Qaraqaşlı — Azərbaycan RespublikasınınAğdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Qaraqaşlı kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəngərli kəndi mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2] Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.