Şahin Sultanov

Şahin Sultanov
1999 – 11 mart 2014
SonrakıYunus Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 8 avqust 1959(1959-08-08) (65 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti naviqator
Hərbi xidmət
Xidmət illəri 1991—2014
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Dəniz Qüvvələri
Rütbəsi
Vitse-admiral

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2006 "Vətən uğrunda" medalı — 2003 "Hərbi xidmətlərə görə" medalı — 2010 "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahin Əşrəf oğlu SultanovAzərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, vitse-admiral (2005).

Həyatı

Şahin Əşrəf oğlu Sultanov 1959-cu il avqustun 8-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərində orta məktəbi bitirmişdir.

1974-cü ildə C. Naxçıvanski adına hərbi məktəbə daxil olub.

1976-cı ildə S. M. Kirov adına Xəzər Dəniz Ali Dənizçilik məktəbinə daxil olub və Ali Hərbi Dənizçilik Məktəbini, daha sonra Rusiya Federasiyasının Leninqrad şəhərindəki Marşal Qreçko adına Hərbi Dəniz Akademiyasını bitirib.

Həbsi

Hərbi xidməti

1978-ci ildə hərbi gəmi ilə şturman təcrübəsi almaq məqsədiylə Kronştat-Kuba(Syenfuegas)-Kolumbiya(Kartaxena)-Kronştat, Trans Atlantik səfərində;

1980-ci ildə Kronştat-Əlcəzair-Sevastopol, Atlantik səfərində iştirak etmişdir.

1981-ci ildə Ballistik raketli sualti nüvə qayıqlarında mühəndis-şturman ixtisası üzrə Ali Dənizçilik məktəbini bitirmiş və leytenant rütbəsi almış, daha sonra 1981-ci ildə Mina-tral gəmisində komandirin koməkçisi və şturman döyüş hissənin komandiri vəzifəsində xidmət etmişdir.

1983-cü ildə SSRİ canub sərhədlərində Hava Hücumundan müdafiəsində döyüş növbəsini aparan xüsusi təyinatlı "Hava hücumundan müdafiə gəmisinin" komandiri vəzifəsinə təyin edilib.

1986-cı ildə XXXI Azərbaycan Kommunist Partiyası Qurultayının Xəzər donanmasının nümayəndə heyətinin üzvi kimi iştirak edib.

1988-ci ildə Xəzər flotiliyansının Dəniz-muhafizə gəmilər Briqadasının "Mina-tral" gəmilər divizionunun qərərgah rəisi vəzifəsinə, 1999-cu ildə isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

1989-cu ildə SSRİ Müdafiə nazirliyinin "Marşal Qreçko" adına (Leninqrad şəhəri) Hərbi Akademiyasında "Hərbi Dəniz Donanmasının qərərgah zabiti" ixtisasi üzrə təhsil alıb, 1990-cı ildə isə Xəzər Flotiliyanin Desant Brigadanin "Hava yastıqlı desant gəmilərinin" divizionunun komandiri vəzifəsinə təyin edilib.

1991-ci ildə SSRİ HDD Xəzər Flotiliyasının Baş Qərərgahının Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin Baş zabiti vəzifəsində xidmət edib.

1992-ci il bu vəzifədə çalışarkən Azərbaycan milli HDQ yaranmasının təşəbbüskarı olmuşdur.

1992-ci ildə yaradılan milli HDQ-da "Suüstü gəmiləri" Briqadasının qərərgah rəisi vəzifəsinə təyin olunub.

1993-cü ildə Suüstü Briqadanın şəxsi heyəti ilə birlikdə polkovnik Surət Hüseynovun qaldırdığı üsyanın qarşısının alınması əməliyətında iştirək edib.

1994-cü ildə Cəbhə bölgəsində Ağdam istiqamətində Qərvənd kəndinin müdafiəsində şəxsi heyətə rəhbərlik edib.

1995-ci ildə Suüstü gəmilər Briqadası komandirinin müavini vəzifəsinə;

1997-ci ildə HDQ Qərərgah rəisinin müavini vəzifəsinə;

1999-cu il 25 oktyabr tarixində HDQ Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

2000-ci il 16 fevral tarixində HDQ Komandanı – Müdafiə Nazirinin müavini vəzifəsinə təyin edilib.

2001-ci ildə ABŞ Harvard Universitetinin C. Kennedi İnstitutunda "Qara və Xəzər dənizlərinin regional təhlükəsizliyi" kurslarını bitirmişdir.

Ümummilli Lider Heydər Əliyev şəxsən özü kontr-admiral ali hərbi rütbəsinin paqonlarını Şahin Sultanova verib. Xüsusilə onu qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyev yalnız Şahin Sultanova kontr-admiral rütbəsini 19.01.2002-ci tarixində verib.

Daha sonra 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Şahin Sultanova vitse-admiral ali hərbi rütbəsi verilib. Şahin Sultanov müstəqil Azərbaycan Respublikasının ilk vitse-admiralıdır.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!