Sarıcalı (Çəmənli, Ağdam)

Sarıcalı
40°00′ şm. e. 46°57′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Ağdam rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0248
Xəritəni göstər/gizlə
Sarıcalı xəritədə
Sarıcalı
Sarıcalı
Sarıcalı xəritədə
Sarıcalı
Sarıcalı

SarıcalıAzərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd.[1]

Kəndə bəzən Çəmənli Sarcalısı, yaxud Əmiraslanbəyli Sarcalısı da deyilir.

Ağdam rayonu ərzisində Sarıcalı inzibati ərazi dairəsində də eyni adlı Sarıcalı kəndi var ki, ona el arasında "Ağdamkənd Sarıcalısı" deyiblər.

Toponimikası

Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. (Mənbə: Qarabağnamələr. Mirzə Yusif Qarabagi. 2-ci kitab. Bakı. 1991-ci il. səh 14)

Tarixi

Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu.

1823-cü ilə aid mənbəyə aid Sarcalı eli 5 kiçik maldar elatdan ibarət idi.

XIX əsrin ortalarında oturaq həyata keçdikdən sonra Sarcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısi, Yetim Sarcalısı, Dərgahlı Sarjalısı, Çəmənli Sarcalisi (yaxud Əmiraslanbəyli Sarcalısı) və Sarcalı-Yedditəpə adlanmışdır.

Kənddə Sarcalı elinin məşədi Nəcəfli Qarılar, Dovşanlı, Hacı söyütlü və Hacı Nazimli nəsilləri məskunlaşmış sonra sonuncu iki nəsil Ağdam şəhərinə köçmüşdü.[2]

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[3] ilə Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Sarıcalı bələdiyyəsi təşkil edilib və onun ilk nizanaməsi qəbul edilib.

Sarıcalı Bələdiyyəsi 2004-cü ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[4] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[5] uyğun olaraq, Sarıcalı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

Sarıcalı bələdiyyəsi

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[6] əsasən Sarıcalı kəndi Sarıcalı bələdiyyəsinin mərkəzidir. Bələdiyyə ərazisinə daxil olan kəndlərdən göründüyü kimi, bu halda Çəmənli kənd inzibati ərazi dairəsindəki Sarıcalı kəndi nəzərdə tutulur (Ağdam ərazisində Sarıcalı kənd iəd də eyni adlı kənd mövcuddur). Həmin Bələdiyyənin ərazi hüquqlarında aşağıdkı yaşayış məntəqələri mövcuddur:

Çəmənli kənd iəd Sarıcalı kəndi
Çəmənli kənd iəd Şükürağalı kəndi

Sarıcalı Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[7] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Sarıcalı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

Tanınmış şəxsləri

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. B.Budaqov,Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı,2005
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.
  7. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  8. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!