Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus Ələkbər Cahangirovun komandanlıq etdiyi xüsusi təyinatlı hərbi birləşmə.[1][2]
Tarixi
Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.[3] Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir.[4] 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir.[5][6] 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı.[7] Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi.[8]
Döyüşlər və müharibələr
İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir.[9] Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilmişdir. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilmişdir.[10] Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilmişdir.[11]
Təlimlər
Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u "Maroon beret" sertifikatı qazanır. Kursantlara günlərlə ac və susuz qalsalar da həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər. Qurbağa və ilan kimi tapdıqları hər şeyi yeməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar. Zabitlər gizir rütbəsi altında fəaliyyət göstərirlər.
Silahlar
Qalereya
İstinadlar
|
---|
|
Rəhbərlər | | |
---|
Ümumi | |
---|
Mərkəzi ordular | Quru | |
---|
Hərbi Hava | |
---|
Hərbi Dəniz | |
---|
|
---|
Digər | |
---|
Hərbi təhsil | |
---|
Müdafiə sənayesi | |
---|