Təriqət Şafii hüquq məktəbinin hüquqşünası və sufiliyin mahir bilicisi Əhməd ibn Əli ər-Rifainin (vəfatı: 1183-cü il) adı ilə bağlıdır. O, İraqın cənubundakı Bətaih bölgəsində yaşamışdır. Sufiliklə əmisi Mənsur Bətaihinin vasitəsilə tanış olmuşdur. Ona ilk müəllimliyi isə Əli Vasiti etmişdir. Bir sıra əsərlər qələmə alan Əhməd Vasitdə dünyasını dəyişmiş, elə orada dəfn olunmuşdur.
Rifailər təriqəti ən qədim sufi təriqətlərindən sayılır. Onları bəzən Əhmədilər və Bətaihilər də adlandırırlar. Bu təriqətin bir çox müsəlman ölkələrində, xüsusilə Misirdə, Anadoluda və Balkanlarda çoxlu sayda tərəfdarları olmuşdur. Tanınmış səyyah İbn Bətuta onlar haqqında məlumat vermişdir.
Özəllikləri
Rifailərin mənəvi təcrübələrinin əsasında insanın öz qüsurları və ehtirasları ilə mübarizə ideyası durmuşdur. Bu yolda çoxlu zikrlər etmək, qırx gün tənhalığa (xəlvətə) çəkilmək və zahid həyatı sürmək vacib sayılırmış. Təriqət mənsubları arasında Məhərrəm ayında yeddi gün "məhərrəmiyyə" adlanan xəlvətə çəkilmək adəti də olmuşdur. Bu xəlvətilik zamanı müridlər qadınları ilə yaşamır, tez-tez yuyunur, oruc tutur, tərkibində ət olan yeməkləri yemirmişlər. Onlar ibadətdən yayınmamaq üçün sakit yerlərə çəkilirmişlər.
Rifailər qara çalmalarda gəzir, yığıncaqlarda ibadət zamanı xalçaların üstündə əyləşərək nağara və qavalların müşayiəti ilə ucadan zikrlər oxuyarmışlar. İbn Bətuta yazırdı ki, bu zaman onlara od toxunsa belə, onun yandırıcı istisini duymur, hətta onu uda bilirmişlər. Onların şüşə yeyib, ilanlarla oynamaq bacarıqları da olmuşdur.
Rifailərdə birliyin olmamağı, onların bir sıra təriqətlərə parçalanmaları ilə nəticələnmişdir.
Baba Rexheb • Abdal Hakim Murad • Əbdülqdir as-Sufi • Əhməd Kayhan Dədə • Abdula ah Nəqşibəndi • Əhməd Ələvi • Əbdürrəhman əl-Şaquri • Aşfaq Əhməd • Qələndər Baba Auliyə • Xoca Şəmsəddin Əzimi • Məhəmməd Muhaiyəddin • Feysəl Abdul Rauf • Riaz Əhməd Gövhər Şahi • Qalib Həsən Quşçuoğlu • Qulam Mustafa Xan • Hafiz Qamaruddin Çişti Sabiri • Hişam Kabbani • Həzarat Mai Safura Qəiriyyə • Məhər Əli Şah • Məhəmməd Ələvi l-Maliki • Nazim əl-Haqqani • Seyid Vahid Əşrəf • Nuh Ha Mim Keller • Nurəddin Durki • Ömər Əli Şah • Osman Nuri Topbaş • Pir Zülfiqar Əhməd • Məhəmmd Əbdülqədir Siddiqi Qədri • Əhməd Rza Xan Bərləvi • Rəşad Fild • Sahib Qiblə Fültli • Səid Əfəndi əl-Çirkaşi • Qüdrətullah Şəhab • Sufi Bərkat Əli • Seyid Şücaət Əli Qədri • Məhəmməd Tarhir-ül-Qədri • Tahir Allauddin • Tacəddin Məhəmməd Bədrəddin • Varis li Şah • Vasif Əli Vasif • Zahin Şah Taci
Sufizm tədqiqatçıları
İvan Aqueli • Kurt Almqvist • Titus Burkhardt • Uilyam Çittik • Korbin • Karl Ernst • Robert Freycer • Genon • Leks Hikson • Teyc Lindbum • Linqs • Hüseyn Nasr • Annmari Şimmel • Maykl Sells • İdris Shah • Fritof Şuon • Reynold A. Nikolson • Zakir Məmmədov