Sübhan Bəkirov

Sübhan Bəkirov
12 mart 2020 – 12 yanvar 2024
ƏvvəlkiZaur Hümmətov
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1964(1964-08-04) (60 yaş)
Doğum yeri
Hərbi xidmət
Xidmət illəri 1993-2024
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Dəniz Qüvvələri
Rütbəsi
Vitse-admiral

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Hərbi xidmətlərə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı
"Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı

Sübhan Kamal oğlu Bəkirov (4 avqust 1964, Ürkməzli, Qazax rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq[1] komandanı, vitse-admiral.

Həyatı

Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Ailəlidir. Üç övladı var.

Təhsili

Ali Hərbi-Mühəndis: 1985–1990

Hərbi xidməti

1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, üzaq şərq vilayətində hərbi xidmətdə olub.

1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb.

1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.

1997–2013-cü illərdə Müdafiə NazirliyindəAzərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.

2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub.

2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamına əsasən Sübhan Bəkirov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli Sərəncamına əsasən kontr-admiral ali hərbi rütbəsi verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Dəniz Xüsusi Təyinatlıları tərəfindən Araz boyu istiqamətində 23 kənd, bir sıra yaşayış məntəqəsi və eləcə də, adsız yüksəkliklər daxil olmaqla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Sübhan Bəkirov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[2]

Azərbaycan Prezidenti İlham Əliyevin 4 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Vitse-admiralı ali hərbi rütbəsi verilib.[3]

2024-cü ilin yanvar ayında ehitayata buraxılıb.[1]

Asudə vaxtlarında idmanla məşğul olmağı, kitab oxumağı, şeir yazmağı sevir və bir neçə şeir kitablarının müəllifidir.

İstinadlar

  1. 1 2 "Azərbaycan Ordusunda ehtiyata və istefaya göndərilən vəzifəli şəxslərin ADLARI - YENİLƏNİB". Oxu.Az (az.). 2024-01-12. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 15.12.2020. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "S.K.Bəkirova "vitse-admiral" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2022-11-04.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!