Şirin Xəlilov

Şirin Xəlilov
Şirin Heydər oğlu Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Naxçıvan MR, Babək rayonu, Didivar kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbəsi General-mayor

Şirin Heydər oğlu Xəlilov — Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının birinci müavini-Qərargah rəisi, general-mayor.

Həyatı

Xəlilov Şirin Heydər oğlu 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Didivar kəndində anadan olmuşdur. 1973–1975-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1975–1979-cu illərdə SSRİ DİN-in Orconikidze Ali Hərbi Komandanlıq Məktəbində təhsil almışdır.

1979–1991-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında taqım komandiri, bölük komandirinin tərbiyə işləri üzrə müavini, bölük komandiri, tabor komandirinin müavini-qərargah rəisi, əməliyyat şöbəsi rəisinin baş köməkçisi vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in sərəncamına göndərilmişdir.

1991–1995-ci illərdə Azərbaycan Respublikası DİN-in xüsusi təyinatlı milis dəstəsində bölük komandirinin müavini, Naxçıvan Muxtar Respublikası DİN-in qərargahının əməliyyat bölməsində baş inspektor, kadrlarla peşə hazırlığı üzrə inspektor, katibliyin rəisi vəzifələrində işləmişdir. 1995-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.

1995–2003-cü illərdə DİN-in Daxili Qoşunlarında Baş İdarənin əməliyyat şöbəsində baş zabit, hərbi hissə (briqada) komandirinin müavini – qərargah rəisi, Baş İdarənin döyüş hazırlığı şöbəsində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə baş zabit, hərbi hissə (alay) komandiri vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2003-cü il tarixli 50 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli Sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə "general-mayor" hərbi rütbəsi verilmişdir.

Ailəlidir, bir övladı var.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!