MKEK MPT və onun variantı olan MPT-76 tüfəngi — Türkiyə Silahlı Qüvvələrinin silahlanmasındakı G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Quru Qoşunlarına təhvil verilib.
Çəkisi 4,1 kq təşkil edən silah 7.62×51 mm çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi 600 metrdir. Üzərindəki piccatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. əlavə etməyə imkan verir.