İslamın beş şərti

İslamın beş şərti.

İslam dininin beş şərti bunlardır:

  1. Kəlməyi şəhadət (ərəb. الشهادة‎)
  2. Namaz (ərəb. الصلاة‎)
  3. Oruc (ərəb. الصوم‎)
  4. Həcc (ərəb. الحج‎)
  5. Zəkat (ərəb. الزكاة‎)

Kəlimeyi şəhadət

Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir:

"Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎)

Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir. Namaz hər gün beş vaxtda Allahın hüzurunda dayanıb rüku və səcdə ilə ibadət etməkdir. İslamda Namazın ibadətdəki xüsusi mövqeyi və əhəmiyyətinə görə bəzi fövqəladə hallarda namazın tərk edilməsinə imkan vermək əvəzinə, qılınmasında bəzi rahatlıqların təmin edilməsi məqsəd qoyulmuşdur. Namaz sırf bədən ibadəti olduğu üçün onu şəxsən qılmaq lazımdır, ona görə də başqasının adına namaz qılmaq olmaz.[1]

Ərəbcə savmın (siyəm) farsca qarşılığı olan rûze sözünün lüğətdə "bir şeydən uzaq durmaq, özünü bir şeyə qarşı tutmaq" mənasını verən formasıdır. Savm və siyəm və onların törəmələri Quranda on üç yerdə, hədislərdə isə çoxlu sayda qeyd edilmişdir. Bir termin olaraq oruc, sübh açılandan gün batana kimi şəriətin buyurduğu ibadəti yerinə yetirmək niyyəti ilə yemək-içməkdən çəkinmək deməkdir. Ramazan orucu nəfsi tərbiyə edər. Müsəlman çəkdiyi aclıq ilə kasıblara qarşı mərhəmət hissi duyar.[2]

Həcc maliyyə vəziyyəti və səhhəti yerində olan möminlərə ömürlərində bir dəfə, Kəbəni ziyarət etməkdir. Beləcə dünya Müsəlmanları bir araya gəlir.

Zəkat–Lüğətdə "artırmaq, təkmilləşdirmək" "Tərif və bərəkət" mənasını verən zəkat, bir termin olaraq zəngin sayılan müsəlmanların mallarından Quranda qeyd olunan təbəqələrə xərclənmək üçün götürülən müəyyən bir payı ifadə edir. Adətdə bu payın maldan çıxarılması prosesinə də zəkat deyilir. Sədəqə sözü də bir termin olaraq zəkatla sinonimdir. İslam maliyyə hüququnun erkən dövr müəlliflərindən biri olan Əbu Ubeyd Kasım b. Sallam (vəf. 224/838) dedi: "Sədəqəyə gəlincə, o, müsəlmanın qızıl, gümüş, dəvə, mal-qara, qoyun, taxıl və əkin kimi mallarının zəkatıdır.[3]

İstinadlar

  1. Hamîdullah, İslâm Peygamberi (Tuğ), I, 728–734.a.mlf., İslâm’a Giriş (trc. Kemal Kuşcu), İstanbul 1961, s. 60.
  2. Ca‘fer b. Muhammed el-Firyâbî, Kitâbü’ṣ-Ṣıyâm (nşr. Abdülvekîl en-Nedvî), Bombay 1412/1992.
  3. Yunus Vehbi Yavuz, İslâmda Zekât Müessesesi, İstanbul 1983.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!