacificFounded1972HistoryAtlanta Flames1972–1980Calgary Flames1980–presentHome arenaScotiabank SaddledomeCityCalgary, AlbertaTeam coloursRed, yellow, white[1][2]     MediaSportsnet WestCFAC (Sportsnet 960 The Fan)Owner(s)Calgary Sports and Entertainment(N. Murray Edwards, chairman)General managerCraig ConroyHead coachRyan HuskaCaptainMikael B...

 

SaharaAlbum studio karya Dian PieseshaDirilis2012Genrepop religiLabelJK RecordsKronologi Dian Piesesha Kerinduan (2006)String Module Error: Match not foundString Module Error: Match not found Sahara (2012) -String Module Error: Match not foundString Module Error: Match not found Sahara merupakan sebuah album musik kesembilan belas milik penyanyi senior Indonesia, Dian Piesesha. Dirilis pada 1 Agustus 2012. Album ini berisi lagu-lagu religi. Singel andalannya adalah Sahara. Daftar lagu Sah...

 

Franz Christoph Frangipani (um 1670) Die Skulptur Frankopans in der Zrinski-Burg in Čakovec Franz Christoph Frankopan (kroatisch Fran Krsto Frankopan, ungarisch Frangepán Ferenc Kristóf; * 4. März 1643 in Bosiljevo; † 30. April 1671 in Wiener Neustadt) war ein Politiker, Schriftsteller und Lyriker aus dem kroatischen Adelsgeschlecht Frankopan. Frankopan war Markgraf von Istrien sowie Graf von Tersatz (Terszacz), einer Burg im damaligen Kroatien im Staatsverband mit Ungarn...

Reading between the Lines, ook genoemd de doorkijkkerk, is een installatie van 2011 naar een ontwerp van het architectenduo Gijs Van Vaerenbergh. Toelichting De doorkijkkerk bevindt zich in het Haspengouwse heuvelland ten zuiden van Borgloon, tussen het stadje en de Romeinse Kassei, en kan beschouwd worden als landschapskunst. Het geheel is opgebouwd uit horizontale cortenstaalplaten, verbonden door gelaste vierkantige plaatjes. Het geheel is op een betonnen fundering ingeschoven in het glooi...

 

The following is a list of FC Chernihiv records and statistics for this Ukrainian football club. Player records and statistics Appearances Most goals in all competitions: Dmytro Myronenko, 139 matches Most goals in all competitions as Foreigner: Teymuraz Mchedlishvili, 108 matches Goalkeepers Most appearances in all competitions: Artem Lutchenko, 27 matches Most appearances goalkeeper with dual citizenship: Oleksandr Shyray, 45 matches Goalscorers Most goals in all competitions: Dmytro Myrone...

 

United States dollar coin minted from 1795 to 1803 Bust DollarUnited StatesValue1.00 U.S. dollarsMass26.96 gDiameter39–40 mmEdgeLetteredComposition 89.2% Ag 10.8% Cu Years of minting1795–1804ObverseDesignBust of LibertyDesign date1795ReverseDesignA bald eagleDesign date1795DesignA bald eagle in heraldic formDesign date1798 The Draped Bust dollar is a United States dollar coin minted from 1795 to 1803, and was reproduced, dated 1804, into the 1850s. The design succeeded the Flowi...

Radio station in Dripping Springs, TexasKDRP-LPDripping Springs, TexasBroadcast areaAustin, Texas / Texas Hill CountryFrequency103.1 MHzProgrammingFormatAdult album alternative/AmericanaOwnershipOwnerPrinciple Broadcasting FoundationHistoryCall sign meaningK D R i P ping SpringsTechnical informationFacility ID134579ClassL1ERP5 wattsHAAT137.0 meters (449.5 ft)Transmitter coordinates30°11′26.50″N 98°4′17.20″W / 30.1906944°N 98.0714444°W / 30.1906944; -98...

 

Yoga guru who founded Siddha Yoga (1908–1982) SwamiMuktanandaMuktananda in 1974PersonalBornKrishna Rai(1908-05-16)16 May 1908Mangalore, Madras Presidency, British IndiaDied2 October 1982(1982-10-02) (aged 74)Ganeshpuri, Maharashtra, IndiaResting placeMuktananda's samādhi shrine, Gurudev Siddha PeethReligionHinduismNotable work(s)Play of ConsciousnessPhilosophyVedanta, Kashmir ShaivismReligious careerPeriod in office1956-1982InitiationShaktipat15 August 1947Ganeshpuri, Mahrashtra,...

 

Legislative Assembly constituency in Karnataka, India SringeriConstituency for the Karnataka Legislative AssemblyConstituency detailsCountryIndiaRegionSouth IndiaStateKarnatakaDistrictChikkamagaluruLS constituencyUdupi ChikmagalurReservationNoneMember of Legislative Assembly16th Karnataka Legislative AssemblyIncumbent T. D. Rajegowda PartyIndian National CongressElected year2018 Sringeri Assembly constituency is one of the 224 seats in Karnataka State Assembly in India. It is part of Udupi Ch...

1965 studio album by Esther & Abi OfarimThat's Our SongStudio album by Esther & Abi OfarimReleasedOctober 1965Genre Folk pop world LabelPhilipsEsther & Abi Ofarim chronology Melodie Einer Nacht(1965) That's Our Song(1965) Noch Einen Tanz(1966) Singles from That's Our Song Don't Think Twice, It's All RightReleased: 1965 That's My SongReleased: 1965 Les Trois ClochesReleased: 1966 Professional ratingsReview scoresSourceRatingRecord Mirror[1] That's Our Song is an alb...

 

Former railway station in England Hartington Road HaltThe site of the halt in January 2011General informationLocationHartington Road, BrightonGrid referenceTQ323056Other informationStatusDemolishedHistoryOpened1 January 1906ClosedJune 1911Original companyLondon, Brighton and South Coast Railway vteKemp Townbranch line Legend East Coastway lineto Brighton London Road Ditchling Road Tunnel ( 63 yd58 m ) East Coastway lineto Hastings Lewes Road Lewes Road Vi...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!