Vladimir Kravtsov

Vladimir Kravtsov
Hərbi fəaliyyəti
Qoşun növü aviasiya
Rütbəsi general
Döyüşlər

Vladimir Kravtsov — sovet hərbi pilotu, aviasiya polkovniki (SSRİ). Azərbaycan ordusunun generalı. Azərbaycan Hərbi Hava Qüvvələrinin birinci komandanı.[1][2][3]

Nasosnı aerodromunda yerləşən 82-ci Hava Hücumundan Müdafiə alayında xidmət etmişdir. Sovet İttifaqının dağılmasından sonra vaxtilə SSRİ-nin tərkibində olan bir sıra ərazilərdə silahlı qarşıdurmalar alovlandı. 9–10 iyun 1992-ci il tarixlərində özünü Sovet İttifaqının varisi elan edən Rusiya, silaha ehtiyacı olan azərbaycanlıların[4] təzyiq, rüşvət, inandırma və hətta silahlı hücum şəraiti altında SSRİ ordusuna aid təyyarələrin Rusiyaya təcili təxliyəsinə başladı. Əsas hissə aparıldı, ancaq Azərbaycan da bir şey əldə etdi. Nasosnıdakı 82-ci Hava Hücumundan Müdafiə alayının ləğvi ilə məşğul olan Vladimir Kravtsov və podpolkovnik Aleksandr Pleş[2] (və ya Pleşin[1]) sayəsində Azərbaycan 30-a qədər MiQ-25PD təyyarəsinə sahib ola bildi.[4] Kravtsov, Azərbaycanı təyyarələrin Rusiyaya aparılması barədə xəbərdarlıq etdi, bundan sonra 9 iyul 1992-ci ildə insanlar hava limanına soxularaq buna mane oldular. Nəticədə, polkovnik Kravtsova general rütbəsi verildi və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi verildi.[4][5] Azərbaycanın keçmiş müdafiə naziri Dadaş Rzayev qeyd edir ki, Vladimir Kravtsov, Rusiyadan döyüş təyyarəsini qaçıran Vaqif Qurbanovla birlikdə Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasında əsas rol oynamışdır.[1][6]

İstinadlar

  1. 1 2 3 Дадаш Рзаев. "Azərbaycan Silahlı Qüvvələri müasir mərhələdə" (az.). 525-ci qəzet. 2012-06-26. 2016-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.[1] Arxivləşdirilib 2016-08-04 at the Wayback Machine
  2. 1 2 Юсиф Керимов. "Hərbi aviasiyamızın ilk «qaranquşları», yaxud «qaçqın» təyyarənin aqibəti..." (az.). официальная газета Милли Меджлиса azerbaijan-news.az [2]. 2013-06-26. 2016-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.[3] Arxivləşdirilib 2016-08-04 at the Wayback Machine
  3. "2015 –Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF) (az.). AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT və TURİZM NAZİRLİY. 2016-06-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-25.[]
  4. 1 2 3 Жирохов, Михаил. "Воздушная война в Нагорном Карабахе". Авиамастер № 6/2000: 5.
  5. Феськов, В. И.; Калашников, К. А.; Голиков, В. И. «Советская Армия в ходе холодной войны(1946—1991)». səh. 27. ISBN 5-7511-1819-7.
  6. Dadaş Rzayev. "Azərbaycanın keçmış müdafiə naziri məqalə yazdı" (az.). modern.az. 2012-06-27. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!