Nemətullah Naxçıvani (tam adı: Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani[1]; 1452, Naxçıvan – 1514, Əskişəhər və ya Kərbəla) — mənşəcə Azərbaycan türklərindən olan sufi alimi. Xacə Məhəmməd Parsanın məşhur tələbələrindəndir. Nemətullah Naxçıvani nəqşibəndilik təriqətinin Azərbaycanda ilk təmsilçilərindən olmuş, məşhur mütəfəkkir, ilahiyyatçı, hüquqşünas kimi tanınmışdır.
Naxçıvanda anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik almışdır.
1498-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət Təbrizdə qalaraq, orada Dədə Ömər Rövşəni ilə görüşmüşdür.
Sultan Bəyazidin zamanında (1481-1512) Anadoluya getmiş, Karaman vilayətinin Akşehir şəhərində yaşamış, şöhrət tapmışdır. Akşehirlilər arasında Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Akşehirdə uzun illər elmə xidmət etmiş və çox sayda müridi olmuşdur. Öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.
Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə" adlı məşhur əsərində onun haqqında "ülumi-rəbbaniyə mütəbahhir əsrari-ilahiyyə dəryalarına qəriq" (azərb. ilahi elmlərdə dərin, ilahi sirlər dənizinə dalmış) – dediyi Nemətullah Naxçıvani təfsir elmində təsəvvüfi təfsirlər arasında mühüm bir yerə sahib olan "əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə" adlı əsərin müəllifidir. O, bu təfsiri daha öncə yazılmış təfsirlərə müraciət etmədən, öz biliyi əsasında yazması ilə məşhur olmuşdur. Bunlardan başqa, Hidayət-ül-İxvan və Risalət-ül-Vücud adında təsəvvüflə əlaqədar iki risaləsi vardır. "Fəvatih-ul-İlahiyyə" adlı təfsirinin öz əlyazısıyla olan nüsxəsi Topqapı sarayında III Əhməd Xan kitabxanasında saxlanılır. Həmin təfsir 1908-ci ildə, Mətbey-i Osmaniyyədə iki cild halında çap olunmuşdur. Naxçıvani bu əsərini, 1498-ci ildə, Ramazani Şərif ayının ortalarında tamamlamışdır.
Nemətullah Naxçıvaninin bu əsəri o qədər diqqəti cəlb etmişdir ki, XIX əsrdə İstanbul üləması aralarında pul toplayaraq bu əsəri (əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə) nəşr etdirmişdir.
Nemətullah Naxçıvani Qazı Beyzavinin "Ənvarüt-tənzil" adlı təfsirinə və Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərlərinə də şərhlər yazmışdır. "Hədiqətül-ixvan" adında təsəvvüfi bir əsəri də olan Nemətullah Naxçıvani 1514-cü ildə Akşehirdə vəfat etmişdir. Türbəsi bir neçə dəfə təmir olunmuşdur. Məhəmmədəli Tərbiyət isə onun ölüm tarixini 1497 olaraq qeyd etmişdir.
Nemətullah Naxçıvaninin qəbri akşehirlilərin ən çox ziyarət etdikləri yerlərdən biridir[2]. Əsasən də ziyarətçilər hər il may ayının 4-5-ində – Xıdırəlləz bayramı günlərində məzarın ətrafında toplaşaraq, dualar, diləklər edirlər[2].
Qəbrin olduğu türbə Türkiyədəki Akşehirdə – vaxtilə Köycəcəyiz məhəlləsində, hazırda isə Çimənli məhəlləsi adlanan ərazidə – Təkkə kəndinə gedən yolun sağında, Akşehir çayının solunda yerləşir[2]. Bir neçə dəfə təmir edilmiş bu türbənin önündə bir hovuz olmuşdur[2]. Lakin sonradan türbə inşaatı ləğv olunaraq, sərdabə normal məzar şəklinə salınmışdır[2].
Onun məzar sənduqəsində böyüklü-kiçikli 5 ayrı daş kitabə vardır. İkinci daşın kitabəsində belə yazılmışdır:
"Ey dost. Kibari-əhlullahdan və müfəssirini-izamdan xacə Nimətullah kuddisə həzrətlərinin mübarək, nurlu qəbirləridir”.[2]
Üçüncü daşın kitabəsində isə 5 beytdən ibarət şeir yazılmışdır. Bu şeirin ilk misrası belədir:
"Həqiqət(ən) sərəfraz övliyadır Həzrət Nemət baba”[2]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 29 oktyabr 2018-ci ildə "Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında" Sərəncam imzalamış və onunla əlaqədar Tədbirlər planını təsdiq etmişdir[1]. Həmin Tədbirlər planına uyğun olaraq, 5-7 iyul 2019-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Naxçıvanda "Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani" mövzusunda beynəlxalq konfrans keçirilmişdir[3]. Müasirləri və sonrakı müəllifləri Baba Nemətullah Naxçıvaninin həm Quranın təfsirinə, həm də təsəvvüfə dair əsərlərini yüksək qiymətləndirmişlər. Əhməd Daşköprüzadə (1495-1599) onu "Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri" kimi yad etmişdi, "İlahi açmalar və qeybi açarlar" traktatı haqqında demişdir: "O, Quranın digər təfsirlərinə müraciət etmədən ona təfsir yazmış, orada bir çox şəxslərin dərk etmədiyi incəlikləri və həqiqətləri fəsahətli ibarələrlə və bəlağətli tədbirlərlə aydınlaşdırmışdır". Quranın təfsirinə dair tarktatlarında hüquq və ilahiyyat məsələlərini araşdıran Baba Nemətullah Naxçıvani sufi-fəlsəfi əsərlərində İbn Ərəbi və Mahmud Şəbüstərinin panteist mövqeyindən çıxış etmişdir[4]. Hazırda Türkiyənin Konya ilindəki Akşehir şəhərində bir küçəyə onun adı verilib; şəhər mərkəzində isə Nemətullah Naxçıvani adını daşıyan məscid və orta məktəb fəaliyyət göstərir[2].
2003-cü ildə Konya valiliyinin təşəbbüsü ilə Akşehirdə onun adına məktəb tikilmişdir[5].
Abdal • Bəqəə • Dərviş • Fəqir • Fəna • Hal • Kəramət • Həqiqət • Ehsan • İrfan • Kəşf • Lətaif • Mənzil • Mərifət • Nəfs • Nur • Qələndər • Qütb • Silsilə • Sufi kosmologiyası • Sufi metafizikası • Sufi fəlsəfəsi • Sufi ədəbiyyatı • Sufi psixologiyası • Süluk • Təzkirə • Övliya • And
Nəşid • Zikr • Hədra • Müraqəbə • Qəvvali • Səma • Ziyarət
Əkbərilik • Ələvilik • Əşrəfilik • Əzimilik • Bələvilik • Bayramilik • Bəktaşilik • Çiştiyyə • Qalibilik • Gülşənilik • Hürufilik • İdrisiyyə • Cəlvətilik • Cərrahilik • Xalidilik • Xəlvətilik • Kübravilik • Mədarilik • Məlamətilik • Mövləvilik • Müridilik • Nəqşibəndilik • Nəqşibəndi-Üveysilik • Nasuhilik • Nemətullahiyyə • Nöqtəvilik • Qadiriyyə • Qələndərilik • Rahmaniyyə • Rifailik • Səfəvilik • Şaziliyyə • Şəttarilik • Sührəvərdiyyə • Sünbulilik • Ticaniyyə • Uşşaqilik • Üveysilik • Zahidilik
Baba Rexheb • Abdal Hakim Murad • Əbdülqdir as-Sufi • Əhməd Kayhan Dədə • Abdula ah Nəqşibəndi • Əhməd Ələvi • Əbdürrəhman əl-Şaquri • Aşfaq Əhməd • Qələndər Baba Auliyə • Xoca Şəmsəddin Əzimi • Məhəmməd Muhaiyəddin • Feysəl Abdul Rauf • Riaz Əhməd Gövhər Şahi • Qalib Həsən Quşçuoğlu • Qulam Mustafa Xan • Hafiz Qamaruddin Çişti Sabiri • Hişam Kabbani • Həzarat Mai Safura Qəiriyyə • Məhər Əli Şah • Məhəmməd Ələvi l-Maliki • Nazim əl-Haqqani • Seyid Vahid Əşrəf • Nuh Ha Mim Keller • Nurəddin Durki • Ömər Əli Şah • Osman Nuri Topbaş • Pir Zülfiqar Əhməd • Məhəmmd Əbdülqədir Siddiqi Qədri • Əhməd Rza Xan Bərləvi • Rəşad Fild • Sahib Qiblə Fültli • Səid Əfəndi əl-Çirkaşi • Qüdrətullah Şəhab • Sufi Bərkat Əli • Seyid Şücaət Əli Qədri • Məhəmməd Tarhir-ül-Qədri • Tahir Allauddin • Tacəddin Məhəmməd Bədrəddin • Varis li Şah • Vasif Əli Vasif • Zahin Şah Taci
İvan Aqueli • Kurt Almqvist • Titus Burkhardt • Uilyam Çittik • Korbin • Karl Ernst • Robert Freycer • Genon • Leks Hikson • Teyc Lindbum • Linqs • Hüseyn Nasr • Annmari Şimmel • Maykl Sells • İdris Shah • Fritof Şuon • Reynold A. Nikolson • Zakir Məmmədov
Tövhid * Şəriət * Həqiqət * İncəsənət * Tarix * Musiqi * Ədəbiyyat * Ziyarət * Mətnlər